Məhkəmə qərarları › İş №2(005)-3327/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3327/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3327/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ona ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Mərhum X1 Samirə Zahid qızının əri idi. O, 1975ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2023-ci tarixdə səhər saatlarında Təcili tibbi yardım gələnə qədər öz yatağında vəfat etdi. Ərizəçi X5 həmin gün Mehdiabad qəsəbəsində dəfn etmişdir. Sonra ölüm haqqında şəhadətnamə almaq üçün Nərimanov rayon Qeydiyyat Şöbəsinə rəsmi olaraq müraciət etdi. Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən ona rəsmi qaydada bildirildi ki, «ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiz». Ərizəçi bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X9 ifadəsində bildirdi ki, X7 onun ərinin qardaşı idi. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X12 ifadəsində bildirdi ki, o ərizəçinin qardaşıdır. X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhəri Nərimanov Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş Vİİ- ЖГ seriyalı 411703 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X10 xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 317 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. AA3848477 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 10 yanvar 1975-ci il tarixdə doğulmuşdur. Təcili və X8 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən aydın olur ki, 10:54 radələrində X4 adına Ağa Nemətulla 79, ev 17 ünvanına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X19 4 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, X7 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, dispanser qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Abşeron Rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, X7 xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “Asan xidmət” Qeydiyyat Şöbəsinin 29 iyul 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü X7 Ərizəçi keçmiş əridir. X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 7 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1975-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar