Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3354/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, X2 xx xxxxxx 1950-ci ildə Göyçay rayonunda anadan olub. 2020-ci il ilin yanvar ayında səhhətində yaranan problemlər nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Həmin vaxt qoyulan diaqnoza əsasən yoğun bağırsaqda yaranan problemlər səbəbi ilə əməliyyat olunmuş və xx.xx.2020-ci il tarixindən xəstəxanadan evə buraxılmışdır. Lakin vəziyyəti pisləşmiş və qaraciyərində problem yaranmış və atası vəfat etmişdir. Həmin vaxt çağırdığı təcili yardımdan alınan Təcli və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsi almışdır. Daha sonra isə ölkədə hökm sürən pandemiya nəticəsində Məhkəməyə müraciət edə bilməmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı Şəhər Maraqlı şəxsnə müraciət etsə də, ona ölümü təsdiq edən sənədin olmaması əsasında rədd cavabı verilərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, X2nun ölüm faktının təsdiqlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəllərinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X8 ifadəsində xx.xx.2020-ci il tarixində həyat yoldaşı X3 vəfat etdiyini və mərhumun yas mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid X4 ifadəsində mərhum şəxsin fevral ayında əməliyyat olduğunu, vəziyyətinin pisləşdiyini və xx.xx.2020-ci il tarixində vəfat etdiyini, dəfnində iştirak etdiyini təsdiqlədi. İş materiallarında olan Bakı Şəhər Maraqlı şəxs xx.xx.2020-cu il tarixli, 113 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi İsmayıloviçin müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin Təcili və X7 Stansiyası Ölüm Haqqımda Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 23:42-də X3 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1950-ci il tarixdə Göyçay rayonunda anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01/70 №-li arayışından görünür ki, X1 qəsəbəsində yerləşən Tatar qəbirstanlığında xx.xx.2020-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş, Xİ-JQ 295176 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X6. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1950-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3354/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3354/2020
12.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver