Məhkəmə qərarları › İş №2(005)-3382/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3382/2020

16.09.2020 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3382/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və mənzilin ipotekadan azad olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh ASC-nə qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və mənzilin ipotekadan azad olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddia məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı LPO Cavabdeh ASC-ni cavabdeh qismində göstərmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən hazırkı ərizə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikasının “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinə əsasən bank ləğv edildikdə ona qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; Həmin Qanunun 72.1.3-cü maddəsinə bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı Cavabdeh ASC-nə qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və mənzilin ipotekadan azad olunması tələbinə dair ərizənin qəbulundan imtina edilsin. İddiaçıya iddianı cavabdeh qismində LPO Cavabdeh ASC-nin ləğvedicisi X1rşı yönəltməsi hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar