Məhkəmə qərarları › İş №2(103)-236/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-236/2025

17.03.2025 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-236/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 MMC-nin və İddiaçı1 cavabdehlər Cavabdeh1, Vəkilov Müşviq İsa oğluna, Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2na qarşı (”Kroun LTD” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilk, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər İddiaçı2 MMC-yə və İddiaçı1 qarşı (ləğv prosesində olan Cavabdeh4 ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəlməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan ”KredoBank” ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçılar İddiaçı2 MMC-nin və İddiaçı1 cavabdehlər Cavabdeh1, Vəkilov Müşviq İsa oğluna, Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2na qarşı (”Kroun LTD” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilk, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər İddiaçı2 MMC-yə və İddiaçı1 qarşı (ləğv prosesində olan Cavabdeh4 ASC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəlməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 7/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cavabdeh4 ASC-yə: 1.1 xx.xx.2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsinə əsasən illik 3% dərəcəsi ilə faiz ödəmək şərti ilə 360 gün müddətinə 5.000.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq xx.xx.2015-ci il tarixli, BQ15-1788 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası və xx.xx.2015-ci il tarixli, İBQ15-1788/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9.461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi ipoteka ilə yüklü edilmişdir (ümumi dəyəri tərəflər arasında 20.000.000 manat məbləğində qiymətləndirilmişdir); 1.2 xx.xx.2016-cı il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsinə əsasən illik 3% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 360 gün müddətinə 3.000.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq xx.xx.2016-cı il tarixli, İBQ16-1824 nömrəli sonrakı ipoteka müqaviləsi ilə İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9.461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri hissəsi ipoteka ilə yüklü edilmişdir (ümumi dəyəri tərəflər arasında 20.000.000 manat məbləğində qiymətləndirilmişdir);

2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh4 ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir.

3. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatına əsasən ünvan 3 ünvanında yerləşən yaşayış evinin bazar dəyəri 1.200.000 manat, likvid dəyəri 960.000 manat, ünvan 4 ünvanında yerləşən 29 nömrəli mənzilin bazar dəyəri 550.000 manat, likvid dəyəri 490.000 manat, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 7 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bazar dəyəri 39.200.000 manat, likvid dəyəri 35.200.000 manat təşkil etmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına xx.xx.2016-cı il tarixə xx.xx.2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə əsas borc 5.000.000 manat, faiz borcu 68.750 manat, xx.xx.2016-cı il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3.000.000 manat, faiz borcu 14.250 manat təşkil etmişdir.

5. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən 3.946,8 kv.m. qeyri-yaşayış binasının bazar dəyəri 38.678.000 manat, likvid qiyməti 34.810.000 AZN müəyyən olunmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbə) bazar dəyəri 38.520.000 manat, likvid dəyəri 34.600.000 manat müəyyən olunmuşdur.

7. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasının yalnız bir hissəsinin - 1-ci zirzəmi, kürsü və 1-ci mərtəbəsi hissəsi olduğu nəzərə alınaraq, birlikdə sahəsi 3.946,8 m2 olan 1-ci zirzəmi, kürsü və 1-ci mərtəbəsinin xx.xx.2024-cü il tarixə vəziyyətinə standartların tələbləri həddində aparılan hesabaşmalara əsaslanan bazar dəyəri 7.645,100 manat müəyyən edilmişdir. Sonradan "xxxx" MMC xx.xx.2025-ci il tarixdə məktubla məhkəməyə müraciət edərək mütəxəssis rəyində qeyd edilən əmlakın likvid dəyərinin göstərilmədiyini və hazırkı məktubun həmin rəyin tərkib hissəsi olduğu nəzərə alınaraq qeyd etmişdir ki, İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 7 ünvanında yerləşən 9.461,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.846,8 m2 (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin likvid dəyəri 6.500.000 manat təşkil edir.

8. “Consulting və Qiymətləndirmə Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 7 ünvanında yerləşən 9.461,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.846,8 m2 (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin likvid dəyəri 9.642.230 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdehlər Cavabdeh1, Vəkilov Müşviq İsa oğluna, Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2na qarşı (”Kroun LTD” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən 9.461 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.846,8 kvadrat metr (1ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi üzrə MMC-nin təsisçisi kimi İddiaçı1 etibarnamə əsasında təmsil etmiş cavabdehlər - Cavabdeh1 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İBQ15-1788/2 saylı və Cavabdeh5 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, İBQ16-1824 saylı ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, xx.xx.2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, KBO14-1622 nömrəli kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, KBQ15-1670 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, KB014-1613 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 ASC-nin kredit borcunun ilkin olaraq onun mülkiyyətində olan və qeyd olunan kredit müqavilələrinə təminat olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, İBO14-1602/2 saylı sonrakı ipoteka müqaviləsi, xx.xx.2014-cü il tarixli, İBO14-1606/2 nömrəli sonrakı ipoteka müqaviləsi, xx.xx.2015-ci il tarixli, İBQ15-1776/2 nömrəli sonrakı ipoteka müqaviləsi, xx.xx.2014-cü il tarixli, İBO14-1622/2 nömrəli sonrakı ipoteka müqaviləsi, xx.xx.2015-ci il tarixli, İBQ151670/3 və 1670/1 saylı sonrakı ipoteka müqavilələri və xx.xx.2014-cü il tarixli, İB0141613 nömrəli sonrakı ipoteka müqavilələrinə əsasən yüklü edilmiş ünvan 3 ünvanında 0,0218 hektar torpaq sahəsində yerləşən 898,2 kvadrat metr ümumi 424,5 kvadrat metr yaşayış, 473,7 kvadrat metr yardımçı sahədən ibarət 11 otaqlı fərdi yaşayış evinə və ünvan 6 ünvanında yerləşən 66,2 kvadrat metr sahədən ibarət 29 nömrəli mənzilə tutma yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 ’’Diplomat LTD” MMC-nin tam pay hüquqlu yeganə təsisçisidir. Təsisçi olaraq MMC-nin idarə edilməsini ümumi yığıncağın qərarı ilə qanuni təmsilçi və direktor olan Nümayəndə3 həyata keçirir. Ümumi yığıncağın xx.xx.2004-cü il tarixli qərarı ilə MMC-nin mülkiyyətində olan əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərəncam vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və s. hüquqlar direktora həvalə edilmişdir. İddiaçı yaşlı insan olduğundan MMC-nin fəaliyyətinin təşkil edilməsinə və idarə edilməsinə direktor məsuliyyət daşımışdır. Hazırda direktor məlumat vermişdir ki, MMC-nin əmlakı Mərkəzi Banka guya onun tərəfindən ipoteka ilə yüklü edilmişdir. Direktor bu barədə MMC-yə Mərkəzi Bankdan məktub gəldiyini bildirmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, oğlu olan Cavabdeh1 təsisçinin fiziki şəxsi kimi verdiyi etibarnamədən istifadə edərək, təsisçiyə və direktora bu barədə heç bir məlumat vermədən MMC-nin əmlakını Mərkəzi Banka ipoteka ilə yüklü etmişdir. Halbuki, oğluna verdiyi etibarnamə yalnız təsisçinin xaricdə olan zaman zərurət olduqda onu dövlət və özəl təşkilatlarda təmsil etmək və konkret göstərişi olduqda müəyyən fiziki şəxs kimi mülkiyyətindəki əmlakları özgəninkiləşdirmək olmuşdur. Cavabdehin MMC-nin başqa hüquqi və fiziki şəxslər qarşısında müqavilə münasibətlərində olmasını, öhdəliklər daşımasını nəzərə almadan əmlakı yüklü etməsi hazırda MMC-nin fəaliyyətini qeyri-mümkün etmişdir. Çünki, ”Kroun LTD” MMC ilə İddiaçı2 MMC arasında xx.xx.2012-ci il tarixdə Birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən şirkət mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahələrini birgə fəaliyyət göstərilməsi üçün müqavilə şərtlərinə əsasən "xxxx" MMC-yə vermiş, müqavilə şərtlərinə əsasən həmin əmlaklara görə heç bir icarə haqqı alınmır, "xxxx" MMC tərəfindən həmin əmlakların otel fəaliyyətinin təşkili üçün milyonlarla manat dəyərində təmir və rekonstruksiya işlərinə vəsait sərf edilir, birgə fəaliyyət nəticəsində əldə edilən gəlir 50:50 nisbətində aralarında bölünür, müqavilə müddəti ərzində "xxxx" MMC-nin yazılı razılığı olmadan ona həmin əmlakları sata, bağışlaya, ipoteka ilə yüklü edə, icarə verməyə, ümumiyyətlə özgəninkiləşdirmə və hər hansı yüklülük əqdlərinin bağlanılması qadağan edilmişdir. Müqavilə şərtlərinə əsasən müqavilə müddətinin sonunda mülkiyyətlərində olan əmlaklar (amortizasiya xərcləri çıxıldıqdan sonra) qiymətləndiriləcək və "xxxx" MMC-nin birgə fəaliyyət təşkil etmək üçün sərf etdiyi vəsaitə uyğun ya əmlakların həmin faiz nisbətinə uyğun hissəsi paylı mülkiyyətlərinə veriləcək və ya əmlaklar hüquqi şəxs olaraq "xxxx" MMC tərəfindən maya qoyuluşu onlara məxsus Şirkətin balansına verilməklə əmlakın dəyərinə uyğun "xxxx" MMC-nin təsis payının miqdarı müəyyən ediləcəkdi. Şirkət bağlanmış müqavilələr üzrə öhdəliklərini icra etməmiş yeni kredit münasibətlərinə girməyə, mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməyə səlahiyyəti olmadığı halda, əmlakın ipoteka qoyulmasına razılığın ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olmağını nəzərə almadan Cavabdeh1 iddiaçıların xəbərləri, razılıqları olmadan bağladığı ipoteka müqaviləsi bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz.

11. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh İddiaçı1 və İddiaçı2 MMC-yə qarşı (ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması; ləğv prosesində olan Cavabdeh4 ASC-nin: - xx.xx.2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 6.000.000 manat əsas, 120.000 manat faiz borcu; - xx.xx.2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 60.000 manat faiz borcu; - xx.xx.2014-cü il tarixli, KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas, 9.833,34 manat faiz borcu; - xx.xx.2014-cü il tarixli, KB014-1622 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 3.111,11 manat faiz borcu; - xx.xx.2015-ci il tarixli, KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 13.356,65 manat faiz borcu; - 26.102015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9.333,34 faiz borcu olmaqla, ümumilikdə 15.500.000 manat əsas, 225.844,44 manat faiz borcunun, cəmi 15.725.844,44 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 8 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; - xx.xx.2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6.000.000 manat əsas, 120.000 manat faiz borcu; - xx.xx.2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 60.000 manat faiz borcu; - xx.xx.2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 198.750 manat faiz borcu; - xx.xx.2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 17.208,33 manat faiz borcu olmaqla, ümumilikdə 17.000.000 manat əsas, 395.958,33 manat faiz borcunun, cəmi 17.395.958,33 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 9 ünvanında yerləşən 819,6 kvadrat metr ümumi sahədən ibarət 12 otaqlı mənzilə; - xx.xx.2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6.000.000 manat əsas, 120.000 manat faiz borcu; - xx.xx.2014-cü il tarixli, KB014-1613 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas, 9.833,34 manat faiz borcu; - xx.xx.2014-cü il tarixli, KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat əsas, 12.000 manat faiz borcu; - xx.xx.2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 198.750 manat faiz borcu; - xx.xx.2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 17.208,33 manat faiz borcu; - 21.102015-ci il tarixli, KBQ15-1772 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 37.500 manat faiz borcu; - xx.xx.2015-ci il tarixli, KBQ151776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9.833,34 faiz borcu; - xx.xx.2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 61.250,01 manat faiz borcu olmaqla, ümumilikdə 28.000.000 manat əsas, 466.375,02 faiz borcunun, cəmi 28.466.375,02 kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına; - xx.xx.2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 61.250,01 manat faiz borcu; - xx.xx.2015-ci il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 14.750 manat faiz borcu olmaqla, ümumilikdə 8.000.000 manat əsas, 76.000,01 manat faiz borcunun, cəmi 8.076.000,01 manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən 9461,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kvadrat metr (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinə tutma yönəldilməsi; həmin daşınmaz əmlakların Cavabdeh4 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Cavabdeh4 ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2011-ci il tarixli və Cavabdeh5 verilmiş xx.xx.2015-ci il tarixli etibarnamədə qeyd olunduğu kimi İddiaçı1 bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı müvafiq olaraq Cavabdeh1 və Cavabdeh5 etibar etmişdir. Qeyd edilməlidir ki, ipoteka müqavilələri Cavabdeh1 və Cavabdeh5 tərəfindən dövlət notariat kontorunda imzalanmış və ipoteka müqaviləsində ipoteka qoyanın statusu “Diplomat LTD" MMC-nin təsisçisi İddiaçı1 etibarnamə əsasında nümayəndəsi” kimi qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilən etibarnamələr əsasında adları çəkilən şəxslər dövlət notariat kontorunda İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 nümayəndələri kimi ipoteka müqavilələrini imzalamışlar. Eyni zamanda, hər iki ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməklə İddiaçı2 MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Belə olan halda, əmlakın ipoteka ilə yüklü edilməsi barədə MMC-nin təsisçisinin və ya direktorunun guya xəbəri olmaması barədə dəlil tamamilə əsassızdır. Cavabdeh1 əqdi özü barəsində deyil, Cavabdeh4 ASC-nin Mərkəzi Bankdan götürdüyü kreditin təminatlı olması məqsədi ilə bağlamışdır. Həmin bankın səhmdar kapitalının mühüm iştirak payçıları da məhz İddiaçı1, Müşviq Vəkilov və Cavabdeh1dur. Bundan başqa, Vəkilov Müşviq İsa oğlu Cavabdeh4 ASC-nin Müşahidə Şurasının sədri idi. Belə olan təqdirdə, həmin şəxslərin Mərkəzi Bankdan alınmış kreditlərin istifadə edilməsindən məlumatsız olması ağlabatan deyil və absurd bir iddiadır. Cavabdeh4 ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə müflis elan edilərək, bank barəsində iflas proseduruna başlanılmışdır. İddiaçıların hazırkı tələblə müraciət etməsi müflis elan olunmuş bankın Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında mövcud olan kredit öhdəliklərinin ödənilməsindən qərəzli surətdə yayınmaq cəhdləridir. Mərkəzi Bankla bağlanmış bütün kredit müqavilələri üzrə Mərkəzi Bankın kreditor tələbləri Cavabdeh4 ASC-nin ləğvedicisinə xx.xx.2016-cı il tarixli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi mümkün olmamışdır. Kredit müqavilələri üzrə faiz borcları bankın müflis elan edilməsi barədə məhkəmə qərarın qüvvəyə mindiyi xx.xx.2016-cı il tarixədək hesablanmışdır. Mərkəzi Bank ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyan İddiaçı1 xx.xx.2016-cı il tarixli, ipoteka qoyan İddiaçı2 MMC-yə xx.xx.2016-cı il tarixli məktublarla göndərmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 7/2022 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı2 MMC-nin və İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Azərbaycan Respublikası Mərkəzi Bankı və 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC-yə və İddiaçı1 qarşı Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqavilələri üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, ləğv prosesində olan Cavabdeh4 ASC-nin: xx.xx.2014-cü il tarixli, KBO14-1602 saylı kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 6.000.000 manat əsas, 110.400 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 55.200 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas, 7.999,97 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, KBO14-1622 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 10.888,9 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 12.402,79 manat faiz borcu, xx.xx.2015- ci tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 12.402,79 manat faiz borcu olmaqla, ümumilikdə 14.500.000 manat əsas, 209.294,45 manat faiz borcunun, cəmi 14.709.209,45 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 8 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; xx.xx.2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6.000.000 manat əsas, 110.400 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 55.200 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, KBQ15-1670 saylı müqaviləsi üzrə 5.000.000 manat əsas, 187.708,3 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, KBQ15- 1676 nömrəli müqaviləsi üzrə 3.000.000 manat əsas, 15.458,33 manat faiz borcu olmaqla, ümumilikdə 17.000.000 manat əsas, 368.766,63 manat faiz borcunun, cəmi 17.368.766,63 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 9 ünvanında yerləşən, ilkin satış qiyməti 1.100.000 manat olan 819,6 kvadrat metr ümumi sahədən 12 otaqlı mənzilə; xx.xx.2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6.000.000 manat əsas, 110.400 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, KB014-1613 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 əsas, 8.166,62 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat əsas, 11.229,13 manat faiz borcu, xx.xx.2015-ci il, KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 187.708,3 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 15.458,33 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, KBQ15-1772 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 37.500 manat faiz borcu, xx.xx.2015- ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 12.402,79 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 68.750 manat faiz borcu olmaqla, ümumilikdə 27.000.000 manat əsas, 451.615,17 manat faiz borcunun, cəmi 27.451.615,17 manat kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyriyaşayış binasına; xx.xx.2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 68.750 manat faiz borcu, xx.xx.2016-cı il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 14.250 manat faiz borcu olmaqla, ümumilikdə 8.000.000 manat əsas, 83.000 manat faiz borcunun, cəmi 8.083.000 manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 35.200.000 manat olan 9.461,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kvadrat metr (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinə tutma yönəldilməsi; həmin daşınmaz əmlakların Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Cavabdeh4 ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilməsi, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 1.250 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir. (hakim X6)

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qərardadı ilə qətnamədə olan yanlışlıq aradan qaldırılaraq xx.xx.2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 12.402,79 manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına ... yönəldilməsi sözləri - … xx.xx.2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9.000 manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına ... yönəldilməsi sözləri kimi oxunması qərara alınmışdır.

15. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçılar cavabdehlərlə aralarında bağlanmış ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsini və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsini, həmçinin kredit müqavilələrinin ləğv edilməsini tələb etsə də, mübahisələndirilən müqavilələrinin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə əsasların mövcud olması öz təsdiqini tapmamışdır.

16. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisələndirilən ipoteka müqavilələrindən başqa Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında kredit borcları üzrə İddiaçı1 məxsus digər əmlaklar barədə müqavilələr bağlanmışdır. Cavabdeh4 ASC kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun Azərbaycan Respublikası Mərkəzi Bankına borcu yaranmışdır. İlkin iddiada İddiaçı2 MMC-nin mülkiyyətindəki əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərəncam vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və sair kimi səlahiyyətlər ümumi yığıncağın xx.xx.2004-cü il tarixli qərarı ilə direktora həvalə olunması göstərilmişdir. İddiaçı2 MMC-nin nizamnaməsinin 2-ci bəndində isə qeyd olunur ki, cəmiyyətin əmlakı cəmiyyətin istifadəsindədir və onun barəsində sərəncam vermək hüququ mövcud qanunvericiliyə və bu nizamnaməyə uyğun olaraq təsisçilərə (İddiaçı2 MMC-nin yeganə təsisçisi İddiaçı1dur) və müəyyən çərçivədə direktora məxsusdur. Göründüyü kimi, İddiaçı2 MMC-nin nizamnaməsinə əsasən, MMCnin əmlakı barəsində sərəncam vermək hüququ tam çərçivədə təsisçiyə, məhdud çərçivədə isə direktora həvalə olunsa da, nizamnamədə göstərilənlərin əksinə, guya ümumi yığıncağın xx.xx.2004-cü il tarixli qərarına əsasən bu səlahiyyət tam çərçivədə direktora ötürülmüşdür. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların istinad etdikləri ümumi yığıncağın xx.xx.2004-cü il tarixli qərarı əslində onlar tərəfindən sonradan tərtib edilmişdir. İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2011-ci il tarixli və Cavabdeh5 verilmiş xx.xx.2015-ci il tarixli etibarnamədə qeyd olunduğu kimi İddiaçı1 bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı müvafiq olaraq Cavabdeh1 və Cavabdeh5 etibar etmişdir. İpoteka müqavilələri Cavabdeh1 və Cavabdeh5 tərəfindən dövlət notariat kontorunda imzalanmış və ipoteka müqaviləsində ipoteka qoyanın statusu “Diplomat LTD" MMC-nin təsisçisi İddiaçı1 etibarnamə əsasında nümayəndəsi” kimi qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilən etibarnamələr əsasında adları çəkilən şəxslər dövlət notariat kontorunda İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 nümayəndələri kimi ipoteka müqavilələrini imzalamışlar. Eyni zamanda, hər iki ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməklə İddiaçı2 MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Belə olan halda, əmlakın ipoteka ilə yüklü edilməsi barədə MMC-nin təsisçisinin və ya direktorunun guya xəbəri olmaması barədə dəlil tamamilə əsassızdır. MMC-nin möhürünün istifadəsi və saxlanması üzrə məsul şəxs MMC-nin rəhbərliyi olduğu halda, ipoteka müqavilələrində möhürdən istifadə olunması birbaşa onu deməyə əsas verir ki, əmlakın ipoteka ilə yüklülüyünə MMC-nin təsisçisinin, habelə direktorunun razılığı olmuş və onlar bu haqda tam məlumatlı olmuşdurlar.

17. İddia ərizəsində qeyd olunan dəlillərdən biri də, Cavabdeh1 özü barəsində əqd bağlamasıdır ki, bu dəlil də tam əsassızdır. Belə ki, Cavabdeh1 əqdi özü barəsində deyil, Cavabdeh4 ASC-nin Mərkəzi Bankdan götürdüyü kreditin təminatlı olması məqsədi ilə bağlamışdır. Həmin bankın səhmdar kapitalının mühüm iştirak payçıları da məhz İddiaçı1, Müşviq Vəkilov və Cavabdeh1dur. Bundan başqa, Vəkilov Müşviq İsa oğlu Cavabdeh4 ASC-nin Müşahidə Şurasının sədri idi. Belə olan təqdirdə, həmin şəxslərin Mərkəzi Bankdan alınmış kreditlərin istifadə edilməsindən məlumatsız olması ağlabatan deyil.

18. Göründüyü kimi, Cavabdeh4 ASC-nin Mərkəzi Bankla bağlanmış bütün kredit müqavilələri üzrə ilkin iddia üzrə iddiaçılar üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, Mərkəzi Banka olan borclarını müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşlar. Ona görə də, Cavabdeh4 ASC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borclarını müqavilələrdə razılaşdırıldığı kimi Mərkəzi Banka ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetləri ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməlidir.

19. Məhkəmə, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd etmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti iş üzrə keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin tam təmin olunması, Mərkəzi Bankın qarşılıqlı iddiasının təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

21. Apellyasiya şikayəti ilk iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

22. Sonradan ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən verilmiş apellyasiya şikayətindən hissəvi- xx.xx.2015-ci il tarixli, İBQ15-1788/2 saylı və xx.xx.2016-cı il tarixli İBQ16-1824 saylı ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi hissəsi üzrə imtina etməklərini bildirmiş və bu barədə qərardad çıxarılmasını xahiş etmişdirlər.

23. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, xx.xx.2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 2.000.000 manat, faiz borcunun isə 9.000 manat müəyyən edilməsi, tutmanın yönəldiyi və hərracdan satılacaq İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının təkrarən müstəqil qiymətləndirici rəyi əsasında ilkin satış (likvid) qiymətinin müəyyən olunması və qiymətləndirmənin “Big 4”-ya daxil olan beynəlxalq audit şirkətlərin birinə həvalə olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qəbul edilərkən kredit müqavilələri üzrə əsas və faiz borc məbləğləri Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8512 nömrəli ekspert rəyində göstərilən məbləğlərə əsasən müəyyən edilmişdir. Lakin ekspert rəyinə nəzərə salarkən müəyyən edilir ki, onun “təsviri” hissəsində xx.xx.2015-ci il tarixli, KBQ15-1776 nömrəli müqavilə ilə bağlı tədqiqat aparılarkən əsas borcun – 2.000.000 manat, faiz borcunun isə 9.000 manat olduğu tədqiq edilmişdir. Lakin ekspert rəyinin “nəticə” hissəsində isə texniki səhvə yol verilmiş və həç bir əsaslandırma olmadan əsas borcun 1.000.000 manat, faiz borcunun isə 12.402,79 manat olduğu göstərilmişdir. Bu texniki yanlışlığa məhkəmə tərəfindən də qiymət verilməmiş və rəyin nəticə hissəsindəki səhv məbləğlər qətnaməyə olduğu kimi köçürülmüşdür. Bundan başqa, Mərkəzi Bank qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-yə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının müəyyən edilən ilkin satış qiyməti ilə razılaşmır. Belə ki, 2015- 2016-cı illərdə bağlanmış ipoteka müqavilələrində qeyriyaşayış binası üzrə 20.000.000 manat qiymətləndirildiyi halda məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə "xxxx" MMC qeyd olunan qeyri-yaşayış binasının bazar qiymətini 39.200.000 manat, likvid qiymətini 35.200.000 manat müəyyənləşdirmişdir. Məhkəmə İddiaçı2 MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş rəyi digər sübutlarla birlikdə qiymətləndirməmiş, qeyri-yaşayış binasının ipoteka müqavilələrində müəyyənləşdirilmiş qiymət ilə kəskin fərqin olmasına baxmayaraq mübahisələndirilən rəyi mötəbər sübut qismində qəbul etmişdir. İpoteka müqavilələrinin bağlandıqdan sonra ötən dövr ərzində qeyri-yaşayış binasının 2 dəfəyə yaxın dəyər qazanması real görünmür və görünür ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza üzrə müstəqil qiymətləndirici tərəfindən təqdim olunan rəy qərəzli olmaqla maraqlı şəxslərin müdaxiləsi nəticəsində verilmişdir. Qeyd olunan rəy formal olmaqla yanaşı qeyriyaşayış binasında bu dəyəri yaradan ciddi əsaslandırıcı məqamlara söykənməmişdir. Bütün bunlar isə məhkəmə tərəfindən təyin olunan ekspertizanı icra edən qiymətləndirici şirkətə qarşılıqlı iddia üzrə cavabdeh arasında sövdələşmə olması ehtimalını artırır, nəticədə rəyin mötəbərliyini şübhə altına salır. İpoteka predmetinin real qiymətindən hədsiz yüksək qiymətləndirilməsi Mərkəzi Bankın kreditor maraqlarına qəti şəkildə uyğun gəlmir. Yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan sözügedən qeyri-yaşayış binasının satış perspektivi yoxdur və ipoteka qanunvericiliyinin tələbləri baxımından təkrar hərracda da alıcı olmadıqda ipoteka predmeti əldə etməsi üçün ipoteka saxlayana təklif olunduqda bu halda ipoteka saxlayan ya borc məbləğindən artıq külli miqdarda vəsaiti ipoteka qoyana qaytarmalı, ya da ipotekadan imtina etmək məcburiyyətindədir. İlkin satış qiymətinin 35.200.000 manat olduğu nəzərə alınarsa və hər iki hərracda da alıcı olmazsa, sonda əmlak Mərkəzi Banka 22.440.000 manata təklif olunacaqdır. Mərkəzi Bankın LPO Cavabdeh4 ASC-nin bu əmlakın təminat olduğu kreditlər üzrə tələbi 8.076.000,01 manatdır. Buradan da görünür ki, qiymətləndirici qeyri-yaşayış binasına real likvid qiymətini yox, məhz Mərkəzi Bankın kreditor tələblərinin məbləğini nəzərə alaraq hesablanma üsulu ilə elə bir qiymət müəyyənləşdirmişdir ki, əmlak kompleksinin hərracdan satışı baş tutmayacağı təqdirdə Mərkəzi Bank ipoteka predmetini əldə edərsə (“İpoteka haqqında” Qanuna görə əks halda ipotekaya xitam verilir) mülkiyyətçiyə yuxarıda göstərilən fərqi ödəmək məcburiyyətində qalmalı olsun. Bu isə son nəticədə qeyri-yaşayış binasının nəinki qeyri-real yüksək qiymətlə Mərkəzi Bankın mülkiyyətinə keçməsinə, hətta əlavə olaraq mülkiyyətçiyə böyük məbləğdə əlavə vəsait (14.323.999,99 manat) ödəməli olması ilə nəticələnə bilər ki, bu da Mərkəzi Bank üçün əlverişsiz və yolverilməzdir. Bütün bunlara əsasən, qeyd olunan qeyri-yaşayış binasına münasibətdə qiymətləndirmənin həyata keçirilməsi üçün təkrar ekspertiza təyin olunmalı və ekspertizanın icrası tam obyektivlik baxımından “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə (Deloitte, Pricewaterhouse Coopers (PwC), Ernst& Young (E&Y), X14 Goerdeler (KPMG)) həvalə olunmalıdır. Yaranmış vəziyyətdə qeyd olunan qeyri-yaşayış binasına münasibətdə ən obyektiv rəyi qeyd olunan beynəlxalq audit şirkətlərindən hər hansı biri verə bilər.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 apellyasiya şikayəti (müdafiə etdikləri hissədə) təmin olunmamış, Azərbaycan Respublikası Mərkəzi Bankın apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsi ipoteka predmeti olan İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Səbail rayonu X12 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən, 9.461,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kvadrat metr (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiyməti hissədə dəyişdirilərək, ilkin satış qiyməti 35.200.000 manat əvəzinə 34.600.000 manat müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat pulun ilk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülmüşdür. (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifovdan və P.A.Hüseynov).

26. Apellyasiya kollegiyası qeyd etmişdir ki, kredit müqavilələrinin təminatı olaraq digər ipoteka predmetlərinə tutma yönəldilməsi (o cümlədən həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi) tələbinin nəyə görə təmin olunmamasını, həmçinin qarşılıqlı iddianın rədd olunması ilə bağlı dəlilləri ilk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 əsaslandırmamış və tələblərini təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, ilk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 müdafiə etdikləri hissədə apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır.

27. Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayətinin xx.xx.2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 2.000.000 manat, faiz borcunun isə 9.000 manat müəyyən edilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin bu dəlili əsaslı deyildir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisələndirilən qətnamədə olan yanlışlıq düzəldilmişdir.

28. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin digər dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə qiymətləndirmə və xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının vəsatəti ilə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və rəy alınana kimi işin icraatı dayandırılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə ipoteka predmetinin həm bazar, həm də likvid qiyməti müqayisəli müəyyən olunduğundan, həmçinin bu rəydə müəyyən edilən likvid qiymət "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindəki likvid qiymətə yaxın olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul olunmalıdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

30. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunmayan mübahisələndirilən hissədə təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı kassasiya şikayəti verərək, qətnamənin “ipoteka predmetinin ilkin satış qiyməti” ilə bağlı hissəsində qismən ləğv olunması və ipoteka predmeti olan İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının təkrarən müstəqil qiymətləndirici rəyi əsasında ilkin satış (likvid) qiymətinin müəyyən olunması və qiymətləndirmənin “Big 4”a daxil olan beynəlxalq auditşirkətlərindən birinə (Deloitte, PricewaterhouseCoopers (PwC), Ernst & Young (E&Y), X14 Goerdeler (KPMG)) həvalə edilməsi məqsədilə yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçı Mərkəzi Bankın kassasiya şikayətinə qarşı etiraz verərək, təmin olunmamasını xahiş etmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-564/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmeti olan İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

34. Kassasiya instansiyası məhkəməsi ilk iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, ipoteka saxlayanın borcun ödənilməsi üçün tutma yönəldilməli olan əmlakları müəyyən etmək hüququ qanundan irəli gəlir. İpoteka qoyanların isə kredit müqaviləsi üzrə tutmanın hansı əmlaka ilk olaraq yönəldilməsini müəyyənləşdirmək hüququ mövcud qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, kreditor olan Mərkəzi Bankın öz tələbinin ipoteka predmetlərinin hansına yönəldilməsini seçmək hüququ olmuşdur.

35. Kassasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli ipoteka predmetinin ilkin satış qiymətini "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən etmiş, apellyasiya məhkəməsi təkrar qiymətləndirmə keçirərək, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini əldə etmiş, sonra məhkəmə ekspertizası təyin etməklə, ipoteka predmetinin ilkin satış qiymətini Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə uyğun müəyyən etmişdir. Apellyasiya məhkəməsi ekspert rəyinin mötəbərliyini qiymətləndirərkən yalnız ipoteka predmetinin həm bazar, həm də likvid qiymətlərinin müqayisəli müəyyən olunmasına, rəydə müəyyən edilən likvid qiymətin mütəxəssis rəyindəki likvid qiymətə yaxın olmasına istinad etmişdir. Lakin, ekspert rəyindən görünür ki, əmlakın likvid dəyəri 3 müqayisəli əmlakın satış qiymətinə əsasən, mübahisəli əmlakın yerləşdiyi ərazidə 1 kv.m. sahənin orta qiymətinin müəyyən edilməsi və həmin qiymətin tədqiq olunan əmlakın sahəsinə (3946,8 kv.m.) vurulması yolu ilə hesablanmışdır. Bu zaman ekspert nəzərə almamışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 MMC-nin mülkiyyətində olan mübahisəli əmlakın ümumi sahəsi 9461,3 kv.m. təşkil etməklə, onun yalnız 3946,8 kv.m. sahəsi (1-ci zirzəmi, kürsə və 1-ci mərtəbə) ipoteka ilə yüklü edilmişdir. Ekspert rəyinin məzmunundan ümumi əmlakın ipoteka ilə yüklü edilmiş hissələrinin təyinatı, onların əmlakın digər hissəsindən ayrı istifadə etmək imkanları və bunun nəticəsində onun hərracdan üçüncü şəxslər tərəfindən alınmasının perspektivləri ətrafında araşdırma aparılması və rəyin bu araşdırmaya uyğun əsaslandırılması müəyyən olunmur. Halbuki, mübahisəli sahələrin cavabdehin mülkiyyətində olan və ipoteka ilə yüklü edilməmiş qalan hissəsinə xidmət edən, ayrıca istifadəyə mümkünsüz olan və ya ayrıca istifadəyə yararlı vəziyyətə gətirilməsində ötrü əlavə xərclər tələb edən sahələr olması müəyyən edildiyi halda, onun hərracdan satılması imkanları azalacaq və müvafiq olaraq dəyərinin eyni ərazidə yerləşən, lakin müstəqil istifadəyə yararlı olan daşınmaz əmlaklara münasibətdə aşağı olmasına səbəb olacaqdır. Təsadüfi deyildir ki, tərəflər arasında bağlanmış sonuncu ipoteka müqaviləsi ilə mübahisəli əmlakın ümumi dəyəri tərəflərin razılaşması ilə 20.000.0000 manat məbləğində qiymətləndirilmişdir. 2016-ci ilin fevral ayından hazıradək daşınmaz əmlak bazarında dəyişikliklərin olması, əmlakın qiymətinin qalxması qəbul edilən olsa da, bu sahələrin dəyərinin təxminən 75%, yəni 34.600.000 manata kimi yüksəlməsi nəticəsinə gəlməsi üçün xüsusi araşdırma və əsaslandırma olmalı idi ki, hazırki işdəki mütəxəssis və ekspert rəylərində belə əsaslandırmanın aparılması müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur.

36. Mübahisəli əmlakın qiymətləndirilməsinin “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə həvalə edilməsinə dair Mərkəzi Bankın kassasiya şikayətinin dəlilini isə məhkəmə kollegiyası əsaslı hesab etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin məzmununa əsasən eksperti müəyyən etmək səlahiyyəti məhkəməyə aiddir və konkret şəxs ekspert kimi yalnız tərəflərin qarşılıqlı razılığı ilə təyin oluna bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 ilk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdirlər ki, Mərkəzi Bank sadəcə qiymətin onu qane etmədiyini bildirmiş, amma mövqeyini hüquqi əsaslandıra bilməmişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində 5 ildən artıq müddətdə iş üzrə dəfələrlə qiymətləndirmə ekspertizaları keçirilmişdir. Maraqlısı odur ki, bütün qiymətləndirmə ekspertizalarının rəyləri ilə Mərkəzi Bank razı olmuşdur. Bunu iş materiallarına, proseslərin audio yazılarına, protokollara baxılarsa, aydın etmək olar. Mərkəzi Bankı təmsil edən nümayəndələrin rəylərlə tanış olduqdan sonra heç bir etirazlarının olmaması, iş üzrə hər hansi şifahi və ya yazılı təkrar qiymətləndirmə keçirilməsi barədə vəsatətlərinin olmaması bütün qiymətləndirmə ekspertizalarının rəyləri ilə Mərkəzi Bankın razı olmasının sübutudur. Ancaq hazırda apelyasiya şikayətlərində bütün keçirilmiş ekspertizaların rəyləri ilə razı olduqları halda yalnız İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin düzgün olaraq müəyyənləşdirilməməsini mübahisələndirmələri əsassızdır. Belə çıxır ki, eyni qiymətləndirmə şirkətinin verdiyi başqa əmlaklar barədə rəylər Mərkəzi Bankın istəklərini qane edir, ancaq onların istəklərinə cavab vermədiyinə görə bir əmlaka dair yenidən heç bir əsas olmadan ekspertiza keçirilməlidir? Ancaq nədənsə başqa əmlaklara qoyulan qiymətlə razı qaldığını, yalnız əmlakın birinin isə qiymətinin şişirdildiyini qeyd edirlər. Mərkəzi Bank İddiaçı2 MMC-yə məxsus əmlakın dəyərini suni olaraq aşağı qiymətləndirməsinə nail olub və hərrac zamanı əmlakın mülkiyyətçisi olmaq niyyətindədir. Digər qiymətləndirilən əmlakların dəyəri isə harrac zamanı Mərkəzi Banka əmlakların mülkiyyətçisi olmağına uyğundur. Hətta apelyasiya şikayətində göstərilmişdir ki, Mərkəzi Bank heç bir halda ipoteka saxlayana pul ödəmək fikrində olmamış və bu niyyətlərini riyazi hesablamalarla da əsaslandırmışdır. Göstərilənləri nəzərə alaraq Mərkəzi Bankın apelyasiya şikayətinin təmin etməməsini və tərəflərindən verilmiş apelyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X7 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda mövcud vəziyyətdə apellyasiya baxışının predmetini təşkil edən mübahisəli ipoteka predmetinin ilkin satış qiymətinin "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş məbləğdə müəyyən edilməsinə razı olduqlarını bildirmişdir.

39. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə3 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

40. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan ”KredoBank” ASC-nin nümayəndəsi Nümayəndə4 ipoteka predmeti olan mübahisəli əmlakın ilkin satış qiymətinin "xxxx" MMCnin müətəxssis rəyində göstərilmiş məbləğdə müəyyən edilməsinə etiraz etmədiklərini bildirmişdir.

41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Vəkilov Müşviq İsa oğlu məhkəmə iclasına gəlməmişlər, ilk iddia üzrə cavabdeh 13 saylı Dövlət Notariat Kontoru və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ”Kroun LTD” MMC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin tərəflərin (və ya nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər; 64.2-ci maddəsinə əsasən mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 207.1-ci maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

44. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 6.4-cü maddəsinə əsasən ipoteka ümumi ola bilər. Ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

45. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 iyul 2023-cü il tarixli Qərarı ... borclu bank tərəfindən öhdəlik pozulduğu halda, kreditor olaraq Mərkəzi Bank mənafeyinin təmin olunması üçün üçüncü şəxslərə məxsus ipoteka predmetinə məcburi qaydada (zərurət olduğu halda) tutmanın yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər və belə tələblər üzrə işlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə baxılmalıdır.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

49. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və həmin göstərişləri nəzərə alıb, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9.461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiyməti ilə bağlı hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında olan göstərişləri nəzərə alıb hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9.461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış (likvid) qiyməti ilə bağlı hissədə dəyişdirilməlidir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında 2014-2016-cı il tarixləri aralığında ümumilikdə 12 kredit müqaviləsi bağlanılmış, həmin kredit müqavilələri üzrə Cavabdeh4 ASC-nin öhdəliklərinin təminatı olaraq ümumilikdə 6 əmlak Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh4 ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Bundan sonra İddiaçı2 MMC və İddiaçı1 “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka qeydlərinin ləğv edilməsi” tələbi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı isə Cavabdeh4 ASC ilə aralarında bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəliklər icra edilmədiyindən “kredit borcunun tutulması, həmin borcun ipoteka predmetlərinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Lakin hazırki apellyasiya baxışının predmetini ipoteka ilə yüklü edilmiş həmin əmlaklardan yalnız biri – İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9.461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiymətinin müəyyən edilməsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı bu əmlakın ilkin satış (likvid) qiymətinin 35.200.000 manat məbləğində müəyyən edilməsi ilə razılaşmır, bu məbləği həddindən artıq yüksək hesab edir və müəyyən edilməsini tələb etməklə, hüquqi nəticə etibarı ilə azaldılmasını istəyir.

52. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli ipoteka müqavilələri üzrə ipoteka predmetini təşkil edən həmin əmlakın ilkin satış qiyməti 20.000.000 manat məbləğində müəyyən edilmişdir.

53. Bununla yanaşı məhkəmə mübahisəsinə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman məhkəmənin müvafiq qərardadının icrası qaydasında "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatına əsasən bu əmlakın bazar dəyəri 39.200.000 manat, likvid dəyəri 35.200.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də həmin mütəxəssis rəyini mötəbər hesab etmiş və əmlakın ilkin satış qiyməti qismində məhz həmin məbləği əsas götürmüşdür.

54. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı bundan narazı qalaraq apellyasiya şikayəti vermiş, işin birinci apellyasiya baxışı zamanı onun apellyasiya şikayətinin dəlilləri də nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə qeyd edilən əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı qərardad çıxarılmış və həmin qərardadın icrası qaydasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən bu əmlakın bazar dəyəri 38.678.000 manat, likvid qiyməti 34.810.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu məbləğlə də razılaşmadığından onun təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatəti təmin edilərək, xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən isə həmin əmlakın bazar dəyəri 38.520.000 manat, likvid dəyəri 34.600.000 manat məbləğində müəyyən olunmuşdur.

55. Lakin nəzərə alınmalıdır ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli ipoteka müqavilələrinə əsasən "xxxx" Bank ASC-nin kredit öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında "xxxx" LTD MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9.461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının yalnız 3.946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi ipoteka ilə yüklü edildiyi və bu müqavilələr üzrə onun dəyəri qarşılıqlı razılığa əsasən 20.000.000 manat məbləğində qiymətləndirildiyi halda, həm birinci, həm də əvvəlki apellyasiya baxışı zamanı verilmiş mütəxəssis və ekspert rəylərində həmin əmlakın ilkin satış və bazar qiyməti ümumi sahə (9.461,3 kv.m.) əsas götürülməklə, yəni ümumi sahənin bir hissəsi kimi müəyyən edilmişdir. Başqa sözlə, əvvəlki icraatlar çərçivəsində mütəxəssislər və ekspert məhz texniki göstəriciləri, təyinatı, istifadə imkanları, rentabelliyi, hərracdan üçüncü şəxslər tərəfindən alınmasının prespektivləri və digər meyyar və göstəricilər baxımından bu əmlakı (ümumi əmlakdan təcrid olunmuş, yəni müstəqil əmlak olaraq) araşdırmamışdır. Belə ki, bu hissəyə daxil olmaqla, ipoteka ilə yüklü edilməmiş hissəyə xidmət edən və ayrıca istifadəsi mümkünsüz olan, habelə əksinə bu hissəyə xidmət edən və yüklü edilməmiş hissəyə daxil olan sahələrin də mövcud olması istisna deyil ki, belə olan halda da bu əmlaka daxil olan aidiyyəti sahələrin təyinatının dəyişdirilməsi, təyinatına uyğun yararlı hala gətirilməsi zərurəti yaranmış olacaqdır. Belə halların müəyyən edilməsi də əlavə xərclər tələb etməklə yanaşı bilavasitə əmlakın dəyərinə təsir edəcək, o cümlədən eyni ərazidə yerləşən və müstəqil istifadəyə yararlı olan başqa daşınmaz əmlaklarla müqayisədə onun daha aşağı dəyərdə olmasına səbəb olacaqdır.

56. Məhz bu qaydada aparılmış tədqiqatın nəticəsidir ki, həmin üç rəyin hər biri üzrə müəyyən edilmiş ilkin satış qiyməti məbləğ etibarı ilə biri-birindən az fərqlənmişdir. Həmçinin, ən aşağı ilkin satış qiyməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, həmin qiymət (34.600.000 manat) ipoteka müqaviləsində razılaşdırılmış qiymətdən (20.000.000 manat) 75 faiz artıqdır. Lakin həmin rəylərin hər hansı birində belə bir fərqlə ilkin satış qiymətinin müəyyən edilməsinin əsasında duran araşdırmanın aparılması, ümumiyyətlə bu halın əsaslandırılması müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində bu əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi baxımından həmin rəhlərin hər hansı birinin mötəbərliyini istisna edir.

57. Məhkəmə kollegiyası hazırki icraat zamanı qeyd edilən bu halları nəzərə alaraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında olan göstərişləri rəhbər tutaraq ipoteka predmetini təşkil edən həmin əmlakın dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması məsələsini müzakirəyə çıxarmış və məhkəmə iclasında iştirak edən tərəflərin də bu məsələyə münasibətini öyrənib, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmənin aparılmasını bu sahə üzrə ixtisaslaşan iki müxtəlif təşkilata (“Qiymətləndirmə və Consulting Mərkəzi” MMC-və "xxxx" MMC) həvalə etmiş, həmçinin, mütəxəsislərə həmin əmlakın qiymətləndirilməsi zamanı digər məsələlərlə yanaşı, ümumi əmlakda bu hissənin təyinatının, onun ümumi əmlakdan (əmlakın digər hissələrindən) ayrı istifadə edilməsi imkanlarının (mümkünlüyünün), onun hərracdan üçüncü şəxslər tərəfindən alınmasının perspektivlərinin araşdırılması və rəyin bu araşdırmaya uyğun əsaslandırılması tapşırılmışdır.

58. Həmin qərardadın icrası qaydasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən bu əmlakın xx.xx.2024-cü il tarixə olan vəziyyətinə standartların tələbləri həddində aparılan hesablamalara əsaslanan bazar dəyəri 7.645,100 manat müəyyən edilmişdir. Sonradan "xxxx" MMC xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, mütəxəssis rəyində qeyd edilən əmlakın likvid dəyərinin göstərilmədiyini və hazırkı məktubun həmin rəyin tərkib hissəsi olduğu nəzərə alınaraq qeyd etmişdir ki, əmlakın likvid dəyəri 6.500.000 manat təşkil edir.

59. “Consulting və Qiymətləndirmə Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən isə əmlakın likvid dəyəri 9.642.230 manat məbləğində müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası həmin rəyləri müqayisəli şəkildə təhlil edərək, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyi, apellyatorun mütəxəssis rəylərinə münasibətini (apellyatorun nümayəndəsi özü də mübahisəli əmlakla bağlı “Consulting və Qiymətləndirmə Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən qiymətin likvid dəyər olaraq müəyyən edilməsi ilə razı olduğunu bildirmişdir) və ipoteka müqavilələrində göstərilən qiyməti nəzərə alaraq “Consulting və Qiymətləndirmə Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini mötəbər hesab edir və mübahisə predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətinin bu rəyə uyğun olaraq məhz 9.642.230 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli sayır.

61. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı onu da qeyd edir ki, "xxxx" MMC ilə müqayisədə “Qiymətləndirmə və Consulting Mərkəzi” MMC tərəfindən daha yüksək məbləğdə ilkin satış (likvid) qiyməti müəyyən edilmişdir və yuxarıda göstərilən 3 rəyin hər hansı birinin mötəbər sübut kimi qiymətləndirilməməsi də nəzərə alındığı halda, bu qiymət nəticə etibarı ilə həmin əmlakın mülkiyyətçisi olan cavabdeh İddiaçı2 MMC-nin də maraqlarına uyğundur.

62. Məhkəmə kollegiyası qiymtləndirmənin “Big 4”-ə daxil olan beynəlxalq audit şirkətlərinin birinə həvalə olunması məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilik ekspertin müəyyən edilməsini bilavasitə məhkəmənin səlahiyyətlərinə aid etmiş, eyni zamanda, tərəflərin özlərinin də bununla bağlı sübutlar, o cümlədən mütəxəssis rəyi təqdim etmək imkanlarını məhdudlaşdırmamışdır. Məhkəmə kollegiyası da öz səlahiyyətləri çərçivəsində və məhz tərəflərin qarşılıqlı razılığı əsasında, o cümlədən apellyatorun nümayəndəsinin təkliflərini nəzərə alaraq, qiymətləndirmənin aparılmasını “Consulting və Qiymətləndirmə Mərkəzi” MMC ilə yanaşı, həmçinin "xxxx" MMC-yə həvalə etmişdir. Digər tərəfdən işə apellyasiya instansiya məhkəməsində baxılan zaman apellyator bununla bağlı müstəqil qaydada sübutlar əldə etmək imkanına malik olmasına baxmayaraq, bu imkanlarından istifadə etməmiş və nəticə etibarı ilə öz təşəbbüsü ilə “Big 4”-ə daxil olan beynəlxalq audit şirkətlərinin hər hansı birinin əmlakla bağlı rəyini məhkəməyə təqdim etməmişdir.

63. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsi ipoteka predmetini təşkil edən İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 7 ünvanında yerləşən 9.461,30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,80 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin müəyyən edilmiş ilkin satış (likvid) qiyməti ilə bağlı hissədə dəyişdirilməli, bu əmlakın ilkin satış (likvid) qiyməti 9.642.230 manat məbləğində müəyyən edilməlidir.

64. “Qiymətləndirmə və Consultinq Mərkəzi” MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə işinin dəyəri ödənilmədiyindən bu işin dəyərini təşkil edən 500 manat məbləğində pul vəsaitinin ödənilməsi də təmin edilməli və bu məbləğ ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-dən tutularaq “Qiymətləndirmə və Consultinq Mərkəzi” MMC-yə ödənilməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 392-ci, 393-cü, 403-cü, 405-ci, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsi ipoteka predmetini təşkil edən İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 7 ünvanında yerləşən 9.461,30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin müəyyən edilmiş ilkin satış (likvid) qiyməti ilə bağlı hissədə dəyişdirilsin. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 7 ünvanında yerləşən 9.461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış (likvid) qiyməti 9.642.230 (doqquz milyon altı yüz qırx iki min iki yüz otuz) manat məbləğində müəyyən edilsin. “Qiymətləndirmə və Consultinq Mərkəzi” MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə işinin dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul vəsaiti ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-dən tutularaq “Qiymətləndirmə və Consultinq Mərkəzi” MMC-yə ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar