Məhkəmə qərarları › İş №2(103)-272/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-272/2023

16.05.2023 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-272/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 vəkili (nümayəndəsi) Vəkil, 3-cü şəxs Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 birgə və qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Qət edilmişdir: “İlkin iddia üzrə İddiaçı2 MMC və İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Vəkilov Müşfiq İsa oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankı və 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 qarşı Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqavilələri üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının qarşılıqlı iddia ərizəsi təmin olunaraq, ləğv prosesində olan Cavabdeh4 ASC-nin: - 02 iyul 2014-cü il tarixli KBO14-1602 saylı kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 6.000.000 (altı milyon) manat əsas, 110.400.0 (yüz on min dörd yüz) manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə3.000.000(üç milyon)manatəsas, 55.200(əllibeş minikiyüz) manatfaiz borcu, 01 avqust 2014-cü il tarixli KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 (bir milyon beş yüz min) manat əsas, 7999,97 (yeddi min doqquz yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat faiz borcu, 10 oktyabr 2014-cü il tarixli KBO14-1622 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 (iki milyon) manat əsas, 10.888,9 (on min səkkiz yüz səksən səkkiz manat doqquz qəpik) manat faiz borcu, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 (bir milyon) manat əsas, 12.402,79 (on iki min dörd yüz iki manat yetmiş doqquz qəpik) manat faiz borcu, 26 oktyabr 2015-ci tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 (bir milyon) manat əsas, 12.402,79 (on iki min dörd yüz iki manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 14.500.000 (on dörd milyon beş yüz min) manat əsas, 209.294,45 (iki yüz doqquz min iki yüz doxsan dörd manat qırx beş qəpik) manat faiz borcunun, cəmi 14.709.209,45 (on dörd milyon yeddi yüz doqquz min iki yüz doqquz manat qırx beş qəpik) manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; - 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6.000.000 (altı milyon) manat əsas, 110.400.0 (yüz on min dörd yüz) manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 55.200 (əlli beş min iki yüz) manat faiz borcu, 19 mart 2015ci il tarixli KBQ15-1670 saylı müqaviləsi üzrə 5.000.000 (beş milyon) manat əsas, 187.708,3 (yüz səksən yeddi min yeddi yüz səkkiz manat otuz qəpik) manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15- 1676 nömrəli müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 15.458,33 (on beş min dörd yüz əlli səkkiz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17.000.000 (on yeddi milyon) manat əsas, 368.766,63 (üç yüz altmış səkkiz min yeddi yüz altmış altı manat altmış üç qəpik) manat faiz borcunun, cəmi 17.368.766,63 (on yeddi milyon üç yüz altmış səkkiz min yeddi yüz altmış altı manat altmış üç qəpik) manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən, ilkin satış qiyməti 1.100.000 manat olan 819,6 kv.m ümumi sahədən 12 otaqlı mənzilə; - 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6 000.000 (altı milyon) manat əsas, 110.400.0 (yüz on min dörd yüz) manat faiz borcu, 03 sentyabr 2014 cü il tarixli KB014-1613 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 (bir milyon beş yüz min) əsas, 8.166,62 (səkkiz min yüz altmış altı manat altmış iki qəpik) manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2 500 000 (iki milyon beş yüz min) manat əsas, 11.229,13 (on bir min iki yüz iyirmi doqquz manat on üç qəpik) manat faiz borcu, 19 mart 2015-ci il KBQ15-1670 saylı kredit müqaviləsi üzrə 5.000.000 (beş milyon) manat əsas, 187.708,3 (yüz səksən yeddi min yeddi yüz səkkiz manat otuz qəpik) manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 15.458,33 (on beş min dörd yüz əlli səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 21 oktyabr 2015-ci il tarixli KBQ15-1772 saylı kredit müqaviləsi üzrə 3.000 000 (üç milyon) manat əsas, 37.500,00 (otuz yeddi min beş yüz min) manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 1.000 000 (bir milyon) manat əsas, 12.402,79 (on iki min dörd yüz iki manat yetmiş doqquz qəpik) manat faiz borcu, 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5.000 000 (beş milyon) manat əsas, 68.750,0 (altmış səkkiz min yeddi yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 27. 000 000 manat əsas, 451.615,17 (dörd yüz əlli bir min altı yüz on beş manat on yeddi qəpik) manat faiz borcunun, cəmi 27.451.615,17 manat kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına; - 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5.000 000 (beş milyon) manat əsas, 68.750,0 (altmış səkkiz min yeddi yüz əlli) manat faiz borcu, 02 fevral 2015-ci il tarixli KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 14 250,00 (on dörd min iki yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 8 000 000 (səkkiz milyon) manat əsas, 83.000 (səksən üç min) manat faiz borcunun, cəmi 8.083.000 (səkkiz milyon səksən üç min) manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 35.200.000 manat olan 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinə tutma yönəldilsin; Həmin daşınmaz əmlaklar Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılsın, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Cavabdeh4 ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilsin. İş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 1250 (min iki yüz əlli) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçılara aid edilsin.” Həmçinin, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə Qərara alınmışdır: “Nəsimi Rayon Məhkəməsinin 2(006)-7/202 saylı, 01 aprel 2022-ci il tarixli qətnamədə olan yanlışlıq düzəldilsin. Qətnamədə - …26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 1.000 000 (bir milyon) manat əsas, 12.402,79 (on iki min dörd yüz iki manat yetmiş doqquz qəpik) manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına...yönəldilməsi sözləri - …26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000 000 (iki milyon) manat əsas, 9000 (doqquz min) manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına...yönəldilməsi sözləri kimi oxunsun.” Qətnamədən ilkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tərəfindən birgə apellyasiya şikayəti verilərək Nəsimi rayon məhkəməsinin 2(006)7/2022 saylı 01 aprel 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsini və Mərkəzi bankın qarşılıqlı iddiasının təmin olunmaması, ilkin iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edirik xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Sonradan ilkin iddia üzrə iddiaçıların vəkili (nümayəndəsi) ərizə təqdim edərək Nəsimi rayon məhkəməsinin 2(006)7/2022 saylı 01 aprel 2022 ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən hissəvi- ilkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı, Vəkilov Müşfiq İsa oğlu, Cavabdeh1, 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə Diplomat LTD” MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3846,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi üzrə MMC-nin təsisçisi kimi İddiaçı1 etibarnamə əsasında təmsil etmiş cavabdehlərCavabdeh1 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli İBQ15-1788/2 saylı və Vəkilov Müşfiq İsa oğlu ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış xx.xx.2016-cı il tarixli İBQ16-1824 saylı ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi hissəsi üzrə apellyasiya şikayətindən imtina etmələrini nəzərə alıb bu barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı, Vəkilov Müşfiq İsa oğlu, Cavabdeh1, 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə Diplomat LTD” MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3846,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi üzrə MMC-nin təsisçisi kimi İddiaçı1 etibarnamə əsasında təmsil etmiş cavabdehlərCavabdeh1 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli İBQ15-1788/2 saylı və Vəkilov Müşfiq İsa oğlu ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış xx.xx.2016-cı il tarixli İBQ16-1824 saylı ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi hissəsi üzrə apellyasiya şikayətindən imtina etməyi nəzərə alınaraq həmin hissədə apellyasiya icraatına xitam verilməlidir. (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İlk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 nun apellyasiya şikayəti müdafiə etdikləri hissədə təmin olunmaması, Azərbaycan Respublikası Mərkəzi Bankın apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ipoteka predmeti olan İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən, 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiyməti hissədə dəyişdirilərək, ilkin satış qiyməti 35.200.000 manat əvəzinə 34.600.000,0 manat müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.) Məhkəmə kollegiyasının iclasında ilk iddiaçıların vəkili və nümayəndəsi apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətilərinin qanunamüvafiq həll olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçıların apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçıların apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar