Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2496/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdehlər Vəkilov Kamran İsa oğlu, xxx oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2na qarşı ilk, Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarszlığı, kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, maddi hüquq normasının səhv tətbiq olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmm ədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdehlər Cavabdeh1, xxx oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2na qarşı (”Kroun LTD” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” barədə ilk, Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 qarşı (ləğv prosesində olan Cavabdeh4 ASC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2363/2025 nömrəli 17 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 MMC-nin kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cavabdeh4 ASC-yə: 1.1. 2 iyul 2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi ilə illik 4,8% olmaqla, 1080 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. 1.2. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq: 1.2.1. 2 iyul 2014-cü tarixli, İBO14-1602/1 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 495,4 kvadrat metr y ardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi, 1.2.2. 2 iyul 2014-cü il tarixli, İBO14-1602/2 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 ASC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,0218 ha torpaq sahəsində yerləşən 898,2 kv.m. ümumi, 424,5 kv.m. yaşayış, 473,7 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı fərdi yaşayış evi, 1.2.3. 15 iyul 2014-cü il tarixli, İB014-1606/3 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 819,6 kvadrat metr ümumi sahədən ibarət 12 otaqlı mənzil və 1.2.4. 29 oktyabr 2015-ci il tarixli, İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 1.3. 8 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi ilə illik 4,8% olmaqla 1080 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. 1.4. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq: 1.4.1. 8 iyul 2014-cü il tarixli, İBO14-1606/1 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 96,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi, 1.4.2. 8 iyul 2014-cü il tarixli, İBO14-1606/2 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 ASC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,0218 ha torpaq sahəsində yerləşən 898,2 kv.m. ümumi, 424,5 kv.m. yaşayış, 473,7 kv.m. yardımçı sahədən ibarə t 11 otaqlı fərdi yaşayış evi və 1.4.3. 15 iyul 2014-cü il tarixli, İB014-1606/3 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 819,6 kvadrat metr ümumi sahədən ibarət 12 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. 1.5. 1 avqust 2014-cü il tarixli, KBO14-1607 nömrəli kredit müqaviləsi ilə illik 4% olmaqla 1078 gün müddətinə ******* manat kredit verilmişdir. 1.6. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 01 avqust 2014-cü il tarixli İB014-1607 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0.01201 hektar torpaq sahəsində yerləşən 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişd ir. 1.7. 3 sentyabr 2014-cü il tarixli, KBO14-1613 nömrəli kredit müqaviləsi ilə illik 4% olmaqla 1080 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. 1.8. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq: 1.8.1. 4 sentyabr 2014-cü il tarixli, İBO14-1613 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 ASC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,0218 ha torpaq sahəsində yerləşən 898,2 kv.m. ümumi, 424,5 kv.m. yaşayış, 473,7 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı fərdi yaşayış evi və 1.8.2. 29 oktyabr 2015-ci il tarixli, İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 1.9. 10 oktyab r 2014-cü il tarixli, KBO14-1622 №-li kredit müqaviləsi ilə illik 4% olmaqla 1078 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. 1.10. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq: 1.10.1. 13 oktyabr 2014-cü il tarixli İB014-1622/1 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi və 1.10.2. 13 oktyabr 2014-cü il tarixli, İBO14-1622/2 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 ASC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,0218 ha torpaq sahəsində yerləşən 898,2 kv.m. ümumi, 424,5 kv.m. yaşayış, 473,7 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı fərdi yaş ayış evi ipoteka ilə yüklü edilmişdir. 1.11. 10 dekabr 2014-cü il tarixli, KBQ14-1637 nömrəli kredit müqaviləsi ilə illik 3,5% olmaqla 359 gün müddətinə ******* manat məbləğində kredit verilmiş, 03 dekabr 2015-ci il tarixli və 01 iyun 2016-cı il tarixli əlavələrlə kredit üzrə illik faiz dərəcəsi 3,2%-ə endirilərək, kreditin ödənilmə tarixi son nəticədə 01 iyun 2017-ci ilədək uzadılmışdır. 1.12. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 29 oktyabr 2015-ci il tarixli, İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 1.13. 9 fevral 2015-ci il tarixli, KBQ15-1652 nömrəli kredit müqaviləsi ilə illik 3,5% olmaqla 360 gün müddətinə ******* manat məbləğində kredit verilmiş, 04 fevral 2016-cı il tarixli əlavə ilə kredit üzrə illik faiz dərəcəsi 3,2%-ə endirilmiş və kreditin ödənilmə vaxtı 02 avqust 2016-cı ilədək uzadılmışdır. 1.14. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 09 fevral 2015-ci il tarixli, İBQ15/1652 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 1.15. 19 mart 2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsi ilə illik 3,5% olmaqla 358 gün müddətinə ******* manat məbləğində kredit verilmiş, 02 mart 2016-cı il tarixli əlav ə ilə kredit üzrə illik faiz dərəcəsi 9%-ə qaldırılmış və kreditin ödənilmə vaxtı 07 sentyabr 2016-cı ilədək uzadılmışdır. 1.16. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq: 1.16.1. 19 mart 2015-ci il tarixli, İBQ15-1670/1 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 ASC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,0218 ha torpaq sahəsində yerləşən 898,2 kv.m. ümumi, 424,5 kv.m. yaşayış, 473,7 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı fərdi yaşayış evi, 1.16.2. 19 mart 2015-ci il tarixli, İBQ15-1670/3 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 ASC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 6 ünvanında yerləşən 66,2 kv.m. ümumi sahədən ibarət 29 saylı mənzili, 1.16.3. 19 mart 2015-ci il tarixli İBQ15-1670/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 819,6 kvadrat metr ümumi sahədən ibarət 12 otaqlı mənzil və 1.16.4. 29 oktyabr 2015-ci il tarixli, İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 1.17. 15 aprel 2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsi ilə illik 3,5% olmaqla 359 gün müddətinə ******* manat məbləğində kredit verilmiş, 16 may 2016-cı il tarixli əlavə ilə kreditin ödənilmə tarixi 16 may 2017-ci ilədək uzadılmışdır. 1.18. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq: 1.18.1. 17 aprel 2015-ci il tarixli İBQ15-1676/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 819,6 kvadrat metr ümumi sahədən ibarət 12 otaqlı mənzil və 1.18.2. 29 oktyabr 2015-ci il tarixli, İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 1.19. 21 oktyabr 2015-ci il tarixli, KBQ15-1772 nömrəli kredit müqaviləsi ilə illik 3% olmaqla 359 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. 1.20. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 29 oktyabr 2015-ci il tarixli, İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 1.21. 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi ilə illik 3% olmaqla 180 gün müddətinə ******* manat məbləğində kredit verilmiş, 16 may 2016-cı il tarixli əlavə ilə kreditin ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. 1.22. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq: 1.22.1. 26 oktyabr 2015-ci il tarixli, İBQ15- 1776/1 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi, 1.22.2. 26 oktyabr 2015-ci il tarixli, İBQ15-1776/2 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 ASC-yə xüsusi mülkiyyət hüququ ilə m əxsus ünvan 6 ünvanında yerləşən 66,2 kv.m. ümumi sahədən ibarət 29 saylı mənzili və 1.22.3. 29 oktyabr 2015-ci il tarixli, İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 1.23. 19 noyabr 2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi ilə illik 3% olmaqla 360 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. 1.24. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq: 1.24.1. 19 noyabr 2015-ci il tarixli İBQ15-1788 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası və 1.24.2. 20 noyabr 2015-ci il tarixli İBQ15-1788/2 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi ipoteka ilə yüklü edilmişdir. 1.25. 2 fevral 2016-cı il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsi ilə illik 3% olmaqla 360 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. 1.26. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 03 fevral 2016-cı il tarixli İBQ16-1824 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümum i sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri hissəsi ipoteka ilə yüklü edilmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə Cavabdeh4 ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdehlər Cavabdeh1, xxx oğluna, Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2na (”Kroun LTD” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iddia ərizəsi, sonra isə MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC-nin mülkiyyətində olan ünvan 1, X1 küçəsi 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən 9461 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3846,8 kvadrat metr (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi üzrə MMC-nin təsisçisi kimi İddiaçı1 etibarnamə əsasında təmsil etmiş cavabdehlər - Cavabdeh1 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli, İBQ15-1788/2 saylı və Cavabdeh5 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış 03 fevral 2016-cı il tarixli, İBQ16-1824 saylı ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, 02 iyul 2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi, 08 iyul 2014-cü il tarixli, KBO14 -1606 nömrəli kredit müqaviləsi, 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi, 10 oktyabr 2014-cü il tarixli, KBO14-1622 nömrəli kredit müqaviləsi, 19 mart 2015-ci il tarixli, KBQ15-1670 saylı kredit müqaviləsi, 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli, KB014-1613 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 ASC-nin kredit borcunun ilkin olaraq onun mülkiyyətində olan və qeyd olunan kredit müqavilələrinə təminat olaraq bağlanmış 02 iyul 2014-cü il tarixli, İBO14-1602/2 saylı sonrakı ipoteka müqaviləsi, 08 iyul 2014-cü il tarixli, İBO14-1606/2 nömrəli sonrakı ipoteka müqaviləsi, 26 oktyabr 2015-ci il tarixli, İBQ15-1776/2 nömrəli sonrakı ipoteka müqaviləsi, 13 oktyabr 2014-cü il tarixli, İBO14-1622/2 nömrəli son rakı ipoteka müqaviləsi, 19 mart 2015-ci il tarixli, İBQ151670/3 və 1670/1 saylı sonrakı ipoteka müqavilələri və 04 sentyabr 2014-cü il tarixli, İB0141613 nömrəli sonrakı ipoteka müqavilələrinə əsasən yüklü edilmiş ünvan 2 ünvanında 0,0218 hektar torpaq sahəsində yerləşən 898,2 kvadrat metr ümumi 424,5 kvadrat metr yaşayış, 473,7 kvadrat metr yardımçı sahədən ibarət 11 otaqlı fərdi yaşayış evinə və ünvan 6 ünvanında yerləşən 66,2 kvadrat metr sahədən ibarət 29 nömrəli mənzilə tutma yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 ’’Diplomat LTD” MMC-nin tam pay hüquqlu yega nə təsisçisidir. Təsisçi olaraq MMC-nin idarə edilməsini ümumi yığıncağın qərarı ilə qanuni təmsilçi və direktor olan Nümayəndə3 həyata keçirir. Ümumi yığıncağın 15 oktyabr 2004-cü il tarixli qərarı ilə MMC-nin mülkiyyətində olan əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərəncam vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və s. hüquqlar direktora həvalə edilmişdir. İddiaçı yaşlı insan olduğundan MMC-nin fəaliyyətinin təşkil edilməsinə və idarə edilməsinə direktor məsuliyyət daşımışdır. Hazırda direktor məlumat vermişdir ki, MMC-nin əmlakı Mərkəzi Banka guya onun tərəfindən ipoteka ilə yüklü edilmişdir. Direktor bu barədə MMC-yə Mərkəzi Bankdan məktub gəldiyini bildirmişdir. Apardığı araşdırma zamanı məlum olmuşdur ki, oğlu olan Cavabdeh1 iddiaçının fi ziki şəxsi kimi verdiyi etibarnamədən istifadə edərək, iddiaçıya və direktora bu barədə heç bir məlumat vermədən MMC-nin əmlakını Mərkəzi Banka ipoteka ilə yüklü etmişdir. Halbuki, oğluna verdiyi etibarnamə yalnız iddiaçının xaricdə olan zaman zərurət olduqda onu dövlət və özəl təşkilatlarda təmsil etmək və konkret göstərişi olduqda müəyyən fiziki şəxs kimi mülkiyyətindəki əmlakları özgəninkiləşdirmək olmuşdur. Cavabdehin MMC-nin başqa hüquqi və fiziki şəxslər qarşısında müqavilə münasibətlərində olmasını, öhdəliklər daşımasını nəzərə almadan əmlakı yüklü etməsi hazırda MMC-nin fəaliyyətini qeyrimümkün etmişdir. Çünki, ”Kroun LTD” MMC ilə İddiaçı2 MMC arasında 23 dekabr 2012-ci il tarixdə Birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahələrini birgə fəaliyyət göstərilməsi üçün müqavilə şərtlərinə əsasən "xxxx" MMC-yə vermiş, müqavilə şərtlərinə əsasən həmin əmlaklara görə heç bir icarə haqqı alınmır, "xxxx" MMC tərəfindən həmin əmlakların otel fəaliyyətinin təşkili üçün milyonlarla manat dəyərində təmir və rekonstruksiya işlərinə vəsait sərf edilir, birgə fəaliyyət nəticəsində əldə edilən gəlir 50:50 nisbətində aralarında bölünür, müqavilə müddəti ərzində "xxxx" MMC-nin yazılı razılığı olmadan onlar həmin əmlakları sata, bağışlaya, ipoteka ilə yüklü edə, icarə verməyə, ümumiyyətlə özgəninkiləşdirmə və hər hansı yüklülük əqdlərinin bağlanılması qadağan edilmişdir. Müqavilə şərtlərinə əsasən müqavilə müddətinin sonunda mülkiyyətlərində olan əmlaklar (amortizasiya xərcləri çıxıldı qdan sonra) qiymətləndiriləcək və "xxxx" MMC-nin birgə fəaliyyət təşkil etmək üçün sərf etdiyi vəsaitə uyğun ya əmlakların həmin faiz nisbətinə uyğun hissəsi paylı mülkiyyətlərinə veriləcək və ya əmlaklar hüquqi şəxs olaraq "xxxx" MMC tərəfindən maya qoyuluşu onlara məxsus Şirkətin balansına verilməklə əmlakın dəyərinə uyğun "xxxx" MMC-nin təsis payının miqdarı müəyyən ediləcək idi. MMC-nin bağlanmış müqavilələr üzrə öhdəliklərini icra etməmiş yeni kredit münasibətlərinə girməyə, mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməyə səlahiyyəti olmadığı halda, əmlakın ipoteka qoyulmasına razılıq ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olmağını nəzərə almadan Cavabdeh1 iddiaçıların xəbərləri, razılıqları olmadan bağladığı ipoteka müqaviləsi bağlandığı andan etibarsızdır və heç bir hüquqi n əticə yarada bilməz.
5. Azərbaycan Respublikası Mərkəzi Bankı da cavabdeh İddiaçı1 və İddiaçı2 MMCyə (Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması; ləğv prosesində olan Cavabdeh4 ASC-nin: - 2 iyul 2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında ******* manat əsas, 120000,00 manat faiz borcu, - 8 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 60000 manat faiz borcu, - 1 avqust 2014-cü il tarixli, KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9833,34 manat faiz borcu, - 10 oktyabr 2014-cü il tarixl i, KB014-1622 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 3111,11 manat faiz borcu, - 9 fevral 2015-ci il tarixli, KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 13356,65 manat faiz borcu, - 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9333,34 faiz borcu olmaqla, ümumilikdə 15500000 manat əsas, 225844,44 manat faiz borcunun, cəmi 15725 844,44 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; - 2 iyul 2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 120 000,00 manat faiz borcu, - 8 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 60000 manat faiz borcu, - 19 mart 2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 198750,00 manat faiz borcu, - 15 aprel 2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 17208,33 manat faiz borcu olmaqla, ümumilikdə 17000000 manat əsas, 395958,33 manat faiz borcunun, cəmi 17395 958,33 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 819,6 kvadrat metr ümumi sahədən ibarət 12 otaqlı mənzilə; - 2 iyul 2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 120000,00 manat faiz borcu, - 3 sentyabr 2014-cü il tarixli, KB014-1613 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9833,34 manat faiz borcu, - 10 dekabr 2014-cü il tarixli, KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12000,00 manat faiz borcu, - 19 mart 2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 198750,00 manat faiz borcu, - 15 aprel 2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 17208,33 manat faiz borcu, - 21 oktyabr 2015-ci il tarixli, KBQ15-1772 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 37500,00 manat faiz borcu, - 26 oktyabr 2015-ci il tarixli, KBQ151776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9833,34 faiz borcu, - 19 noyabr 2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 61250,01 manat faiz borcu olmaqla, ümumilikdə 28000000 manat əsas, 466375,02 faiz borcunun, cəmi 28466375,02 kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına; - 19 noyabr 2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 61250,01 manat faiz borcu, - 2 fevral 2015-ci il tarixli KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 14750,00 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat əsas, 76000,01 manat faiz borcunun, cəmi 8076000,01 manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən 9461,3 kvadrat metr ü mumi sahədən ibarət qeyriyaşayış binasının 3946,8 kvadrat metr (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinə tutma yönəldilməsi; həmin daşınmaz əmlakların Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Cavabdeh4 ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş 23 avqust 2011-ci il tarixli və Cavabdeh5 verilmiş 15 oktyabr 2015-ci il tarixli etibarnamədə qeyd olunduğu kimi İddiaçı1 bütün dövlət idarələrində, koop erativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı müvafiq olaraq Cavabdeh1 və Cavabdeh5 etibar etmişdir. Qeyd edilməlidir ki, ipoteka müqavilələri Cavabdeh1 və Cavabdeh5 tərəfindən dövlət notariat kontorunda imzalanmış və ipoteka müqaviləsində ipoteka qoyanın statusu “Diplomat LTD" MMC-nin təsisçisi İddiaçı1 etibarnamə əsasında nümayəndəsi” kimi qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilən etibarnamələr əsasında adları çəkilən şəxslər dövlət notariat kontorunda İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 nümayəndələri kimi ipoteka müqavilələrini imzalamışlar. Eyni zamanda, hər iki ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməklə İddiaçı2 MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Belə olan halda, əmlakın ipoteka ilə yüklü edilməsi barədə MMC-nin təsisçisi nin və ya direktorunun guya xəbəri olmaması barədə dəlil tamamilə əsassızdır. Cavabdeh1 əqdi özü barəsində deyil, Cavabdeh4 ASC-nin Mərkəzi Bankdan götürdüyü kreditin təminatlı olması məqsədi ilə bağlamışdır. Həmin bankın səhmdar kapitalının mühüm iştirak payçıları da məhz İddiaçı1, Müşviq Vəkilov və Cavabdeh1dur. Bundan başqa, xxx oğlu Cavabdeh4 ASC-nin Müşahidə Şurasının sədri idi. Belə olan təqdirdə, həmin şəxslərin Mərkəzi Bankdan alınmış kreditlərin istifadə edilməsindən məlumatsız olması ağlabatan deyil və absurd bir iddiadır. Cavabdeh4 ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə müflis elan edilərək, bank barəsində iflas proseduruna başlanılmışdır. İddiaçıların hazırkı tələblə müraciət etməsi müflis elan olunmuş ban kın Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında mövcud olan kredit öhdəliklərinin ödənilməsindən qərəzli surətdə yayınmaq cəhdləridir. Mərkəzi Bankla bağlanmış bütün kredit müqavilələri üzrə Mərkəzi Bankın kreditor tələbləri Cavabdeh4 ASC-nin ləğvedicisinə 11 oktyabr 2016-cı il tarixli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi mümkün olmamışdır. Kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq bankın müflis elan edilməsi barədə məhkəmə qərarın qüvvəyə mindiyi 29 avqust 2016-cı il tarixədək hesablanmışdır. Mərkəzi Bank ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyan İddiaçı1 12 oktyabr 2016-cı il tarixli, 12 oktyabr 2016-cı il ta rixli, 12 oktyabr 2016-cı il tarixli, ipoteka qoyan İddiaçı2 MMC-yə 19 oktyabr 2016-cı il tarixli məktublarla göndərmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. 7.Birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin tərəfindən verilən 18 fevral 2019-cu il tarixli Hesabatlarına əsasən: 7.1. ünvan 10 ünvanında yerləşən, İddiaçı1 mülkiyyətində olan 819,6 kvadrat metr yaşayış və 417,7 kvadrat metr yardımçı sahədən ibarət, 5 mansard mərtəbəli, 12 otaqlı, 4 nömrəli mənzilin real bazar qiyməti ******* manat, likvid dəyəri ******* manat; 7.2. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi ndə, istifadədə olan 0,01201 hektar torpaq sahəsi üzərində yerləşən, İddiaçı1 mülkiyyətində olan 9 mərtəbəli, 28 otaqlı, 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 185/1 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti ******* manat, likvid dəyəri ******* manat; 7.3. ünvan 1, Neftçilər prospekti 33 ünvanında, istifadədə olan 0,0651 hektar torpaq sahəsində yerləşən, İddiaçı1 xüsusi mülkiyyətində olan 702,0 kvadrat metr ümumi, 403,7 kvadrat metr əsas və 298,3 kvadrat metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir. 8.Birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 28 aprel 2021-ci il tarixli hesabatına əsasən: 8.1. ünvan 2 ünvanında yerləşən yaşayış evin in bazar dəyəri ******* manat, likvid dəyəri 960000 manat, 8.2. ünvan 11 ünvanında yerləşən 29 nömrəli mənzilin bazar dəyəri 550000 manat, likvid dəyəri 490000 manat, 8.3. ünvan 1, X1 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 39200000 manat, likvid dəyəri 35200000 manat təşkil etmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 yanvar 2022-ci il tarixli rəyinə əsasən Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına 29 avqust 2016-cı il tarixə: - 2 iyul 2014cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsinə üzrə əsas borcu ******* manat, faiz üzrə borcu 110400 manat, - 8 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə əsas borcu ******* manat, faiz üzrə borcu 55200 manat; - 1 avqus t 2014-cü il tarixli, KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə əsas borcu ******* manat, faiz üzrə borc 7999,97 manat; - 10 oktyabr 2014-cü il tarixli, KBO14-1622 nömrəli kredit müqaviləsi üzrə əsas borcu ******* manat, faiz üzrə borcu 10888,9 manat; - 9 fevral 2015-ci il tarixli, KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə əsas borcu ******* manat, faiz üzrə borcu 12402,79 manat; - 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz üzrə borcu 12402,79 manat; - 19 mart 2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz üzrə borcu 187708,3 manat; - 15 aprel 2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 15458,33 manat; - 3 sentyabr 2014-cü il tarixli, KBO14-1613 nömrəli kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borc 8166,62 manat; - 10 dekabr 2014-cü il tarixli, KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 11229,13 manat; - 21 oktyabr 2015-ci il tarixli, KBQ15-1772 nömrəli kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 37500 manat; - 19 noyabr 2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 68750 manat; - 2 fevral 2016-cı il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 14250 manat təşkil etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2(006)7/2022 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı2 MMC-nin və İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cava bdeh5, Azərbaycan Respublikası Mərkəzi Bankı və 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC-yə və İddiaçı1 qarşı Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqavilələri üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi, ləğv prosesində olan Cavabdeh4 ASC-nin: 02 iyul 2014-cü il tarixli, KBO14-1602 saylı kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında ******* manat əsas, 11 0400,0 manat faiz borcu, 08 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 55200 manat faiz borcu, 01 avqust 2014-cü il tarixli, KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 7999,97 manat faiz borcu, 10 oktyabr 2014-cü il tarixli, KBO14-1622 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 10888,9 manat faiz borcu, 09 fevral 2015-ci il tarixli, KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12402,79 manat faiz borcu, 26 oktyabr 2015ci tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12402,79 manat faiz borcu olmaqla, ümumilikdə 14500000 manat əsas, 209294,45 manat faiz borcunun, cəmi 14709209,45 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxs us ünvan 1 ünvanında 0,01201 hektar torpaq sahəsində yerləşən, ilkin satış qiyməti ******* manat olan 990,8 kvadrat metr ümumi, 494,4 kvadrat metr yaşayış, 496,4 kvadrat metr yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; 02 iyul 2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 110400,0 manat faiz borcu, 08 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 55200 manat faiz borcu, 19 mart 2015-ci il tarixli, KBQ15-1670 saylı müqaviləsi üzrə ******* manat əsas, 187708,3 manat faiz borcu, 15 aprel 2015-ci il tarixli, KBQ15-1676 nömrəli müqaviləsi üzrə ******* manat əsas, 15458,33 manat faiz borcu olmaqla, ümumilikdə 17000000 manat əsas, 368766,63 manat faiz borcunun, cəmi 17368766,63 manat kredit borcunun ödənilmə si üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən, ilkin satış qiyməti ******* manat olan 819,6 kvadrat metr ümumi sahədən 12 otaqlı mənzilə; 02 iyul 2014-cü il tarixli, KBO141602 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 110400,0 manat faiz borcu, 03 sentyabr 2014-cü il tarixli, KB014-1613 nömrəli kredit müqaviləsi üzrə ******* əsas, 8166,62 manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli, KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 11229,13 manat faiz borcu, 19 mart 2015-ci il, KBQ151670 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 187708,3 manat faiz borcu, 15 aprel 2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 15458,33 manat faiz borcu, 21 oktyabr 2015-ci il tarixli, K BQ15-1772 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 37500,00 manat faiz borcu, 26 oktyabr 2015ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12402,79 manat faiz borcu, 19 noyabr 2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 68750,0 manat faiz borcu olmaqla, ümumilikdə 27000000 manat əsas, 451615,17 manat faiz borcunun, cəmi 27451615,17 manat kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti ******* manat olan 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına; 19 noyabr 2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 68750,0 manat faiz borcu, 02 fevral 2015-ci il tarixli, KBQ16-1824 n ömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 14250,00 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat əsas, 83000 manat faiz borcunun, cəmi ******* manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 35200000 manat olan 9461,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kvadrat metr (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinə tutma yönəldilməsi; həmin daşınmaz əmlakların Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Cavabdeh4 ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilməsi, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 1250 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir. (hakim N.Tağıyeva)
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 iyun 2022-ci il tarixli, 2(006)7/2022 nömrəli qərardadı ilə qətnamədə olan yanlışlıq aradan qaldırılaraq …26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli, kredit müqaviləsi üzrə ******* manat əsas, 12402,79 manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti ******* manat olan 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına... yönəldilməsi sözləri - … 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9000 manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti ******* manat olan 702,0 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına... yönəldilməsi sözləri kimi oxunması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, bu iddia tələbi üzrə iddiaçılar cavabdehlərlə aralarında bağlanmış ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsini və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsini, həmçinin kredit müqavilələrinin ləğv edilməsini tələb etsə də, mübahisələndirilən müqavilələrinin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə əsasların mövcud olması öz təsdiqini tapmamışdır.
13. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi sübutlar əsasında müəyyən etmişdir ki, mübahisələndirilən ipoteka müqavilələrindən başqa Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında kredit borcları üzrə İddiaçı1 məxsus digər əmlaklar barədə müqavilələr bağlanmışdır. Cavabdeh4 ASC kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun Azərbaycan Respublikası Mərkəzi Bankına borcu yaranmışdır. İlkin iddiada İddiaçı2 MMC-nin mülkiyyətindəki əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərənca m vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və sair kimi səlahiyyətlər ümumi yığıncağın 15 oktyabr 2004-cü il tarixli qərarı ilə direktora həvalə olunması göstərilmişdir. İddiaçı2 MMC-nin nizamnaməsinin 2-ci bəndində isə qeyd olunur ki, cəmiyyətin əmlakı cəmiyyətin istifadəsindədir və onun barəsində sərəncam vermək hüququ mövcud qanunvericiliyə və bu nizamnaməyə uyğun olaraq təsisçilərə (İddiaçı2 MMC-nin yeganə təsisçisi İddiaçı1dur) və müəyyən çərçivədə direktora məxsusdur. Göründüyü kimi, İddiaçı2 MMC-nin nizamnaməsinə əsasən, MMCnin əmlakı barəsində sərəncam vermək hüququ tam çərçivədə təsisçiyə, məhdud çərçivədə isə direktora həvalə olunsa da, nizamnamədə göstərilənlərin əksinə, guya ümumi yığıncağın 15 oktyabr 2004-cü il tarixli qərarına əsasən b u səlahiyyət tam çərçivədə direktora ötürülmüşdür. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların istinad etdikləri ümumi yığıncağın 15 oktyabr 2004-cü il tarixli qərarı əslində onlar tərəfindən sonradan tərtib edilmişdir. İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş 23 avqust 2011-ci il tarixli və Cavabdeh5 verilmiş 15 oktyabr 2015-ci il tarixli etibarnamədə qeyd olunduğu kimi İddiaçı1 bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı müvafiq olaraq Cavabdeh1 və Cavabdeh5 etibar etmişdir. İpoteka müqavilələri Cavabdeh1 və Cavabdeh5 tərəfindən dövlət notariat kontorunda imzalanmış və ipoteka müqaviləsində ipoteka qoyanın statusu “Diplomat LTD" MMC-nin təsisçisi İddiaçı1 etibarnamə əsasında nümayəndəsi” kimi qeyd edilmişdir. Bel əliklə, yuxarıda göstərilən etibarnamələr əsasında adları çəkilən şəxslər dövlət notariat kontorunda İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 nümayəndələri kimi ipoteka müqavilələrini imzalamışlar. Eyni zamanda, hər iki ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməklə İddiaçı2 MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Belə olan halda, əmlakın ipoteka ilə yüklü edilməsi barədə MMC-nin təsisçisinin və ya direktorunun guya xəbəri olmaması barədə dəlil tamamilə əsassızdır. MMC-nin möhürünün istifadəsi və saxlanması üzrə məsul şəxs MMC-nin rəhbərliyi olduğu halda, ipoteka müqavilələrində möhürdən istifadə olunması birbaşa onu deməyə əsas verir ki, əmlakın ipoteka ilə yüklülüyünə MMC-nin təsisçisinin, habelə direktorunun razılığı olmuş və onlar bu haqda tam məlumatlı olmuşdurlar.
14. Birinci instansi ya məhkəməsi göstərmişdir ki, iddia ərizəsində qeyd olunan dəlillərdən biri də, Cavabdeh1 özü barəsində əqd bağlamasıdır ki, bu dəlil də tam əsassızdır. Belə ki, Cavabdeh1 əqdi özü barəsində deyil, Cavabdeh4 ASC-nin Mərkəzi Bankdan götürdüyü kreditin təminatlı olması məqsədi ilə bağlamışdır. Həmin bankın səhmdar kapitalının mühüm iştirak payçıları da məhz İddiaçı1, Müşviq Vəkilov və Cavabdeh1dur. Bundan başqa, xxx oğlu Cavabdeh4 ASC-nin Müşahidə Şurasının sədri idi. Belə olan təqdirdə, həmin şəxslərin Mərkəzi Bankdan alınmış kreditlərin istifadə edilməsindən məlumatsız olması ağlabatan deyil.
15. Göründüyü kimi, Cavabdeh4 ASC-nin Mərkəzi Bankla bağlanmış bütün kredit müqavilələri üzrə ilkin iddia üzrə iddiaçılar üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, Mərkəzi Banka olan borclarını müqa vilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşlar. Ona görə də, Cavabdeh4 ASC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borclarını müqavilələrdə razılaşdırıldığı kimi Mərkəzi Banka ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetləri ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməlidir.
16. Məhkəmə, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd etmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti iş üzrə keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İlk iddia üzrə iddiaçılar (qarşılıqlı cavabdehlər) İddiaçı2 MMC və İddiaçı1 birgə apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, ilk iddia tələbinin təmin o, Mərkəzi Bankın qarşılıqlı iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Həmçinin, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Azərbaycan Respublikasının Mərkəzi Bankı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə əsas borcun ******* manat, faiz borcunun isə 9000 manat müəyyən edilməs i, tutmanın yönəldiyi və hərracdan satılacaq İddiaçı2 MMC-yə məxsus ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının təkrarən müstəqil qiymətləndirici rəyi əsasında ilkin satış (likvid) qiymətinin müəyyən olunması və qiymətləndirmənin “Big 4”-ya daxil olan beynəlxalq audit şirkətlərin birinə həvalə olunmasını xahiş etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 11 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən 3946,8 kv.m. qeyri-yaşayış binasının bazar dəyəri 38678000 manat, likvid qiyməti 34810000,0 AZN müəyyən olunmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbayca n Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli rəyinə əsasən ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbə) bazar dəyəri 38520000,0 manat, likvid dəyəri 34600000,0 manat müəyyən olunmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçılar ərizə təqdim edərək, Azərbaycan Respublikası MPM-in 369-cu maddəsinə əsasən apellyasiya şikayətlərindən hissəvi, yəni ilkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı, Cavabdeh5, Cavabdeh1, 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə, İddiaçı2 MMCnin mülkiyyətində olan ünvan 1, X1 küçəsi 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən 9461 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3846,8 kvadrat metr (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi üzrə MMC-nin təsisçisi kimi İddiaçı1 etibarnamə əsasında təmsil etmiş cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli, İBQ15- 1788/2 saylı və Cavabdeh5 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış 03 fevral 2016-cı il tarixli, İBQ16-1824 saylı ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi hissədə apellyasiya şikayətindən imtina etmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apell yasiya şikayətini 02 iyul 2014-cü il tarixli, KBO14-1602 saylı kredit müqaviləsi, 08 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi, 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi, 10 oktyabr 2014-cü il tarixli, KBO14-1622 nömrəli kredit müqaviləsi, 19 mart 2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsi, 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli, KB014-1613 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 ASC-nin kredit borcunu ilkin olaraq onun mülkiyyətində olan və qeyd olunan kredit müqavilələrinə təminat olaraq bağlanmış 02 iyul 2014-cü il tarixli, İBO14-1602/2 saylı sonrakı ipoteka müqaviləsi, 08 iyul 2014-cü il tarixli, İBO14-1606/2 nömrəli sonrakı ipoteka müqaviləsi, 26 oktyabr 2015-c i il tarixli, İBQ15-1776/2 nömrəli sonrakı ipoteka müqaviləsi, 13 oktyabr 2014-cü il tarixli, İBO14-1622/2 nömrəli sonrakı ipoteka müqaviləsi, 19 mart 2015-ci il tarixli, İBQ15-1670/3 və 1670/1 saylı sonrakı ipoteka müqavilələri və 04 sentyabr 2014-cü il tarixli, İB014-1613 nömrəli sonrakı ipoteka müqavilələrinə əsasən yüklü edilmiş ünvan 2 ünvanında 0,0218 hektar torpaq sahəsində yerləşən 898,2 kvadrat metr ümumi 424,5 kvadrat metr yaşayış, 473,7 kvadrat metr yardımçı sahədən ibarət 11 otaqlı fərdi yaşayış evinə və ünvan 11 ünvanında yerləşən 66,2 kvadrat metr sahədən ibarət 29 nömrəli mənzilə tutma yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə iddia təl əblərini rədd edən, eləcə də Mərkəzi bankın əsassız qarşılıqlı iddiasını təmin edən hissələrdə müdafiə etməklə, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçıların apellyasiya şikayətindən imtinaları qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 apellyasiya şikayəti (müdafiə etdikləri hissədə) təmin olunmamış, Azərbaycan Respublikası Mərkə zi Bankın apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(006)7/2022 nömrəli qətnaməsi ipoteka predmeti olan İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Səbail rayonu X1 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən, 9461,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kvadrat metr (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiyməti hissədə dəyişdirilərək, ilkin satış qiymətinin 35200000 manat əvəzinə 34600000 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manatın ilk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı 1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), C.Yusifov, P.Hüseynov)
24. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, üçüncü şəxs qismində cəlb edilən Cavabdeh4 ASC ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında müxtəlif tarixli kredit müqavilələri bağlanmış, Cavabdeh4 ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında kredit borcları üzrə İddiaçı1 məxsus bir neçə əmlaklar barədə ipoteka müqavilələri bağlanmışdır. Kredit borcu ödənilməmişdir. Qarşılıqlı iddiaçı olan Mərkəzi Bank həmin borcların ödənilməsi üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, onların açıq hərracdan satılmasını və əldə edilən pulun Mərkəzi Banka ödənilməsini tələb e dir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda istinad olunan kredit müqavilələrinin təminatı olaraq digər ipoteka predmetlərinə tutma yönəldilməsi (o cümlədən həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi) tələbinin nəyə görə təmin olunmamasını, həmçinin qarşılıqlı iddianın rədd olunması ilə bağlı dəlilləri ilk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 əsaslandırmamış və tələblərini təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, ilk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 müdafiə etdikləri hissədə apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır.
26. Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayətinin 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə əsas borcun ******* manat, faiz borcunun isə 9000 manat müəyyən edilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin bu dəlili əsaslı deyildir.
27. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı ilə mübahisələndirilən qətnamədə olan yanlışlıq düzəldilmiş və qətnamədə …26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12402,79 manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti ******* manat olan 702,0 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına...yönəldilməsi sözlərinin - …26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9000 manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti ******* manat olan 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına...yönəldilməsi sözləri kimi oxunması qərara alınmışdır.
28. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin digər dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2022-ci il tarixli qərardadı ilə qiymətləndirmə və 28 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının vəsatəti ilə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və rəy alınana kimi işin icraatı dayandırılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbay can Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli ekspert rəyi ilə ipoteka predmetinin həm bazar, həm də likvid qiyməti müqayisəli müəyyən olunduğundan, həmçinin bu rəydə müəyyən edilən likvid qiymət "xxxx" MMC-nin 11 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindəki likvid qiymətə yaxın olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul olunmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. İlk iddia üzrə iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)272/2023 nömrəli qətnaməsinin qismən ləğv və ilkin iddia tələbinin təmin olunmayan m übahisələndirilən hissədə təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 309-317-ci, Mülki Prosessual Məcəllənin 2.2, 8, 77.1, 88, 217-218, 386, 387-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərini rədd etmək üçün heç bir əsas tapmadığından apellyasiya məhkəməsi əsassız nəticəyə gəlmişdir. Məhkəmə ilkin iddia tələbində Cavabdeh4 ASC-nin özünün Mərkəzi Bankdan götürdüyü kreditlərə görə öz mülkiyyətlərində olan əmlakları da ipoteka qoyduğunu nəzərə almayaraq, krediti götürən şəxsin ilk növbədə qanun və ədalət naminə öz əmlaklarına tələb yönəldilməsinin qanuni olmasını nəzərə almadan, İddiaçı1 əmlaklarına tələb yönəldilməsini əsaslı bilməsi yolverilməzdir. Çünki ilk növbədə krediti götürən və həmin kreditə görə əmlakını təminat verən bankın əmlakına tələb yönəldilərsə və borc bağlanmasza, o halda iddiaçının mülkiyyətində olan əmlaka tələb yönəldilməli idi. Həmçinin qarşılıqlı iddiada öhdəlik olan kredit müqaviləsi üzrə borcun tutulması tələb edilmir, ancaq əlavə öhdəlik olan ipotekaya tələb yönəldilərək hərracdan satılması tələb edilir. Qanunun tələbinə görə də ilk növbədə kredit müqaviləsi üzrə borc tələb edilməli və borcun tutulması təminat olan ipoteka predmetlərinə yönəldilərək realizə edilməlidir.
32. Qarşılıqlı iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı da kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-2 72/2023 nömrəli qətnaməsinin “ipoteka predmetinin ilkin satış qiyməti” ilə bağlı hissəsində qismən ləğv olunması və ipoteka predmeti olan İddiaçı2 MMC-yə məxsus ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının təkrarən müstəqil qiymətləndirici rəyi əsasında ilkin satış (likvid) qiymətinin müəyyən olunması və qiymətləndirmənin “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə (Deloitte, PricewaterhouseCoopers (PwC), Ernst & Young (E&Y), X2 Goerdeler (KPMG)) həvalə edilməsi məqsədilə yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Mərkəzi bankın kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 10.09, Mü lki Prosessual Məcəllənin 88, 101.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Mərkəzi Bank qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-yə məxsus olan, ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən qeyriyaşayış binasının müəyyən edilən ilkin satış qiyməti ilə razılaşmadığından şikayətlə məhkəməyə müraciət etmiş və əmlakın qiymətləndirilməsinin bu sahədə kifayət qədər böyük təcrübəyə malik “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə (Deloitte, PricewaterhouseCoopers (PwC), Ernst & Young (E&Y), X2 Goerdeler (KPMG)) həvalə edilməsi məhkəmədən xahiş edilmişdir. Lakin, məhkəmə icraatı zamanı şikayətin bu hissəsinə münasibət bildirilməmiş və məhkəmənin təşəbbüsü ilə əmlakın ilkin satış qiymətinin yenidən qiymətləndirilməsi Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmənin əsas götürdüyü rəylər formal mülahizələr əsasında verilmişdir. Belə ki, ipoteka müqavilələri bağlandıqdan sonra ötən dövr ərzində qeyri-yaşayış binasının 2 dəfəyə yaxın dəyər qazanması barədə rəylərdə ciddi əsaslandırıcı məqamlar qeyd edilməmişdir. İpoteka predmetinin real qiymətindən hədsiz yüksək qiymətləndirilməsi Mərkəzi Bankın kreditor maraqlarına qəti şəkildə uyğun gəlmir. Yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan sözügedən qeyriyaşayış binasının satış perspektivi yoxdur və ipoteka qanunvericiliyinin tələbləri baxımından təkrar hərracda da alıcı olmadıqda ipoteka predmeti əldə etməsi üçün ipoteka saxlayana təklif olunduqda bu halda ipoteka saxlayan ya borc məbləğindən artıq külli miqdarda vəsaiti ipot eka qoyana qaytarmalı, ya da ipotekadan imtina etmək məcburiyyətindədir. İlkin satış qiymətinin 34600000 manat olduğu nəzərə alınarsa və hər iki hərracda da alıcı olmazsa, sonda əmlak Mərkəzi Banka 22057500 manata təklif olunacaqdır. Mərkəzi Bankın ləğv prosesində olan Cavabdeh4 ASC-nin bu əmlakın təminat olduğu kreditlər üzrə tələbi 8076000,01 manatdır. Buradan da görünür ki, qiymətləndirici qeyri-yaşayış binasına real likvid qiymətini yox, məhz Mərkəzi Bankın kreditor tələblərinin məbləğini nəzərə alaraq hesablanma üsulu ilə elə bir qiymət müəyyənləşdirmişdir ki, əmlak kompleksinin hərracdan satışı baş tutmayacağı təqdirdə Mərkəzi Bank ipoteka predmetini əldə edərsə mülkiyyətçiyə yuxarıda göstərilən fərqi ödəmək məcburiyyətində qalmalı olsun. Bu isə son nəticədə qeyri-yaşayış binasının n əinki qeyri-real yüksək qiymətlə Mərkəzi Bankın mülkiyyətinə keçməsinə, hətta əlavə olaraq mülkiyyətçiyə böyük məbləğdə əlavə vəsait (13981499,99 manat) ödəməli olması ilə nəticələnə bilər ki, bu da Mərkəzi Bank üçün əlverişsiz və yolverilməzdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-564/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmeti olan İddiaçı2 MMC-yə məxsus ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
35. Ali məhkəmənin mövqeyi belə olmuşdur: - ilk iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, ipoteka saxlayanın borcun ödənilməsi üçün tutma yönəldilməli olan əmlakları müəyyən etmək hüququ qanundan irəli gəlir. İpoteka qoyanların isə kredit müqaviləsi üzrə tutmanın hansı əmlaka ilk olaraq yönəldilməsini müəyyənləşdirmək hüququ mövcud qanunvericiliklə nəzərdə tutulmamışdır; - belə ki, “İpoteka haqqında” Qanunun 6.4-cü maddəsinə görə, ipotekanın predmeti bir neçə əşya olduğu halda, ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilə və ya tələb kreditorun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər. Odur ki, kreditor olan Mərkəzi Bankın öz tələbinin ipoteka predmetlərinin hansına yönəldilməsini seçmək hüququ olmuşdur. Bu səbəbdən də, ilk iddia tələbi mübahisələndirilən hissədə əsassız olmuşdur - qarşılıqlı iddia ipoteka predmetlərindən biri olan ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin yüksək müəyyən olunmasına yönəldilmişdir; - iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin ipoteka predmetinin ilkin satış qiymətini "xxxx" MMC-nin 28 aprel 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müə yyən etmiş, qarşılıqlı iddiaçının eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə uyğun apellyasiya məhkəməsi təkrar qiymətləndirmə keçirərək, "xxxx" MMC-nin 11 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyini əldə etmiş, sonra məhkəmə ekspertizası təyin etməklə, ipoteka predmetinin ilkin satış qiymətini Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli rəyinə uyğun müəyyən etmişdir; - apellyasiya məhkəməsi ekspert rəyinin mötəbərliyini qiymətləndirərkən yalnız ipoteka predmetinin həm bazar, həm də likvid qiymətlərinin müqayisəli müəyyən olunmasına, rəydə müəyyən edilən likvid qiymətin mütəxəssis rəyindəki likvid qiymətə yaxın olmasına istinad etmişdir; - lakin, ekspert rəyindən görünür ki, əmlakın likvid dəyəri 3 müqayisəli əmlakın satış qiymətinə əsasən, mübahisəli əmlakın yerləşdiyi ərazidə 1 kv.m sahənin orta qiymətinin müəyyən edilməsi və həmin qiymətin tədqiq olunan əmlakın sahəsinə (3946,8 kv.m.) vurulması yolu ilə hesablanmışdır; - bu zaman ekspert nəzərə almamışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 MMC-nin mülkiyyətində olan mübahisəli əmlakın ümumi sahəsi 9461,3 kv.m. təşkil etməklə, onun yalnız 3946,8 kv.m. sahəsi (1-ci zirzəmi, kürsə və 1-ci mərtəbə) ipoteka ilə yüklü edilmişdir; - ekspert rəyinin məzmunundan ümumi əmlakın ipoteka ilə yüklü edilmiş hissələrinin təyinatı, onların əmlakın digər hissəsindən ayrı istifadə etmək imkanları və bunun nəticəsində onun hərracdan üçüncü şəxslər tərəfindən alınmasının perspektivləri ətrafı nda araşdırma aparılması və rəyin bu araşdırmaya uyğun əsaslandırılması müəyyən olunmur. Halbuki, mübahisəli sahələrin cavabdehin mülkiyyətində olan və ipoteka ilə yüklü edilməmiş qalan hissəsinə xidmət edən, ayrıca istifadəyə mümkünsüz olan və ya ayrıca istifadəyə yararlı vəziyyətə gətirilməsindən ötrü əlavə xərclər tələb edən sahələr olması müəyyən edildiyi halda, onun hərracdan satılması imkanları azalacaq və müvafiq olaraq dəyərinin eyni ərazidə yerləşən, lakin müstəqil istifadəyə yaralı olan daşınmaz əmlaklara münasibətdə aşağı olmasına səbəb olacaqdır; - təsadüfi deyildir ki, tərəflər arasında bağlanmış sonuncu, 03 fevral 2016-cı il tarixli İBQ16-1824 nömrəli ipoteka müqaviləsi ilə mübahisəli əmlakın ümumi dəyəri tərəflərin razılaşması ilə 20000000 manat məbləğində qiymətləndirilmişd ir. 2016-ci ilin fevral ayından hazıradək daşınmaz əmlak bazarında dəyişikliklərin olması, əmlakın qiymətinin qalxması qəbul edilən olsa da, bu sahələrin dəyərinin təxminən 75%, yəni 34600000 manata kimi yüksəlməsi nəticəsinə gəlməsi üçün xüsusi araşdırma və əsaslandırma olmalı idi ki, hazırki işdəki mütəxəssis və ekspert rəylərində belə əsaslandırmanın aparılması müəyyən olunmur; - beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisəli ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur; - mübahisəli əmlakın qiymətləndirilməsini “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə həvalə edilməsinə dair Mərkəzi Bankın kassasiya şikayətinin dəlili is ə əsaslı deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin məzmununa əsasən eksperti müəyyən etmək səlahiyyəti məhkəməyə aiddir və konkret şəxs ekspert kimi yalnız tərəflərin qarşılıqlı razılığı ilə təyin oluna bilər; - bununla belə, kassatora izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 101-1.1-ci maddəsinə uyğun olaraq, iştirak edən şəxslərin mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək hüquqları vardır; - odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmeti olan İddiaçı2 MMC-yə məxsus ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansi yası məhkəməsinə göndərilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışında ipoteka predmetini təşkil edən həmin əmlakın dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması məsələsini müzakirəyə çıxarmış və məhkəmə iclasında iştirak edən tərəflərin də bu məsələyə münasibətini öyrənib, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmənin aparılmasını bu sahə üzrə ixtisaslaşan iki müxtəlif təşkilata ("xxxx" MMC-və "xxxx" MMC) həvalə etmiş, həmçinin, mütəxəsislərə həmin əmlakın qiymətləndirilməsi zamanı digər məsələlərlə yanaşı, ümumi əmlakda bu hissənin təyinatının, onun ümumi əmlakdan (əmlakın digər hissələrindən) ayrı istifadə edilməsi imkanlarının (mümkünlüyünün), onun hərracdan üç üncü şəxslər tərəfindən alınmasının perspektivlərinin araşdırılması və rəyin bu araşdırmaya uyğun əsaslandırılması tapşırılmışdır. 37. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən əmlakın xx.xx.2024-cü il tarixə olan vəziyyətinə standartların tələbləri həddində aparılan hesablamalara əsaslanan bazar dəyəri 7.645,100 manat müəyyən edilmişdir. Sonradan "xxxx" MMC xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, mütəxəssis rəyində qeyd edilən əmlakın likvid dəyərinin göstərilmədiyini və hazırkı məktubun həmin rəyin tərkib hissəsi olduğu nəzərə alınaraq qeyd etmişdir ki, əmlakın likvid dəyəri 6.500.000 manat təşkil edir. 38. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən isə əmlakın likvid dəyəri 9.64 2.230 manat məbləğində müəyyən edilmişdir.
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2025-ci il tarixli, 2(103)-236/2025 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsi ipoteka predmetini təşkil edən İddiaçı2 MMC-yə məxsus ünvan 1, X1 küçəsi 7 ünvanında yerləşən 9.461,30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin müəyyən edilmiş ilkin satış (likvid) qiyməti ilə bağlı hissədə dəyişdirilmiş, ünvan 1, X1 küçəsi 7 ünvanında yerləşən 9.461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.9 46,8 kv.m (1-ci zirzəmi, kürsü və 1ci mərtəbələri) hissəsinin ilkin satış (likvid) qiyməti 9.642.230 (doqquz milyon altı yüz qırx iki min iki yüz otuz) manat məbləğində müəyyən edilmiş, "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə işinin dəyərini təşkil edən 500 manat məbləğində pul vəsaitinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)
40. Apellyasiya instansiya məhkəməsi yoxlanılan hissədə apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, apellyasiya baxışının predmetini ipoteka ilə yüklü edilmiş həmin əmlaklardan yalnız biri – İddiaçı2 MMC-yə məxsus ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17 474 ha torpaq sahəsində yerləşən 9.461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiymətinin müəyyən edilməsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı bu əmlakın ilkin satış (likvid) qiymətinin 35.200.000 manat məbləğində müəyyən edilməsi ilə razılaşmır, bu məbləği həddindən artıq yüksək hesab edir və müəyyən edilməsini tələb etməklə, hüquqi nəticə etibarı ilə azaldılmasını istəyir.
41. Apellyasiya instansiya məhkəməsi ilk növbədə göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli ipoteka müqavilələri üzrə ipoteka predmetini təşkil edən həmin əmlakın ilkin satış qiyməti 20.000.000 manat m əbləğində müəyyən edilmişdir.
42. Bununla yanaşı, məhkəmə mübahisəsinə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman məhkəmənin müvafiq qərardadının icrası qaydasında "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatına əsasən bu əmlakın bazar dəyəri 39.200.000 manat, likvid dəyəri 35.200.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də həmin mütəxəssis rəyini mötəbər hesab etmiş və əmlakın ilkin satış qiyməti qismində məhz həmin məbləği əsas götürmüşdür. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı bundan narazı qalaraq apellyasiya şikayəti vermiş, işin birinci apellyasiya baxışı zamanı onun apellyasiya şikayətinin dəlilləri də nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə qeyd edilən əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı qərardad çıxarılmış və həmin qərardadın icr ası qaydasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən bu əmlakın bazar dəyəri 38.678.000 manat, likvid qiyməti 34.810.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu məbləğlə də razılaşmadığından onun təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatəti təmin edilərək, xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən isə həmin əmlakın bazar dəyəri 38.520.000 manat, likvid dəyəri 34.600.000 manat məbləğində müəyyən olunmuşdur.
43. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə nəzərə alınmalıdır ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli i poteka müqavilələrinə əsasən "xxxx" Bank ASC-nin kredit öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında "xxxx" LTD MMC-nin mülkiyyətində olan ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9.461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının yalnız 3.946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi ipoteka ilə yüklü edildiyi və bu müqavilələr üzrə onun dəyəri qarşılıqlı razılığa əsasən 20.000.000 manat məbləğində qiymətləndirildiyi halda, həm birinci, həm də əvvəlki apellyasiya baxışı zamanı verilmiş mütəxəssis və ekspert rəylərində həmin əmlakın ilkin satış və bazar qiyməti ümumi sahə (9.461,3 kv.m.) əsas götürülməklə, yəni ümumi sahənin bir hissəsi kimi müəyyən edilmişdir. Başqa sözlə, əvvəlki icraatlar çərçivəsində mütəxəssislər və ekspert məhz texniki göstəriciləri, təyinatı, istifadə imkanları, rentabelliyi, hərracdan üçüncü şəxslər tərəfindən alınmasının perspektivləri və digər meyar və göstəricilər baxımından bu əmlakı (ümumi əmlakdan təcrid olunmuş, yəni müstəqil əmlak olaraq) araşdırmamışdır. Belə ki, bu hissəyə daxil olmaqla, ipoteka ilə yüklü edilməmiş hissəyə xidmət edən və ayrıca istifadəsi mümkünsüz olan, habelə əksinə, bu hissəyə xidmət edən və yüklü edilməmiş hissəyə daxil olan sahələrin də mövcud olması istisna deyil ki, belə olan halda da bu əmlaka daxil olan aidiyyəti sahələrin təyinatının dəyişdirilməsi, təyinatına uyğun yararlı hala gətirilməsi zərurəti yaranmış olacaqdır. Belə halların müəyyən edilməsi də əlavə xərclər tələb etməklə yanaşı, bilavasitə əmlakın dəyərinə təsir edəc ək, o cümlədən eyni ərazidə yerləşən və müstəqil istifadəyə yararlı olan başqa daşınmaz əmlaklarla müqayisədə onun daha aşağı dəyərdə olmasına səbəb olacaqdır.
44. Məhz bu qaydada aparılmış tədqiqatın nəticəsidir ki, həmin üç rəyin hər biri üzrə müəyyən edilmiş ilkin satış qiyməti məbləğ etibarı ilə biri-birindən az fərqlənmişdir. Həmçinin, ən aşağı ilkin satış qiyməti Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, həmin qiymət (34.600.000 manat) ipoteka müqaviləsində razılaşdırılmış qiymətdən (20.000.000 manat) 75 faiz artıqdır. Lakin həmin rəylərin hər hansı birində belə bir fərqlə ilkin satış qiymətinin müəyyən edilməsinin əsasında duran araşdırmanın aparılması, ümumiyyətlə, bu halın əsaslandırılması müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində b u əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi baxımından həmin rəylərin hər hansı birinin mötəbərliyini istisna edir.
45. Apellyasiya instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən bu əmlakın xx.xx.2024-cü il tarixə olan vəziyyətinə standartların tələbləri həddində aparılan hesablamalara əsaslanan bazar dəyəri 7.645,100 manat, likvid dəyəri 6.500.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən isə əmlakın likvid dəyəri 9.642.230 manat məbləğindədir.
46. Apellyasiya instansiya məhkəməsi həmin rəyləri müqayisəli şəkildə təhlil etdiyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında sərgiləd iyi hüquqi mövqeyi, apellyatorun mütəxəssis rəylərinə münasibətini (apellyatorun nümayəndəsi özü də mübahisəli əmlakla bağlı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən qiymətin likvid dəyər olaraq müəyyən edilməsi ilə razı olduğunu bildirmişdir) və ipoteka müqavilələrində göstərilən qiyməti nəzərə aldığını göstərərək "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini mötəbər hesab etmiş və mübahisə predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətinin bu rəyə uyğun olaraq məhz 9.642.230 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli saymışdır.
47. Apellyasiya instansiya məhkəməsi öz mövqeyi ilə bağlı onu da qeyd etmişdir ki, "xxxx" MMC ilə müqayisədə "xxxx" MMC tərəfindən daha yüksək məbləğdə ilkin satış (likvid) qiyməti müəyyən edilmiş dir və yuxarıda göstərilən 3 rəyin hər hansı birinin mötəbər sübut kimi qiymətləndirilməməsi də nəzərə alındığı halda, bu qiymət nəticə etibarı ilə həmin əmlakın mülkiyyətçisi olan cavabdeh İddiaçı2 MMC-nin də maraqlarına uyğundur.
48. Apellyasiya instansiya məhkəməsi qiymtəlndirmənin “Big 4”-ə daxil olan beynəlxalq audit şirkətlərinin birinə həvalə olunması məsələsinə münasibətdə vurğulamışdır ki, bu sahəni tənzimləyən qanunvericilik ekspertin müəyyən edilməsini bilavasitə məhkəmənin səlahiyyətlərinə aid etmiş, eyni zamanda, tərəflərin özlərinin də bununla bağlı sübutlar, o cümlədən mütəxəssis rəyi təqdim etmək imkanlarını məhdudlaşdırmamışdır.
49. Apellyasiya instansiya məhkəməsi da öz səlahiyyətləri çərçivəsində və məhz tərəflərin qarşılıqlı razılığı əsasında, o cümlədən apellyatorun nü mayəndəsinin təkliflərini nəzərə alaraq, qiymətləndirmənin aparılmasını "xxxx" MMC ilə yanaşı, həmçinin "xxxx" MMC-yə həvalə etmişdir. Digər tərəfdən işə apellyasiya instansiya məhkəməsində baxılan zaman apellyator bununla bağlı müstəqil qaydada sübutlar əldə etmək imkanına malik olmasına baxmayaraq, bu imkanlarından istifadə etməmiş və nəticə etibarı ilə öz təşəbbüsü ilə “Big 4”-ə daxil olan beynəlxalq audit şirkətlərinin hər hansı birinin əmlakla bağlı rəyini məhkəməyə təqdim etməmişdir.
50. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 6.4, 33, 39.3.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. İd diaçı2 MMC (vəkil-Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və ünvan 1, X1 küçəsi 7 ünvanında yerləşən 9.461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1ci mərtəbələri) hissəsinin ilkin satış (likvid) qiyməti 3.350.000 manat məbləğində müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirərkən əsassız olaraq İddiaçı2MMC-nin mənafeyinin və maraqlarına uyğunluğunu qeyd etmişdir. Çünki apellyasiya instansiyası birtərəfli araşdırma aparmış və Mərkəzi Bankla İddiaçı2 MMC arasında ipoteka predmetinin məhkəmədən kənar hərrac yolu ilə satı lmasına və ilkin satış qiymətinin qarşılıqlı razılıqla müəyyənləşdirilməsini nəzərə almamışdır. Belə ki, Mərkəzi Bankla 28 iyun 2024-cü il tarixdə 23 saylı dövlət notariat kontorunda təsdiqlənmiş barışıq sazişi var. Həmin sazişlə Mərkəzi Bankla İddiaçı2 MMC öz aralarında olan kredit münasibətlərini razılaşdırmış və eləcə də Sazişin 2.2 və 2.5-ci bəndlərində ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən, 9461,3 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin məhkəmədən kənar hərracda satılmasına və ilkin satış qiymətinin 3.350.000 manat olması razılaşdırılıb. Apellyasiya instansiya məhkəməsi bu barışıq sazişinin şərtlərini nəzərə almamış və əsassız olaraq heç bir cinayət məsuliyyəti daşımayan və verdi yi hesabata görə məsuliyyəti və cavabdehliyi olmayan qiymətləndirmə şirkətinin verdiyi qanunsuz rəqəmlərə əsasən ilkin satış qiyməti müəyyənləşdirərək MMC-nin mülkiyyət hüquqlarına dolayı yolla qəsd etmişdir. Çünki qanunla tərəflər əmlakın qiyməti ilə bağlı öz qarşılıqlı razılıqlarını ifadə etdikləri və buna dair qüvvədə olan Saziş olduğu halda apellyasiya instansiyası Sazişi nəzərə almayaraq bu cür mövqe nümayiş etdirməsi əsassız olmuşdur. Çünki apellyasiya instansiyası məhz Sazişdə qeyd olunan qiymətə əsasən ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı cavabdeh (qarşılıqlı iddiaçı) yazılı etirazı daxil olmuşdur.
54. Etirazın dəlillərinə görə kassasiya şikayəti əsassızdır. Belə ki, apellyasi ya instansiya məhkəməsində xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında hakim tərəfindən ipoteka predmetini təşkil edən əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə3 28 iyun 2024-cü il tarixli saziş barəsində məhkəməyə heç bir məlumat verməyərək ekspertizanın təyin olunmasına etiraz etməmişdir. Göründüyü kimi, İddiaçı2 MMC-nin nümayəndəsi əmlakın ilkin satış qiyməti məhkəmədə müzakirə edilən zaman sazişi sübut qismində məhkəməyə təqdim etmədiyindən kassasiya şikayətində apellyasiya məhkəməsinin sazişi nəzərə almamasının qeyd edilməsi tamamilə əsassızdır. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Bununla yanaşı, həmin Qərarda qeyd edilmişdir ki, çəkiş mə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yalnız işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə 3 etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Digər bütün hallarda sübutların toplanması və təqdim e dilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Xüsusi olaraq vurğulamaq lazımdır ki, İddiaçı2 MMC-nin nümayəndəsi mülki işə baxılan zaman sazişi məhkəməyə təqdim edə bilərdi, lakin bunu etməmişdir. Belə olduğu təqdirdə, kassasiya şikayətində İddiaçı2 MMC-nin sazişə istinad etməsi, habelə sübut qismində təqdim etməsi əsassızdır və kassasiya instansiyası tərəfindən həmin saziş, ümumiyyətlə nəzərə alınmamalı və ona qiymət verilməməlidir. Bakı Apellyasiya Məhkəməsi mülki iş üzrə məhkəmə icraatını çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmiş, qətnaməsini yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillər, onların verdiyi izahatlar, təqdim etilmiş və Mülki Prosessual Məcəllənin tələblərinə m üvafiq olaraq əldə edilmiş sübutlar əsasında qəbul etmişdir. Yuxarıda qeyd edilən Qərarda, həmçinin qeyd edilmişdir ki, hüquqi mənada həqiqət prinsipinin adresatı kimi yalnız birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir. Məhz bu məhkəmələr işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd edilən hallar bir daha sübut edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, kassasiya şikayətində qeyd edilən dəlillər məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz, maddi və prossesual hü quq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilmişdir.
55. Kassasiya şikayətində istinad edilən Sazişin şərtlərinə gəldikdə qeyd edilməlidir ki, Mərkəzi Bank, LPO Cavabdeh4 ASC və İddiaçı2 MMC arasında 28 iyun 2024-cü il tarixdə bağlanmış Sazişin predmeti Mərkəzi Bank tərəfindən LPO Cavabdeh4 ASC-yə verilmiş kreditlər üzrə ümumilikdə 8,076,000.01 manat qalıq kredit borcunun İddiaçı2 MMC tərəfindən razılaşdırılmış ödəniş şərtləri əsasında xx.xx.2032-ci il tarixədək ödənilməsinin təmin edilməsidir. Sazişin 2.3-cü bəndinə əsasən Saziş imzalandığı gündən sonrakı 5 iş günü ərzində İddiaçı2 MMC tərəfindən 50000 manat, sonrakı tarixlərdə isə hər il 1,026,000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Sazişin 2.3 və 2.4-cü bəndlərinə əsasən isə razılaşdırılan qaydada ödənilmədikdə ipoteka predmetin in məhkəmədənkənar qaydada ləğvedici tərəfindən açıq hərrac yolu ilə realizə olunmasını tənzimləyir və bu zaman Mərkəzi Banka ödənilmiş məbləğin geri qaytarılmamasını şərtləndirir. Bununla əlaqədar olunmalıdır ki, İddiaçı2 MMC Saziş üzrə nə birdəfəlik, nə də ki, hər hansı dövri ödəniş etməmişdir və bununla da Sazişin şərtləri tamamilə pozulmuşdur. Göründüyü kimi, qeyd olunan Saziş İddiaçı2 MMC tərəfindən kredit borcunun tam məbləğdə ödənilməsini nəzərdə tutur və həmin məbləğ ödənilmədikdə tərəflər arasındakı münasibətlərin məhkəmədənkənar qaydada tənzimlənməsi zamanı satış şərtlərini müəyyən edir. Odur ki, İddiaçı2 MMC tərəfindən qeyd olunan Sazişə istinad olunaraq apellyasiya məhkəməsi tərəfindən Sazişdə müəyyənləşdirilmiş qiymətin nəzərə alınmalı olması barədə mövqeyi tamamilə əsassızdır və həmin şərtlərdən açıq-aşkar sui-istifadə niyyəti daşıyır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya laz ımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.9. İlkin satış qiyməti – “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 6.4. İpoteka ümumi ola bilər. Ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun t ələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. (2 avqust 2025-ci il tarixədək olan redaksiya) İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 MMC məxsus ipoteka predmeti olan əmlakın ilkin qiyməti ilə bağlı olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.
58. Məhkəmə kollegiyası hüququn inki şafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.
60. Qarşılıqlı iddia tələbi üzrə mübahisə ipoteka predmetinin qiyməti ilə bağlıdır.
61. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətini 9.642.230 manat müəyyən etmişdir.
62. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı2 MMC kassasiya şikayətində dəlil kimi ona istinad etmişdir ki, 23 saylı dövlət notariat kontorunda təsdiqlənmiş 28 iyun 2024-cü il tarixdə barışıq sazişi nin şərtlərinə görə ünvan 1, X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən, 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiyməti 3.350.000 manat razılaşdırılıb.
63. Mərkəzi Bank, Cavabdeh4 ASC və İddiaçı2 MMC-nin kassasiya şikayətinə əlavə edilmiş 28 iyun 2024-cü il tarixli üç tərəfli barışıq sazişindən görünür ki, həqiqətən də Sazişin 2.5-ci bəndində tərəflər ipoteka predmetini təşkil edən əmlakın ilkin satış qiymətini 3.350.000 manat müəyyən ediblər. 64. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin hüquq münasibətləri yaranan və barəsində kassasiya şikayəti verilən qətnamə çıxarılan vaxt qüvvədə olan redaksiyasına görə (2 avqust 2025-ci il tarixədək olan redaksiya) ipoteka predmetini n ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
65. Göründüyü kimi, istinad olunan norma ipoteka predmetinin ilkin satış qiymətinin o halda qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsini nəzərdə tutur ki, bununla bağlı ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olmasın. Belə bir razılaşma olduğu, başqa sözlə, ilkin satış qiyməti ilə bağlı mübahisə olmadığı halda isə qiymət həmin razılaşmaya uyğun müəyyən edilməlidir.
66. Qeyd edildiyi kimi hazırki işdə ipoteka saxlayanla ipoteka qoyan arasında ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edən 28 iyun 2024-cü il tarixli razılaşma olduğu üçün həmin əmlakın qiymətləndiricinin rəyi əsasında mə hkəmə tərəfindən müəyyən edilməsi düzgün olmamış, nəticədə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbləri pozulmuşdur.
67. Adı çəkilən saziş apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Qarşılıqlı iddiaçı da kassasiya şikayətinə qarşı etirazında bu xüsusata istinad edərək, həmin sazişin sübut kimi kassasiya instansyası məhkəməsinə təqdim edilməsinin prosessual qanunvericilik baxımından düzgün olmamasını bildirmişdir.
68. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, tərəflərin ipoteka predmetinin ilkin satış qiymətini razılaşdırdıqları saziş 28 iyun 2024-cü il tarixdən mövcud idi.
69. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla is tifadə etməyə borcludurlar.
70. İşdən görünür ki, qarşılıqlı iddiaçı da sazişin olmasını məhkəməyə bildirməmiş, bu barədə susmuşdur.
71. Tərəflərin ipoteka predmetinin ilkin satış qiymətini razılaşdırdıqları 28 iyun 2024-cü il tarix sazişin olmasının işə mahiyyəti üzrə baxan məhkəməyə bildirilib-bildirilməməsindən asılı olmayaraq, mövcud faktın nəzərə alınmaması maddi hüquq normasının pozuntusu ilə yanaşı, ipoteka predmetinin hansı ilkin satış qiyməti ilə hərraca çıxarılmasında qeyri-müəyyənliyə və qətnaməni icrasına maneə yaratmasına, nəticədə əlavə mübahisəyə gətirib çıxara bilər.
72. Bu baxımından, hazırkı işin hallarına əsasən kassasiya instansiyasının 28 iyun 2024-cü il tarix sazişə istinad etməsi, yeni sübuta istinad kimi qiymətləndirilməməlidir.
72. Qarşılıqlı iddiaçının kassasiya şikayətinə etirazının dəlillərində həmçinin 28 iyun 2024-cü il tarixdə bağlanmış Sazişin şərtlərinə İddiaçı2 MMC tərəfindən əməl edilməməsi göstərilsə də, bu dəlil hazırkı mübahəsinin predmeti ilə bağlı deyil.
73. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, ipoteka predmetinin ilkin satış dəyəri barədə saziş üzrə qiymətləndirmə aparmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüq uq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
74. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-236/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən – ünvan 1, X1 küçəsi, 7 ünvanında yerləşən 9.461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3.946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış (likvid) qiymətinin 9.642.230 (doqquz milyon altı yüz qırx iki min iki yüz otuz) manat məbləğində müəyyən edilməsi – hissəsində ləğv edilsin. İş həmin hi ssədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.