Məhkəmə qərarları › İş №2(102)-3480/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3480/2023

09.08.2023 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3480/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 MMC-nin və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Azərbaycan Respublikası Mərkəzi Bankına və 13 saylı Dövlət Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilk və iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər İddiaçı2 MMC-yə və İddiaçı1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kr edit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülki işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)272/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Kassasiya şikayəti barədə məlumat:

1. Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 kassasiya şikayəti vermiş və həmin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(102)3480/2023 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

2. Sonradan məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Mərkəzi Bankının kassasiya şikayəti “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmişdir. Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kas sasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

4. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid olduğu üçün müvafiq prosessual hərəkətlər inin icrası məqsədi ilə hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

5. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(102)-3480/2023 nömrəli qərardadı ləğv edilsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanıl ması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar