Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4278/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 (MMC-nin), İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2na (”Kroun LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ilkin və Azərbaycan Respublikası Mərkəzi Banknın İddiaçı2nə (MMC-yə) və İddiaçı1 qarşı qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəlməsi” qarşılıqlı tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hak imlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2n qarşı (”Kroun LTD” MMC üçüncü şəxs qismində cəlb edilməklə) ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilkin, Azərbaycan Respublikası Mərkəzi Banknın Diplomat LTD MMC və İddiaçı1 qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəlməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-272/2023 nömrəli iş üzrə 25 avqust 2023-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş k assasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC-nin təsisçisi kimi İddiaçı1 etibarnamə əsasında təmsil etmiş Cavabdeh1 ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli, İBQ15-1788/2 və 03 fevral 2016-cı il tarixli İBQ16-1824 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı İ ddiaçı2 MMC və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, Azərbaycan Respublikası Mərkəzi Bankının qarşılıqlı iddia ərizəsinin təmin olunaraq ləğv prosesində olan KredobankASC-nin: - 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında ******* manat əsas, 120000 manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 60000 manat faiz borcu, 01 avqust 2014-cü il tarixli KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9833,34 manat faiz borcu, 10 oktyabr 2014- cü il tarixli KB014-1622 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 3111,11 manat faiz borcu, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə * ****** manat əsas, 13356,65 manat faiz borcu, 26 oktyabr 2015ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9333,34 faiz borcu olmaqla, ümumilikdə 15500000 manat əsas, 225844,44 manat faiz borcunun, cəmi 1.572.5844,44 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv. m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 120000 manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 60000 manat faiz borcu, 19 mart 2015-ci il tarixli KBQ15-1670 nömrəli kredit müqaviləs i üzrə ******* manat əsas, 198750 manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 17208,33 manat faiz borcu olmaqla, ümumilikdə 17000000 manat əsas, 395958,33 manat faiz borcunun, cəmi 17395958,33 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzilə, 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 120000 manat faiz borcu, 03 sentyabr 2014-cü il tarixli KB014-1613 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9833,34 manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12000 manat faiz borcu, 19 mart 2015- ci il tarixli KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 198750 manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 17208,33 manat faiz borcu, 21 oktyabr 2015-ci il tarixli KBQ15-1772 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 37500 manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 9833,34 faiz borcu, 19 noyabr 2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 500000 manat əsas, 61250,01 manat faiz borcu olmaqla, ümumilikdə 28000000 manat əsas, 466375,02 faiz borcunun, cəmi 28466375,02 kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına; 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 61250,01 manat faiz borcu, 02 fevral 2015-ci il tarixli KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 14750 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat əsas, 76000,01 manat faiz borcunun, cəmi 8076000,01 manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Səbail rayonu X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinə tutma yönəldilməsi; həmin daşınmaz əmlakların Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan s atılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Cavabdeh4 ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 01 aprel 2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı2 MMC və İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Vəkilov Müşfiq İsa oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankı və 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi rədd edilmiş, qarşıl ıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 qarşı Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə kredit müqavilələri üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının qarşılıqlı iddia ərizəsi təmin olunaraq, ləğv prosesində olan Cavabdeh4 ASC-nin: 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında ******* manat əsas, 110400 manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 55200 manat faiz borcu, 01 avqust 2014-cü il tarixli KBO14-1607 nömrəli kredit müqaviləs i üzrə ******* manat əsas, 7999,97 manat faiz borcu, 10 oktyabr 2014-cü il tarixli KBO14-1622 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 10888,9 manat faiz borcu, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12402,79 manat faiz borcu, 26 oktyabr 2015-ci tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12402,79 manat faiz borcu olmaqla, ümumilikdə 14500000 manat əsas, 209294,45 manat faiz borcunun, cəmi 14709209,45 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti ******* manat olan 990,8 kv.m. ümumi, 494,4 kv.m. yaşayış, 496,4 kv.m. yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; 0 2 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 110400 manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 55200 manat faiz borcu, 19 mart 2015-ci il tarixli KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 187708,3 manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli müqaviləsi üzrə ******* manat əsas, 15458,33 manat faiz borcu olmaqla, ümumilikdə 17000000 manat əsas, 368766,63 manat faiz borcunun, cəmi 17368766,63 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 6 ünvanında yerləşən, ilkin satış qiyməti ******* manat olan 819,6 kv.m ümumi sahədən 12 otaqlı mənzilə; 02 iyul 2014-cü il tarixli KBO141602 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 110400 manat faiz borcu, 03 sentyabr 2014-cü il tarixli KB014-1613 nömrəli kredit müqaviləsi üzrə ******* əsas, 8166,62 manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 11229,13 manat faiz borcu, 19 mart 2015-ci il KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 187708,3 manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 15458,33 manat faiz borcu, 21 oktyabr 2015-ci il tarixli KBQ15-1772 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 37500,00 manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 12402,79 manat faiz borcu, 19 noyabr 2015-ci il tarixli KBQ15-1 788 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 68750 manat faiz borcu olmaqla, ümumilikdə 27000000 manat əsas, 451615,17 manat faiz borcunun, cəmi 27451615,17 manat kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti ******* manat olan 702,0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına; 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 68750 manat faiz borcu, 02 fevral 2015-ci il tarixli KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 14250 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat əsas, 83.000 manat faiz borcunun, cəmi ******* manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə Ba kı şəhəri Səbail rayonu X1 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 35200000 manat olan 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1ci mərtəbələri) hissəsinə tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakların Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Cavabdeh4 ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilməsi, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 1250 manat məbləğdə pul vəsaitinin ilkin iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qərardadı ilə qətnamədə olan yanlışlıq aradan qaldırılaraq …26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə ******* (bir milyon) manat əsas, 12.402,79 (on iki min dörd yüz iki manat yetmiş doqquz qəpik) manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına... yönəldilməsi sözləri - …26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000 000 (iki milyon) manat əsas, 9000 (doqquz min) manat faiz borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına...yönəldilməsi sözləri kimi oxunması qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Qətnamədən iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tərəfindən birgə apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və Mərkəzi Bankın qarşılıqlı iddiasının təmin olunmaması, ilkin iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişlər.
7. Qətnamədən Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci ll tarixli, 2(006)-7/2 022 nömrəli qətnaməsinin aşağıdakı hissələrdə dəyişdirilməsini: 26 oktyabr 2015-ci il tarixli, KBQ151776 nömrəli kredit müqaviləsi üzrə əsas borcun ******* manat, faiz borcunun isə 9000 manat müəyyən edilməsi; Tutmanın yönəldiyi və hərracda satılacaq İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri Səbail rayonu X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının təkrarən müstəqil qiymətləndirici rəyi əsasında ilkin satış (likvid) qiymətlərinin müəyyən olunması və qiymətləndirmənin “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə (Deloitte, Pricewaterhouse Coopers (PwC), Ernst & Young (E&Y), X2 Goerdeler (KPMG)) həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)27 2/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(006)-7/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçıların apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzaçi), C.A.Yusifov, P.A.Hüseynov) 16 may 2023-cü il tarixli, 2(103)272/2023 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 apellyasiya şikayəti (müdafiə etdikləri hissədə) təmin olunmamış, Azərbaycan Respublikası Mərkəzi Bankın apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(006)7/2022 nömrəli qətnaməsinin ipoteka predmeti olan İddiaçı2 MM C-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Səbail rayonu X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən, 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış qiyməti hissədə dəyişdirilərək, ilkin satış qiymətinin 35200000 manat əvəzinə 34600000 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manatın, ilk iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı qətnamədən kassasiya şikayəti v erərək, qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsində qismən ləğv olunmasını və ipoteka predmeti olan İddiaçı2 MMC-yə məxsus Bakı şəhəri Səbail rayonu X1 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının təkrarən müstəqil qiymətləndirici rəyi əsasında ilkin satış (likvid) qiymətinin müəyyən olunması və qiymətləndirmənin “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə (Deloitte, PricewaterhouseCoopers (PwC), Ernst & Young (E&Y), X2 Goerdeler (KPMG)) həvalə edilməsi məqsədilə yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi nin 16 may 2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
12. Məhkəmə kollegiyası kassasiya şikayətini geri qaytararkən movgeyini belə əsaslandırmışdır ki, hazırkı şikayət mülki prosessual qanunvericiliyin imperativ göstərişinə əməl olunmamış, şikayətdə yalnız “İpoteka haqqında” Qanunun 1.0.9-cu, Mülki Prosessual Məcəllənin 88 və 101.7-ci maddələri göstərilsə də, bu maddələrin pozuntusunun nədən ibarət olması göstərilməmişdir. Halbuki, qanunvericilik imperativ formada tələb edir ki, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması aydın şəkildə göstərilməlidir.
13. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsinin (MPM)-in 402.1.,406.1., 407.1.,407.1.4., 407.3.,408.1., 408.1.1., 408.1.5., 408.3., 414.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı (Vəkil2) kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında ifadə edilən mövqeyi qərəzlidir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, e yni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2023-cü il tarixli, 2(103)-272/2023 nömrəli qətnamədən verdiyi kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olmasını kassasiya şikayətində aydın şəkildə ifadə etmişdir.
1. Maddi hüquq norması olaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə istinad edilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlanan zaman tərəflərin qarşılıqlı razılığı əsasında qeyri-yaşayış binasının ilkin satış qiyməti 20.000.000 manat müəyyən edildiyi halda məhkəmə çəkişməsi zamanı təyin edilmiş ekspertiza üzrə təqdim edilmiş ekspert rəyində qeyri-yaşayış sahəsinin likvid dəyərinin 34.600.000 manat müəyyən edilməsinə baxmayaraq məhkəmə kəskin qiymət fərqinin yaranması səbəbləri üzrə heç bir araşdırma aparmadan qətnamdə “ekspert rəyi ilə ipoteka predmetinin həm bazar, həm də likvid qiyməti müqayisəli müəyyən olunduğundan” sözünü qeyd etməklə kifayətlənmişdir.
2. Prosessual hüquq norması olaraq Azərbaycan Respublikası MPM-nin 88 və 101.7-ci maddələrinə istinad edilmişdi r. Məhkəmə kollegiyası qətnamənin təsviri hissəsində “Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayətinin digər dəlili kimi ipoteka predmetinin təkrarən qiymətləndirilməsinin bu sahədə kifayət qədər böyük təcrübəyə malik “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə (Deloitte, PricewaterhouseCoopers (PwC), Ernst & Young (E&Y), X2 Goerdeler (KPMG)) həvalə edilməsi” ifadəsini qeyd etsə də şikayətin bu hissəsinə qətnamədə əsaslandırıcı hissədə heç bir münasibət bidirməmişdir. Qeyd edilən hal sübut edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halları hərtərəfli və tam araşdırmadan kassasiya şikayətində qeyd edilən maddi və prosessual normanı pozmaqla qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardad qəbul edən zaman kassasiya şikay ətində qeyd edilən hallara diqqət yetirmədən əsassız olaraq geri qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsi kassasiya şikayətini geri qaytarmaqla Mülki Prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya Məhkəməsi isə heç bir araşdırma aparmadan kassasiya şikayətini mübahisələndirilən qərardadda qeyd edilən formal mülahizələrə əsaslanaraq geri qaytarmaqla Mərkəzi Bankın məhkəmə müdafiə hüququnu ədalətsiz şəkildə pozmuşdur.
16. Kassator şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər;
19. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir;
20. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:
21. Maddə 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
22. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir;
23. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:
24. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
25. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə.
26. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
30. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdaf iəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
31. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olu nmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPMnin 407-ci maddəsində kassasiya şikayətinin forma və məzmununa dair dair tələblərə əməl olunmasıdır. Həmin normada kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının əsaslandırılması tələb olunur.
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu tələblərə əməl olunmaması 408-ci maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
33. Həmçinin 408.1.7-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti geri qaytarılır.
34. Baxılan iş üzrə də apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, şikayətdə yalnız «İpoteka haqqında» Qanunun 1.0.9-cu, Mülki Prosessual Məcəllənin 88 və 101.7-ci maddələri gö stərilsə də, bu maddələrin pozuntusunun nədən ibarət olması göstərilməmişdir.
35. Kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti zəruri formada verilmişdir.
36. Həmçinin kassasiya şikayətində, apellyasiya instansiya məhkəməsinin göstərdiyi normalara istinad olunmaqla yanaşı şikayətin digər məsələr hissəsində göstərilir ki, Mərkəzi Bank qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının müəyyən edilən ilkin satış qiyməti ilə razılaşmadıqlarından şikayətlə məhkəməyə müraciət edildiyini və əmlakın qiymətləndirilməsinin bu sahədə kifayət qədər böyük təcrübəyə malik “Big 4”a daxil olan beynəlxalq audit şirkətlərindən birinə (Deloitte, PricewaterhouseCoopers (PwC), Ernst & Young (E&Y), X2 Goerdeler (KPMG)) həvalə edilməsi xahiş edildiyini göstərilmiş, məhkəmənin şikayətin bu hissəsinə qiymət vermədiyi və öz təşəbbüsü ilə rəy alınması üçün Məhkəmə ekspertiza Mərkəzinə müraciət edildiyi göstərilmişdir. Daha sonra qeyd edilir ki, məhkəmənin əsas götürdüyü rəylər formal mülahizələr əsasında verilmiş, ipoteka müqavilələri bağlandıqdan ötən dövr ərzində qeyriyaşayış binasının 2 dəfəyə yaxın dəyər qazanması barədə rəylərdə ciddi əsaslandırcı məqamlar olmamışdır.
37. Kassator şikayətində Mülki Prosessual Məcəllənin 88, 101.7-ci maddələrinin tələblərinə əməl olunmadığını, ekspert rəyinin digər sübutlarla yanaşı qiymətləndirilməli olduğunu və apellyasiya instansiya məhkəməsi tərəfindən onların dəlillərinə qiymət verilmədiyinə, bunların isə ipoteka predmetinin likvid dəyərinin düzgün müəyyən olunmaması ilə nəticələndiyinə istinad edilir.
38. Görünüyü kimi, cavabdeh kassasiya şikayətində narazı qaldığı qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini yuxarıdakı dəlillərlə əsaslandırmışdır. Belə olan halda, şikayətin MPM-nin 407.1.4-cü maddəsi ilə geri qaytarılması əsaslı olmamışdır.
39. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2023cü il tarixli qərardadı ləğv edilməli və qətnamədən verilən kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-272/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.