Məhkəmə qərarları › İş №2(005)-3388/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3388/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3388/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1931-ci ildə Gəbəbəy rayonu, Musayal kəndində anadan olmuş X3 29 noyabr 1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X2 xx.xx.1931-ci ildə Goranboy rayonu Musayal kəndində anadan olmuşdur. X2 29 noyabr 1996-cı il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə vəziyyəti pisləşdiyindən, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Kliniki Xəstəxanasında vəfat etmişdir. Atasının anidən ölümü onları mənəvi və psixoloji cəhətdən sarsıtdığından poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişlər. Atası Yasamal rayonu, Dağüstü 1 qəbirstanlığının 1-ci sektorunda dəfn edilmişdir. Mərhum atasının adına ölüm haqqında şəhadətnamə alınıbalınmaması barədə Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında akt qeydinin aşkar edilməməsi barədə arayış təqdim edilmişdir. Bundan sonra, ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ölüm haqqında şəhadətnamənin alınması zərurəti ərizəçiyə anasının mülkiyyətində olan mənzilin övladları olaraq onlara bağışlama müqaviləsinin bağlanması zamanı zəruri olar təqdim edilməli sənədlərin siyahısında qeyd edildiyindən, ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 xx.xx.1959cu il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 274 № ilə qeyd edilmişdir. Ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. Bakı Şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 (xx.xx.1931 – xx.xx.1996) qəbirdaşına əsasən Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 1-ci sektorunda dəfn olunub. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı. xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə, əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, 01 yanvar 1931-ci ildə Gədəbəy rayonunda anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X6 ifadəsində bildirdi ki, o, ərizəçinin xalası oğludur, mərhum isə ərizəçinin xalasının əri olmuşdur. X1 1996-cı il tarixində Bakı şəhərində vəfat etmiş və orada dəfn edilmişdir. Mərhumun dəfn mərasimində iştirak etdiyini bildirmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X7 xx.xx.1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi mərhumun oğludur. Tələb olunan sənədlər olmadığından Ərizəçi atasının ölüm haqqında şəhadətnaməni ala bilməmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, X1 Ərizəçi oğludur. X7 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2nun ölümündən sonra bir sıra hüquqi məsələlərin (vərəsə kimi tanınma, məcburi paya vərəsəlik hüququ əldə etmə və s.) həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1931-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar