Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3414/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə tərəf Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış Bakı 2 saylı mediasiya təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/2/2024-00200 saylı barışıq sazişinin aliment hissəsində məcburi icrası üçün təsdiq edilməsi və Maraqlı şəxs xx.xx.2014-cü il təvvəllüdlü X5 və xx.xx.2016-cı il təvvəllüdlü X1 üçün Ərizəçi 4169 7387 0739 9071 nömrəli Kapital Bank kartına hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat aliment məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs ilə rəsmi nikahdan xx.xx.2014-cü il təvvəllüdlü X5 və xx.xx.2016-cı il təvvəllüdlü X6 adlı övladları doğulmuşdur. Övladları hazırda ərizəçinin himayəsindədir və onunla birlikdə yaşayırlar. Ərizəçi bildirir ki, övladlarının atası ilə ayrı yaşayır və hesab edir ki, uşaqların saxlanılmasında iştirak etməlidir. Qanunvericiliyin tələbinə əsasən məhkəmədən öncə mediasiya prosesi keçmişlər və Bakı 2 saylı mediasiya təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/2/2024- 00200 saylı barışıq sazişi bağlanmışdır. Belə ki, Sazişin şərtlərinə tərəflər: 1) xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin qüvvədən düşməsinə razıdırlar. 2) Tərəflər razıdırlar ki, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvvəllüdlü X5 və xx.xx.2016-ci il təvvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat alimenti ana Ərizəçi 4169 7387 0739 9071 nömrəli Kapital Bank kartına köçürməklə ödəyəcək. Lakin maraqlı tərəf Maraqlı şəxs artıq neçə aydır ki, öhdəliyinə düşən öhdəliyi yerinə yetirmir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarda qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmənin baxış iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Maraqlı şəxs ilə “ikinci tərəf” Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00200 saylı barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəflər xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin qüvvədən düşməsinə razılaşdılar.
2. Tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Maraqlı şəxs hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat alimenti ana Ərizəçi 4169 7387 0739 9071 nömrəli Kapital Bank kartına köçürməklə ödəyəcək.
b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Ərizəçi məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən olunmuşdur ki, tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaqlar ərizəçinin himayəsindədir. Bakı şəhəri 2 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/2/2024-00200 saylı barışıq sazişi ilə tərəflər uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması barədə razılığına gəlmişlər. Hazırda isə Ərizəçi Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyini, alimenti razılaşdırılmış məbləğdə ödəmədiyini bildirir və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi birgə nikahdan olan uşaqların saxlanılması üçün razılığa gəlinmiş alimentə dair hissəsi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2024-cü il tarixli, MŞB/2/2024- 00200 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00200 saylı barışıq sazişi “tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Maraqlı şəxs hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat alimenti ana Ərizəçi 4169 7387 0739 9071 nömrəli Kapital Bank kartına köçürməklə ödəyəcək” hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmədiyindən bu rusum ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00200 saylı aşağıda qeyd edilən məzmunlu barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: Tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Maraqlı şəxs hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat alimenti ana Ərizəçi 4169 7387 0739 9071 nömrəli Kapital Bank kartına köçürməklə ödəyəcək. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya ssitemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aytən Novruzova