Məhkəmə qərarları › İş №2(005)-3441/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3441/2024

17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3441/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayonu Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və adına ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi bildirmişdir ki, 10 avqust 1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikasınin Şərur rayonunda anadan olmuş X8 onun doğma qardaşıdır. O, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25/24-də yerləşən 3 saylı binanın 27-ci mənzilində yaşamışdır. xx.xx.2024-cü il tarixdə axşam radələrində qardaşı Vahid Rzayevin həyat yoldaşı ona telefonla zəng edərək Vahidin səhhətinin qəflətən pisləşdiyini və bunula bağlı təcili tibbi yardıma müraciət etdiyini bildirmişdir. Onun həyəcanlı zəngindən sonra dərhal qardaşınının evinə getmiş, lakin yaşadıqları mənzilə çatanadək Rzayev Vahid artıq dünyasını dəyişmişdir. Mənzilə onunla bahəm, gələn Təcili və X3 Stansiyasının həkimləri Vahid Rzayevin rəhmətə getdiyini bildirərək ölüm haqqında xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsi vermişlər. Həmin Xəbərdarlıq vərəqəsində həkimlərin çağırış məntəqəsinə gələnə qədər kişi cinsindən olan meyidin aşkar edildiyi qeyd olunmuşdur. Təcili və X3 Stansiyasının verdiyi ölüm haqqında Xəbərdarlıq vərəqəsini Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə təqdim edərək mərhum qardaşı X4 ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir, lakin Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 16-5/X-1818- R-15/24 №-li məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixil qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməli, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir və ona məhkəməyə müəriət etməyi tövsiyyə edilmişdir. Ərizəçi bildirir ki, ölüm haqqında həkim şəhadətnaməsinin alınması üçün Vahid Rzayevin qeydiyyatda olduğu poliklinikaya müraciət etmiş, lakin poliklinikada bildirmişlər ki, qardaşı orada qeydiyyatda olsada, hər-hansı xəstəliklə bağlı səhhətində problemin olmaması ilə bağlı müraciət etməmiş, tibbi yoxlanışlardan keçməmiş, və onlara ölüm səbəbi məlum olmadığından ölüm haqqında həkim arayışın verilməsi qeyri mümkündür. Bu səbəbdən də ərizəçi Vahid Rzayevin ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi uzaq qohumudur, mərhum şəxslə isə birlikdə işləmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə onun səhhəti ilə bağlı vəziyyətinin ağır olduğunu və axşam saatlarında artıq rəhmətə getdiyindən məlumatlı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun tanışıdır, onu mərhum şəxs vasitəsilə tanımışdır, mərhumla birlikdə işləmişdir. xx.xx.2024-cü il tarixdə mərhumla telefon vasitəsilə əlaqə saxladıqda o, səhhəti ilə bağlı özünü narahat hiss etdiyini bildirmişdir və artıq axşam saat 10 radələrində onun rəhmətə getdiyi barədə məlumatlı olduğunu bildirdi. Mərhum şəxsin dəfn mərasimində də iştirak etdiyini və mərhumun Fatmayi qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1965-ci il tarixdə Naxçıvan MSSR, İliç rayonu, Qarabağlar kəndində doğulmuşdur. X2, anası X5r. İş materiallarında olan xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Naxçıvan MSSR, İliç rayonu, Qarabağlar kəndində doğulmuşdur. X2, anası X5r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Təcili və X3 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, həkimlərin çağırış məntəqəsinə gələnə qədər X4 meyidi aşkar edildiyi qeyd olunmuşdur. İş materiallarında olan Abşeron rayon, Fatmayı Bələdiyyəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan 30 №-li, 08 avqust 2024-cü il tarixli məktubdan görünür ki, X12 (xx.xx.1965 – xx.xx.2024) Abşeron rayon, Fatmayı qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, “X4 ölümünün qeydə alınması barədə xx.xx.2024cü il tarixli müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki , Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə “ olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Xahiş edirik bu məsələ ilə bağlı məhkəməyə müraciət edəsiniz.” Azərbaycan Respublikası MPM-in: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən ed 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1965-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar