Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3442/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1958-ci il təvəllüdlü X1 xx xxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.2019-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyadzadə küçəsi ev 15-də mədənin antral hissəsinin xərçəngi xəstəliyi nəticəsində ölmüşdür. Anası xərçəng xəstəliyi ilə yanaşı diabet xəstəliyindən də əziyyət çəkirdi. Həmin vaxt anasının halının pisləşməsini görən kimi ona ilkin yardım göstərməyə çalışsalarda onun nəbzinin vurmadığını müşahidə etmişlər. Daha sonra evə gələn təcili tibbi yardım stansiyasının həkimləri anası X1 ölüm faktını təsdiq etmişlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X4 bildirmişdir ki, o, Ərizəçi həyat yoldaşıdır. Ərizəçi anası X3 ünvan 1 ünvanında yaşamışdır. O, mədənin antral hissəsinin xərçəngi xəstəliyindən əziyyət çəkirdi. xx xxxx 2019-cu il tarixdə vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Mərhum Hövsan qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X6 bildirmişdir ki, o, Ərizəçi bibisidir. X3 ünvan 1 ünvanında yaşamışdır. O, mədənin antral hissəsinin xərçəngi xəstəliyindən əziyyət çəkirdi. xx xxxx 2019-cu il tarixdə vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Mərhum Hövsan qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, Ərizəçi tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Təcili və X5 Stansiyasının 2 nömrəli Bölməsinin xx xxxx 2019-cu il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx xxxx 2019-cu il saat 13:55 radələrində ünvan 1 nömrəli mənzilinə X1 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur; İşdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X3 13 iyuı 2019-cu il tarixdə Hövsan qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən qəbiristanlığında dəfn edilmişdir; Asan 1 xidməti tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı 16749831 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Quqark rayonundan anadan olmuş X3 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X1 xx xxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X1 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X1 xx xxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3442/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3442/2020
21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver