Məhkəmə qərarları › İş №2(005)-3445/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3445/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3445/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X1 Elçin Cümşüd oğlunun arvadı idi. O, uzun illər boyu onkoloji xəstəliklərdən müalicə almasına baxmayaraq 07 dekabr 2020-ci il tarixdə qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan 1 ünvanda vəfat etmişdir. Həmin gün Ərizəçi, dərhal, Təcili və X5 xidmətinə müraciət etdi. Həkim briqadası saat 19:30-da mənzildə yoldaşını müayinə etdilər və sonda ona 07 dekabr 2020-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsi təqdim etdilər. Həmin dövr ölkədə COVİD 19 pandemiyasının yayılması baş verirdi. Evdən çıxmağa, gediş-gəlişə məhdudiyyətlər qoyulmuşdur. Bu səbəbdən Ərizəçi həmin zaman aidiyyatı üzrə 37 saylı poliklinikaya müraciət edə bilmədi. Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorğud qəsəbəsində yerləşən qəbirstanlıqda həyat yoldaşı X4 dəfn etdi. Dəfn mərasimi adətənənəyə uyğun olaraq keçirilmişdir. Dəfndə iştirak edən şəxslər, məhkəmə prosesində şahid qismində iştirak edəcəklər. Hazırda Ərizəçi, ölüm haqqında şəhadətnaməsinin alınması barədə, həm 37 saylı poliklinikaya, həm də Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etməyinə baxmayaraq, onlar tərəfindən Ərizəçi imtina verilib və məhkəməyə müraciət etməyini tövsiyyə ediblər. Həyat yoldaşı X7, hazırda qeydiyyatda olduğu və Taktiki yaşadığı ünvan 1 ünvanda qeydiyyatda qalıb. Vəfat etmiş şəxs üçün Ərizəçi əlavə olaraq kommunal xərcləri ödəyir və mülkiyyətində olan mənzil barədə sərəncam verə bilmir. Hüquqları məhduddur. Məqsədi, X7 barəsində ölüm haqqında şəhədətnamə alaraq, mülkiyyətində olan mənzilinə dair sərəncam vermək hüququmdan istifadə etməyidir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X6 qanuni qüvvəyə minmiş müvafiq qətnamənin olduğu halda X3 ölməsi barədə vətəndaşlıq vəziyyəti aktlarında qeyd aparılmasının mümkün olduğunu bildirdi. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X9 ifadəsində bildirdi ki, o ərizəçinin qonşusudur. X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X11 ifadəsində bildirdi ki, o ərizəçinin qardaşıdır. X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA2334373 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 13 iyul 1962-ci il tarixdə doğulmuşdur. Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən aydın olur ki, 19:30 radələrində X3 adına ünvan 2 ünvanına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Suraxanı Rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Zığ qəsəbəsi Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 11 avqust 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına qəbir abidəsi qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü X7 Ərizəçi keçmiş arvadıdır. X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2020ci il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar