Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3453/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında mediator X3 iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, aliment tələbinə dair Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamışlar. xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. Birgə nikahdan anadan olmuş azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 anasının yanında qalmasına və hər ay uşaqlarının saxlanılması üçün cəmi 440 manat aliment ödəməyə razılaşmışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə də sazişin təsdiqlənməsi zərurəti vardır. 10 gün könüllü vaxt keçmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X4 və Ərizəçi arasında xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MŞB/18/2023- 00153 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır. 1.Tərəflər razılığa gəlirlər ki, 2023-ci ilin yanvar ayından etibarən birgə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər maddi tələbatının ödənilməsi və saxlanılması üçün ata Maraqlı şəxs hər ay hər bir uşaq üçün- 220,0 (iki yüz iyirmi) AZN, cəmi 440,0 (dörd yüz qırx) AZN aliment məbləğinin ödənilməsini öhdəsinə götürür. Aliment məbləği Ərizəçi adına olan Kapital Bank VİSA kartının (4169 7413 8958 9514 nömrəli Kapital Bank VİSA kartı) hesabına ödəniləcək. Bakı Şəhəri Səbail Rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il traixdə verilmiş AZ-İİ 437869 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı Şəhəri Səbail Rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il traixdə verilmiş AZ-İİİ 192799 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş mediator X8 tərəfindən tərəflər arasında xx.xx.2023-cü il tarixdə təsdiq edilən barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 və Ərizəçi arasında xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MŞB/18/2023- 00153 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin.
1. Tərəflər razılığa gəlirlər ki, 2023-ci ilin yanvar ayından etibarən birgə nikahdan olan övladları xx.xx.2010- cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər maddi tələbatının ödənilməsi və saxlanılması üçün ata Maraqlı şəxs hər ay hər bir uşaq üçün- 220,0 (iki yüz iyirmi) AZN, cəmi 440,0 (dörd yüz qırx) AZN aliment məbləğinin ödənilməsini öhdəsinə götürür. Aliment məbləği Ərizəçi adına olan Kapital Bank VİSA kartının (4169 7413 8958 9514 nömrəli Kapital Bank VİSA kartı) hesabına ödəniləcək. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Aytən Novruzova