Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3496/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx.xx.2024-cü il tarixdə Şabran rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X7 onun babası idi. O, 1943-cü ildə Ermənistan Qazax rayonunda doğulmuşdur. xx.xx.2024-cü il tarixdə babası Abdulla İsmayılovun vəziyyəti ağırlaşdı və X16 gələnə qədər o, vəfat etdi. Onlar babası Abdullah İsmayılovu həmin gün Şabran rayon Xəlfələr kənd qəbiristanlığında dəfn ediblər. Bundan sonra, o, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət edib. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində ona rəsmi qaydada bildirildi ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiz”. O, bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, babası X7 09 iyul 2024-cü il tarixində dünyasını dəyişmişdir. Babası yaşlı idi və qəflətən halı pisləşdi. X16 çağırsalar da artıq yardım gəlmədən dünyasını dəyişdi. Elə həmin gün də Şabran rayon Xəlfələr kənd qəbiristanlığında dəfn etdilər. Babasının ölümündən sonra isə onlar ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. O, babasıyla bir evdə yaşayırdı. Elə bir xəstəliyi yox idi. Bir neçə dəfə həkimə aparmışdı. Həkim bildirmişdi ki, yaşlı olduğu üçün vəziyyətinin bu cür olmağı normaldır. Vərəsəlik işi əlaqədar ölüm haqqında şəhadətnamə alınması tələb olunur. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 1 saylı Bakı “ASAN xidmət” X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən qızının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi babasının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə doğulmuşdur. X5, anası X6r; - 940 saylı, xx.xx.2024-cü il tarixli Təcili və X9 Stansiyası Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, X1; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 37 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1943-ci il təvəllüdlü mərhum X7 xx.xx.2024-cü il tarixdə rəhmətə gedib. Mərhum 37 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciət etməyib və dispanser qeydiyyatda olmayıb. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz; - Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Başçısının Düzbilici İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-74/2-92/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X7 xx.xx.2024-cü ildə Şabran rayon Xəlfələr kəndində yaşadığı evində vəfat etmiş və Xəlfələr kənd qəbiristanlığında dəfn olunmuşdur; - Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X4 bildirmişdir ki, mərhum X7 onun atasıdır. O, bacısı oğlu ilə bir mənzildə yaşayırdı. Yaşlı olduğundan artıq səhhəti də zəifləmişdir. Elə bir gün qəflətən rəhmətə getdi. Atası rəhmətə gedən zaman bacısı oğlu, bacısı, dayıları orda olub. Şabran rayon Xəlfələr kənd qəbiristanlığında dəfn etmişlər. Rəhmətə getməmişdən qabaq X16 çağırmışdılar. Elə bir xəstəliyi yox idi. Sadəcə yaşlandığı üçün səhhəti zəifləmişdi. - Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X8 bildirmişdir ki, rəhmətə gedən onun atasıdır. O, bacısı oğlu ilə bir mənzildə yaşayırdı. Yaşlı olduğundan artıq səhhəti də zəifləmişdir. Atası rəhmətə gedən zaman o işdə idi. Ona zəng vurub bildirdilər. Atası rəhmətə gedən zaman bacıları, dayıları, bacı oğlu orda olub. Elə bir xəstəliyi yox idi. Sadəcə yaşlandığı üçün səhhəti zəifləmişdi. Şabran rayon Xəlfələr kənd qəbiristanlığında dəfn etmişlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X7 ərizəçinin babası olmuşdur. X7 xx.xx.2024-cü ildə vəfat etmişdir. Ərizəçi 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X7 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1943-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Şabran rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1943-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Şabran rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3496/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3496/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver