Məhkəmə qərarları › İş №2(005)-3534/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3534/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3534/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi Hüseynova (İsifova) Nisbət İsif qızının 1975-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi Hüseynova (İsifova) Nisbət İsif qızı 1889cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşamış və 1975-ci il tarixdə isə ölmüşdür. Nənəsi Hüseynova (İsifova) X13 məzarlığında dəfn edilmişdir. Nənəsi Hüseynova (İsifova) Nisbət İsif qızının ölüm şəhadətnaməsinin verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də, bildirilmişdir ki, Hüseynova (İsifova) Nisbət İsif qızının ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəyə dəqiqləşdirilmə verərək, maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsinin göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin bacısıdır. Hüseynova (İsifova) Nisbət İsif qızı onun nənəsidir. Onlar nənəsi Hüseynova (İsifova) Nisbət İsif qızının yanında yaşayırdılar. Hüseynova (İsifova) Nisbət İsif qızının 1975-ci il tarixdə qoçalıqdan vəfat etməsini təsdiq edir. Hüseynova (İsifova) Nisbət İsif qızının Yasamal qəbristanlığında dəfn edildiyini bildirdi. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun baldızının qızıdır. Hüseynova (İsifova) Nisbət İsif qızı 1975-ci il tarixdə vəfat etmişdir. Mərhumun Yasamal qəbristanlıqında dəfn edildiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; Qəbirüstü abidənin fotoşəkllərindən görünür ki, üzərində “X9 1889-1975” yazısı əks olunmuşdur; Nərimanov rayon Qeydiyyat şöbəsinin məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Hüseynova (İsifova) Nisbət İsif qızı barəsində şöbədə ölüm haqqında akt qeydi aşkar olunmamışdır; Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 1163 saylı arayışından görünür ki, X9 (1889-1975) qəbirdaşına əsasən Bakı şəhəri, X17 küçəsində yerləşən Dağüstü 1 qəbristanlığın 1-ci sektorunda dəfn olunmuşdur; ИЕ seriyalı, 467459 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində şəhərində doğulmuş, atası X12, anası X3r; Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1928- 1930-cu illərə dair Xızı rayonu Əmbizlər kəndi üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1929-cu ildə (sənəddə olduğu kimi) doğulan Ağamalıyeva (sənəddə olduğu kimi) Münevvər Ağabəy qızının təvəllüdü qeyd olunur; AZ-İ seriyalı, 894683 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə ölmüşdür; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1123/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4151/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-608/09 saylı, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, X1 (İsifova) Nisbət İsif qızının qızıdır; Hüseynova (İsifova) Nisbət İsif qızının vəsiyyətnaməsinin surətindən görünür ki, Ərizəçi Hüseynova (İsifova) Nisbət İsif qızının nəvəsidir. Məhkəmə qeyd edir ki, Ərizəçi Hüseynova (İsifova) Nisbət İsif qızının nəvəsi olması məhkəmə qətnamələrində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, 1889-cu il təvəllüdlü Hüseynova (İsifova) Nisbət İsif qızı 1975-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi nənəsinin ölümü haqqında şəhadətnamənin alınması üçün Nərimanov qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən nənəsinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi nənəsinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1889-cu il təvəllüdlü Hüseynova (İsifova) Nisbət İsif qızının 1975-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1889-cu il təvəllüdlü Hüseynova (İsifova) Nisbət İsif qızının 1975-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar