Məhkəmə qərarları › İş №2(005)-3551/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3551/2021

16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3551/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağcabədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 ölüm faktının təsdiqlənməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X3 1991-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Lakin çox keçmədən elə həmin ildə də doğumundan iki ay sonra qızdırması qalxmış, yüksək hərarət nəticəsində dünyasını dəyişmişdir. Hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağcabədi rayon qeydiyyat şöbəsində qızı X1 ölümü, rəhmətə getdiyi barədə heç bir akt qeydi aşkar edilməmişdir. Valideyn olaraq əlində qızının ölüm faktını təsdiqləyən hər hansı müvafiq sənəd, nə həkim arayışı, nə də feldşer arayışı olmadığından qızı X1 ölüm faktı müəyyən edilə bilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağcabədi Rayon Qeydiyyat Şöbəsi 04 avqust 2021-ci il tarixli 05/76-717/13 nömrəli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Ağcabədi Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadıtnamədən görünür ki, X3 10.04.1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İşdə olan Vətəndaşlıq Vəziyyəti aktlarının reyestr xidmətinin verdiyi 24.05.2021-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş 'Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı' Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda , ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildiririk ki, ölüm haqqında tibbi sənəd təqdim etmədiyiniz üçün mərhum övladınız X1 ölümünün rayon qeydiyyat şöbəsində qeydiyyata alınması mümkün deyildir. Eyni zamanda onu da bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və mərhum övladınız X1 ölümü barədə akt qeydi aşkar olunmamışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16.11.2020-ci il tarixdə “başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmamazlığından” ölmüşdür. Ağcabədi rayon kənd soveti tərəfindən 01.12.1988-ci il tarixdə verilmiş İV-JQ seriyalı 375619 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, X7 ilə X5 arasında 01.12.1988-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X1 vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar yoxdur. Göstərilən faktın məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilməsi mümkün olmamış, ərizəçi ərizəsində əsaslandığı halları məhkəmə qarşısında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağcabədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar