Məhkəmə qərarları › İş №2(005)-3557/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3557/2025

23.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3557/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi əsaslarının dəyişdirilməsi və əmək haqqı tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin üzərinə İddiaçı1 əmək müqaviləsinə xitam verilməsi əsaslarının dəyişdirilib Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə düzəlişlər daxil edilməsi, şənbə və iş günü olmayan bayram günlərində işə cəlb edildiyinə görə ödənilməmiş əmək haqqı məbləğləri olaraq cəmi 10.540 manat pulun cavabdehdən tutulub ödənilməsi; İddiaçı2 əmək müqaviləsinə xitam veriməsi əsaslarının dəyişdirilib Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə düzəlişlər daxil edilməsi, şənbə və iş günü olmayan bayram günlərində işə cəlb edildiyinə görə ödənilməmiş əmək haqqı məbləğləri cəmi 10.320 manat pulun cavabdehdən tutulub ödənilməsi; İddiaçı3 əmək müqaviləsinə xitam veriməsi əsaslarının dəyişdirilib Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə düzəlişlər daxil edilməsi, şənbə və iş günü olmayan bayram günlərində işə cəlb edildiyinə görə ödənilməmiş əmək haqqi məbləğləri cəmi 19.560 manat pulun cavabdehdən tutulub ödənilməsi; İddiaçı4 əmək müqaviləsinə xitam veriməsi əsaslarının dəyişdirilib Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə düzəlişlər daxil edilməsi, şənbə və iş günü olmayan bayram günlərində işə cəlb edildiyinə görə ödənilməmiş əmək haqqı məbləğləri cəmi 4.200 manat pulun cavabdehdən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin hüquqi ünvanı ünvan 1ron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 2sinin 35.1 və 35.2-ci maddələrinə əsasən isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı və onlara ərazi aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC-ya qarşı əmək müqaviləsinə xitam verilməsi əsaslarının dəyişdirilməsi və əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərazi aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar