Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2691/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X4 şəxsi və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: istehsalat qəzası nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X1, Əliyev Zaur Əl i oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətiniə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X4 şəxsi və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “aylıq zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-46/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh Sumqayıt Poladkonstruksiya Quraşdırma Açıq Səhmdar Cəmiyyəti (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.1980-ci il tarixdə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci ilədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəllişdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir.
2. İddiaçı xx.xx.1998-ci il tarixədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2002-ci il tarixdən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. 3. xx.xx.1998-ci il tarixdə müvafiq sərəncamla “Poladkonstruks iya” Quraşdırma İdarəsinin bazasında “Sumqayıt Polad Konstruksiya Quraşdırma” X5 cəmiyyəti təsis edilmiş və onun emissiya planı təsdiq olunmuş, səhmlərin özəlləşdirilməsi xx.xx.2001-ci il tarixdə başa çatdırılmış, sözügedən müəssisəsinin hüquqi varisi "xxxx" ASC yaranmış və xx.xx.2002-ci il tarixdə nizamnaməsi təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. Özəlləşdirmə planında müəssisənin işçilərinin siyahısında İddiaçı adı qeyd olunmamışdır.
4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2230/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, həmin qərara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(105)-823/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2230/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)362/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi və üçüncü şəxs "xxxx" ASC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)823/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarından ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci inst ansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-yə (bundan sonra cavabdeh, yaxud ASC) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən ona xx.xx.1988-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 147 manat, xx.xx.2002-ci il tarixdən Dövlət Statistika Komitəsinin müvafiq iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının altmış faizi məbləğində aylıq zərərin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Poladkonstruksiya” İdarəsində xx.xx.1980-ci il tarixdə xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar ona xx.xx.1988-ci il tarixədək həmin müəssisə tərəfindən aylıq zərər verilmiş, sonuncu tarixdən bu gü nədək isə cavabdeh müvafiq ödənişi ödəməkdən imtina etmişdir.
9. Cavabdeh ASC iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək etirazında İddiaçı əlilliyini mübahisələndirmiş və onun iş zamanı xəsarət almasının təsdiqini tapdığı təqdirdə belə aylıq zərər verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalı olduğunu bildirmişdir.
10. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X4 şəxsi və “Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN tabeliyində o lan Dövlət Sosial Müdafiə X4 şəxsinin nümayəndəsi izahatında göstərmişdir ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. Həmin siyahı müəssisə tərəfindən nazirliyə göndərilməmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)- 620/2023 nömrəli, 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya cavabdeh ASC tərəfindən xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci il tarixdən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi cavabdeh tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək orta aylıq əmək haqqının 80%-i, bu tarixdən sonra isə 60%-i miqdarında aylıq ödənc verilməsi həcmində əsaslıdır. Belə ki, cavabdeh iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisə nin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi artıq xx.xx.2001-ci ildə başa çatmışdır. Özəlləşmənin göstərilən tarixdə, 2003-cü ilin oktyabr ayınadək yekunlaşması mübahisənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının təsirinə düşməsini, eləcə də iddiaçıya müvafiq dövlət orqanı tərəfindən aylıq müavinətin verilməsini istisna edir. Qanunvericilik 2003-cü ilin oktyabr ayınadək özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrinin aylıq ödənc b orclarının müavinət şəklində ödənilməsini müvafiq dövlət orqanının üzərinə qoymuşdur.
14. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, İddiaçı cavabdeh ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1, 46, 47.1, 56.5, 1096.1, 1096.2, 1119.1 və 1126-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 129 saylı Qərarına, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxsl ərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 216-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
16. Qətnamədən cavabdeh ASC apellyasiya şikayəti verər ək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. İddiaçı 1980-cı ildə Sumqayıt “Poladkonstruksiya” İdarəsinə işə qəbul olmuş, 1983-cü il tarixdə öz ərizəsi ilə işdən azad olmasına baxmayaraq hər il VTEK-in təqdim etdiyi əlillik arayışını idarəyə təqdim edərək 1988-ci il tarixədək əmək zədəsinə görə müavinət əldə etmişdir. İddiaçı özü etiraf edir ki, xx.xx.1988-ci il tarixdən sonra Sumqayıt “Poladkonstruksiya” İdarəsinə müraciət etməmişdir. Lakin məhkəmə iddiaçının etirafını qəbul etməmiş, iddiaçıya zərər in ödənilməməsini idarənin ödənişdən imtina etməsi kimi qiymətləndirmişdir. Halbuki iddiaçı hər il VTEK-in həkim komissiyasından keçdikdən sonra sənədin bir nüsxəsini idarəyə təqdim etməli və yalnız bundan sonra idarə ona ödənişi təmin etməli idi. Əgər İdarə ödənişdən imtina etmək istəsəydi, bunu 1983-cü ildən iddiaçının öz xahişi ilə işdən azad olunmasından sonra da edə bilərdi. Lakin idarə öz üzərinə düşən məsuliyyətini tam şəkildə icra edərək iddiaçının 1983-cü ildən işdən çıxmasına baxmayaraq 1988-ci ilədək müavinətini tam olaraq vaxtıvaxtında təmin etmişdir. İdarə əmək zədəsinə görə ödənişi VTEK-in təyin etdiyi əlilliyə görə icra edir. İddiaçının 1989-cu ildə 3-cü qrup əlilliyi dayandırılmışdır. Bu səbəbdən də iddiaçı idarəyə əlilliyini təsdiq edən sənədini təqdim edə bilmədiyindən, i darə tərəfindən ona ödənilən ödəniş dayandırılmışdır. İddiaçının əlilliyi 1993-cü il tarixdə bərpa olsa da, iddiaçı həmin idarədə işləmədiyi üçün ona müavinət ödənişi düşmədiyini nəzərə alaraq idarəyə müraciət etmədiyini etiraf etmişdir. Bundan başqa məhkəmə qərarında xx.xx.1988ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998ci ildən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi təmin edilmişdir ki, bu hal qəbuledilməzdir. X6-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.1988-ci il tarixdən iddiaçıya 3-cü qrup əlillik təyin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Buna baxmayaraq məhkəmə tərəfindən qanunun tələblərini pozaraq 80 faiz hesablanmışdır. Bundan başqa Dövlət Sosial Müdafiə X4 Şəxsinin nümayəndəsi izahatında qeyd etdi ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Belə ki, xx.xx.1998-ci il tarixdə idarə özəlləşdirməyə verilmiş, xx.xx.2001-ci il tarixdə özəlləşdirilməsi başa çatmasına baxmayaraq, məhkəmə bu ödənişi də Dövlət Sosial Müdafiə Fondunun üzərinə deyil, "xxxx" ASC-nin üzərinə qoymuşdur. Həmçinin iddiaçının yenidən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə” müayinəyə cəlb olunaraq xəstəliyin dərəcəsi təyin edilməsi barədə vəsatət təqdim edilsə də, məhkəmə tərəfindən qəbul edilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edə bilər. Müayinənin nəti cələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bundan başqa xx.xx.1998-ci il tarixdə idarə özəlləşdirməyə verilmiş və "xxxx" ASC kimi özəlləşdirilərək təsis edilmiş, həmin dövr ərzində “Poladkonstruksiya” İdarəsində olan xəsarət almış işçi siyahısını və digər öhdəlikləri də qəbul edərək yerinə yetirməkdədir. Bunun sübutu kimi Emisiya Prospekti kitabında da əmək zədəsi almış şəxslərin adları mövcuddur, həmin işçilər bu günə kimi də öz müavinətini almaqdadır. Lakin iddiaçının adı həmin Emissiya Prospekti kitabında mövcud deyildir. Bu səbəbdən də ASC bu barədə məlumatsız olmuşdur. İddiaçı 1988-ci ildən İdarəyə müraciət etmədiyindən müavinətini almamasının səbəbkarı özüdür. Azərba ycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. Hazırda iddiaçı öz səhvi ucbatından ala bilmədiyi müavinəti heç bir əsas olmadan müəssisənin üzərinə qoymaqdadır. Həmçinin məhkəmə işə baxarkən iddiaçının iddia müddətini ötürməsini nəzərə almamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 1125.1-ci maddəsinə əssən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Göründüyü kimi məhkəmə qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və əsassız iddianı təmin etməklə, cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1624/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddiaçıya cavabdeh ASC tərəfindən xx.xx.2001-ci ildən etibarən hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc (müavinət) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilmə məsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingə r kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci ilədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəllişdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.1998-ci ilədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci ildən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. Cavabdeh isə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncun un özəlləşdirilməsi artıq xx.xx.2001-ci ildə başa çatmışdır.
21. Apellyasiya kollegiyası işin tədqiq olunmuş faktiki hallarını, tərəflərin qarşılıqlı izahatlarını, ən başlıcası mübahisəyə tətbiq edilməli olan maddi hüququ normalarının tələblərini nəzərə alaraq, yaranmış mübahisə üzrə qeyd etmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmişdir ki, hadisə ilə bağlı tərtib olunmuş xüsusi təhqiqat aktında “PoladKonstruksiya” Quraşdırma İdarəsi təqsirli bilinmişdir. İşdən göründüyü kimi cavabdeh müəssisə xx.xx.1988-ci ilədək iddiaçıya baş vermiş hadisə nəticəsində onun sağlamlığına vurulmuş xəsarətə görə aylıq zərər ödəmişdir. Lakin həmin t arixdən iddiaçıya aylıq ödəniş ödənilməsi dayandırılmışdır. İddiaçı tərəf hazırkı iddia ərizəsində qeyd edir ki, 1983-cü ildə cavabdeh müəssisədə tutduğu vəzifədən öz xahişi ilə daha yüngül işə keçirilmiş, xx.xx.1988-ci ildə isə artıq yenə öz xahişi ilə cavabdeh müəssisədə işdən azad edilmişdir. Qeyd olunan tarixdən hal-hazırkı tarixədək ona hər hansı ödəniş edilməmişdir. İddiaçı cavabdeh müəssisə tərəfindən ona aylıq ödənclərin bundan sonrada ödənilməsindən məlumatsız olduğundan bu məzmunda cavabdehə müraciət etməmişdir. Daha sonra bu cür hüququnun olduğunu bilmiş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir.Cavabdeh tərəf isə iddia tələbinə etirazının əsası kimi bildirir ki, iddiaçının xəsarət aldığı məlum hadisədən sonra sonuncu hər il VTEK-dən aldığı əlillik arayışını idarəyə təqdim edərək, 1988-ci il tarixədək əmək zədəsinə görə müavinət əldə etmişdir. Lakin xx.xx.1988-ci il tarixdən, yəni işdən azad olunduqdan sonra iddiaçı Sumqayıt Poladkonstruksiya İdarəsinə müraciət etməmiş, başqa sözlə hər il təqdim etdiyi əlillik arayışını təqdim etməmiş və bu səbəbdən həmin vaxtdan etibarən aylıq ödəncini ala bilməmişdir. Həmçinin Sumqayıt Poladkonstruksiya İdarəsi xx.xx.1998-ci ildə özəlləşdirməyə verilmiş və özəlləşdirilmə 2001-ci ildə başa çataraq "xxxx" ASC-kimi özəlləşdirilərək təsis edilmişdir. Cavabdeh ASC bu dövr ərzində Poladkonstruksiya İdarəsində xəsarət almış işçi siyahısını və digər öhdəlikləri də qəbul edərək yerinə yetirməkdədir. Bunun sübutu kimi Emisiya Prospekti kitabında əmək zədəsi almış şəxslərin adları mövcuddur, həmin işçilər bugünə kimi də öz müavinətin i almaqdadır. Lakin iddiaçının adı həmin Emisiya Prospekti kitabında mövcud deyildir, bu səbəbdən də ASC iddiaçı barədə məlumatsız olmuşdur. Başqa sözlə iddiaçı 1988-ci ildən İdarəyə müraciət etmədiyindən müavinətini almamasının səbəbkarı da özüdür.
22. Məhkəmə kollegiyası bu hissədə qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin izahatından da məlum olduğu kimi cavabdeh tərəf hazırkı iş üzrə iddiaçının baş vermiş hadisə ilə əlaqədar onda yaranan əlillik dərəcəsinə uyğun cavabdeh müəssisədən aylıq zərər ödənci əldə etmək hüququnun yaranmasını qəbul edir. Lakin hazırkı iş üzrə İddiaçı hüquqi varis olan ASC Sumqayıt Poladkonstruksiya İdarəsindən özəlləşmə zamanı Emissiya Prospekti kitabında adı keçmədiyindən, dolayısıyla cavabdeh ASC iddiaçı barəsində hər hansı öhdəlik götürmədiyindən, sonuncuy a aylıq ödəncin ödənilməsinin ondan tələb edilməsinin qanunsuz olmasını bildirir.
23. Məhkəmə kollegiyası bu hissədə cavabdehin dəlilini əsassız hesab etmiş və qeyd etmişdir ki, Sumqayıt “Poladkonstruksiya” İdarəsi tərəfindən tərtib edilmiş Emissiya kitabında xəsarət alan işçilər siyahısında iddiaçının adının olmaması, habelə bunun davamı kimi özəlləşmə proseduru zamanı DSMF-dən iddiaçı üçün nəzərdə tutulan ödəncin hüquqi varis kimi "xxxx" ASC-nin hesabına ödənilməməsi kimi arqumentlər hazırkı halda iddiaçının qanuni təminatı olan cavabdeh müəssisə tərəfindən aylıq ödənc kimi hüququnun məhdudlaşdırılmasına dəlalət edə bilməz. Hazırkı iş üzrə cavabdeh "xxxx" ASC-nin özəlləşməsi xx.xx.2001-ci il tarixdə başa çatdığından əvvəlki müəssisənin hüquq və vəzifələri (aktiv və passivi) məhz bu tar ixdən yeni yaradılmış ASC-yə keçdiyindən, həmin tarixdən iddiaçıya cavabdeh ASC tərəfindən hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan bu hissədə iddia təmin edilməlidir. Başqa sözlə kollegiyanın qənaətincə hazırkı iş üzrə cavabdeh olan ASC iddiaçı qarşısında yalnız özəlləşmə başa çatdıqdan sonra hüquq və vəzifələrə malik olduğundan, iddiaçının cavabdehə olan tələbi də məhz həmin tarixdən sonra hesablanmalıdır.
24. Apellyasiya şikayətinin iddia müddətinin ötməsi barədə dəlilini qəbul etməyən məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı tələb fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, bu mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir.
25. Apellyasiya in stansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 45, 46, 47, 56, 1096, 1097, 1114, 1118, 119, 1123 və 1126-cı maddələrinə, Əmək Məcəlləsinin 191 və 239-cu maddələrinə, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarına və Mülki Prosessual Məcəllənin 14, 77, 88, 372, 384 və 402-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
26. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi ni, işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İddianın əsas mahiyyətini bu maddi norma təşkil edir. Yəni, iddiaçı bu maddi normaya əsasən cavabdehdən istehsalat zədəsi nəticəsində qazanılmış olan əlilliyə görə ödənc tələb edir. İş materiallarından da görünür ki, iddiaçı belə bir ödənci 1983-1988-ci illərdə almış, bundan sonra cavabdehə əlillik barədə sənəd təqdim etməmiş və ödənc almamışdır. B u halda ilk olaraq məhkəmə iddiaçının bu illərdə məhz istehsalat zədəsi nəticəsində aldığı xəsarət üzrə əlilliyinin davam edib etməməsini müəyyən etməli, onun əlillyinin səbəbi və diaqnozu müəyyən etməli idi. Çünki əlilliyin səbəbi yalnız istehsalat zədəsi ilə əlaqədar olmayıb,ümumi xəstəliklər üzrə də ola bilər.Amma məhkəmə kollegiyası cavabdehin bu barədə olan dəlillərinə hüquqi qiymət vermədən, bu barədə araşdırma aparmadan yalnız iddiaçının əlil olmasını əsas gətirərək bütün bu illər üzrə cavabdehdən ödəncin tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir ki, bu halda Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci bəndinin əsl mahiyyətinə ziddir. Belə ki, 25 il ərzində ödəncə görə iddiaçı tərəfindən müəssisəyə müraciət edilməməsinin əsl səbəbi də düzgün müəyyən edilməmişdir. Belə ki, iddi açı məhkəməni aldadaraq bildirmişdir ki, bu illər ərzində heç bir yerdə işləməmişdir. Lakin əldə edilmiş sənədlərdən də görünür ki, bu illər ərzində iddiaçı Ceyranbatan Peşə litseyində işləmiş, eləcə də, ona əlilliyə görə əlavə ödənişlər edilmişdir. Eləcə də, ƏƏSMN-nin tabeliyində olan Agentliyin xx.xx.2023-cü il tarixli məktubunda da göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdən Agentliyə dəvət olunmuş iddiaçı Agentliyə getməmiş, mövcud sənədlərə əsasən aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlillik təyinatı qərarı “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Bu sənədlərdən məlum olur ki, məhkəmə əlillik təyinatı təsdiq edilməyən şəxsə ödənc ödənilməsi vəzifəsini ASC-nin üzərinə qanunsuz olaraq qoymuş və maddi normanın tələblərinə zidd olaraq istehsalat zədəsi üzrə əlilliyi olmayan şəxsə ödənc ödənilməli olması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. ASC məhz bu əsaslarla məhkəməyə bildirmişdir ki, 1988-ci ildən sonra iddiaçı müəssisəyə sənəd təqdim etmədiyi üçün onun adı əmək zədəsi nəticəsində ödənc alanların siyahısında olmamış, bunun nəticəsində də müəssisənin özəlləşmə zamanı bu şəxsin qarşısında öhdəlik göstərilməmiş, müəssisə özəlləşdirilərkən bütün aktiv və passivlər üzrə həmin şəxs qarşısında müəssisənin öhdəliyi öz əksini tapmamışdır. Digər adları olan şəxslər barəsində isə bütün öhdəliklər bu gün də icra edilir. Lakin məhkəmə bu hüquqi fakta da düzgün qiymət verməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün əsasdır. İddiaçın üzərinə bu illər ərzində məhz istehsalat zədəsi üzrə əlil olmasını sübut etmək vəzifəsi düşmüş dür. Lakin iddiaçı bunu sübut edə bilməmiş, 2001-ci ildən sonra mövcud olan əlilliyinin məhz istehsalat zədəsi nəticəsində olmasını sübut etməli olduğu halda nə bu barədə sənəd təqdim etmiş, nə də məhkəmə həmin əlilliyin məhz istehsalat zədəsi nəticəsində aldığı xəsarətlə əlaqəli olması barədə ƏƏSM Nazirliyindən bu barədə sənədləri tələb etmişdir. ASC tərəfindən sübut olunmuşdur ki, iddiaçının 1988-ci ildən sonra məhz istehsalat zədəsi ilə əlaqədar əlilliyi olmamış, o, müxtəlif müssilərdə işləmiş və əlilliyi də alt sistemdə qeydiyyatdan keçməmiş və hazırda onun əllliyi ləğv edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Lakin məhkəmə prosessual hüquq normalarının tələblərini pozaraq nəinki tam araşdırma aparmamış, hətta b unun üçün cavabdehə şərait də yaratmamışdır. Həmçinin məhkəmə nümayəndənin iştirakı olmadan işin baxılmasını yekunlaşdırmış və qətnamə qəbul etməklə, prosesual hüquq normasının tələblərini kobud surətdə pozmuşdur.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)324/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
29. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin faktiki halların araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci il tarixədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəlləşdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir. İddiaçı xx.xx.1998-ci il tarixədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci il tarixdən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. Cavabdeh isə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləş dirilməsi xx.xx.2001-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi iddiaçının işləmiş olduğu istehsalat müəssisəsində xəsarət alması, onun ilkin olaraq 80%, sonradan isə 60 % əmək qabliyyətini itirməsi ona aldığı xəsarət görə xx.xx.1988-ci il tarixədək aylıq zərər ödənilməsi, bundan sonra onun işdən azad olması səbəbindən zərərin ödənilməsinin dayandırılması müəyyən olunur.
30. Cavavbdeh tərəfin apellyasiya və kassasiya şikayətində istinad etdiyi dəlillərində biri ondan ibarət olmuşdur ki, “iddiaçı belə bir ödənci 1983-1988-ci illərdə almış, bundan sonra cavabdehə əlillik barədə sənəd təqdim etməmiş və ödənc almamışdır. Bu halda ilk olaraq məhkəmə iddiaçının bu illərdə məhz istehsalat zədəsi nəticəsində aldığı xəsarət üzrə əlilliyinin davam edib etməməsini müəyyən etməli, onun əlillyinin sə bəbi və diaqnozu müəyyən etməli idi. Çünki əlilliyin səbəbi yalnız istehsalat zədəsi ilə əlaqədar olmayıb, ümumi xəstəliklər üzrə də ola bilər.”
31. Məhkəmə tərkibi onu da qeyd etmişdir ki, cavabdehin iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazından aydın olur ki, İddiaçı əlilliyi mübahisələndirilmiş, təkrar müayinə zamanı əlilliyin qanuna uyğun təyin edilmədiyini göstərilmişdir.
32. Məhkəmə tərkibi cavabdeh tərəfin həmin dəlili ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə xx.xx.2023-cü il tarixdə baxılaraq iddianın qismən təmin olunması zamanı iddiaçıya təyin edilmiş əlillik artıq xx.xx.2023-cü il tarixdə ləğv olunmuşdur. Bu halda apellyasiya instansi yası məhkəməsi həmin dəlillərin əsaslılığını, yəni həqiqətən iddiaçının əlilliyinin ləğv olunub-olunmaması, ləğv olunmuşdursa keçən müddət üçün birdəfəlik (əlilliyin ləğv olunması təsdiq olunduğu halda hansı müddət üçün), sonrakı müddət üçün aylıq olaraq zərərin ödənilməsinin mümkünlüyünü araşdırmalı olduğu halda heç bir araşdırma aparmamışdır.
33. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmamasına (zərərin ödənilməli olmasının sübutetmə ilə bağlı olması, zərərin və ya hər hansı hissəsinin ödənilməli olması nəzərə almaqla) dair düzgün nəticəyə gəlsə də, zərərin ödənilmə müddəti ilə bağlı mübahisəyə aid olmayan normanı tətbiq etmiş, tətbiq olunmalı olan normanı tətbiq etməmişdir.
34. Apellyasiya instansiy ası məhkəməsi zərərin ödənilməsi müddəti ilə bağlı əsaslandırmasını belə ifadə etmişdir ki, nə qədər ki, cavabdeh təşkilatının özəlləşdirilməsi xx.xx.2001-ci ildə başa çatmış, bu vəziyyətdə zərərinin əvəzinin ödənilməsinin başlancığı məhz həmin tarixdən hesablanmalıdır.
35. Lakin məhkəmə tərkibi həmin mövqe ilə razılaşmamışdır. Bu qərarın 59-cu bəndində göstərilən maddi hüquq norması isə bu növ iddialar üzrə zərərin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüşdürsə, tələb ən çox iddia irəli sürməzdən əvvəlki üç müddət üçün ödənilməlidir.
36. Məhkəmə tərkibi daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəlməsi anından üç il keçməsini, yalnız iddia irəli sürülməzdən əvvəlki üç il üçün zərərin tutu la biləcəyini nəzərə almamışdır.
37. Eyni zamanda məhkəmə tərkibi nəzərə almışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərək xx.xx.2001-ci il tarixdən etibarən hər ay orta aylıq əmək haqqının 60%-i aylıq ödəncin ödənilməsi ilə bağlı nəticəyə gəlsədə qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı olan ziyanın məbləğini göstərməmişdir. Halbuki Mülki Prossesual Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi həmin qətnamənin (iddianın və ya onun hər hansı hissəsinin təmin olunmasının mümkünlüyü halında) icrası zamanı tərə flər arasında gələcəkdə əmələ gələ bilən mübahisəyə zəmin yaratmışdır.
38. Beləliklə, yuxarıda qeyd olunanlar sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-46/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zahid Məmmədov və Mirbahəddin Hüseynov) cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçıya cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixdən 2025-ci ilin aprel ayının sonunadək ödənilməmiş aylıq ödənclərə görə cəmi 14.538,75 manat, 2025-ci ilin may ayından isə dördüncü dərəcəli çilingər quraşdırıcının orta aylıq əmək haqqının 60 faizi məbləğində hər ay aylı q ödənclərin ödənilməsi qət edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2230/2024 nömrəli, 6 iyun 2024-cu il tarixli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, həmin qərara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
41. Həmin qərardan verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2230/2024 nömrəli, 6 iyun 2024-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)362/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi və üçüncü şəxs "xxxx" ASC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-823/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarından ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri mümkün sayılmamışdır.
42. Məhkəmə kollegiyası işin yuxarıda araşdırılmış hallarına əsasən müəyyən etmişdir ki, istehsalat zədəsi səbəbindən iddiaçıya münasibətdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik hazırda qüvvədədir. Belə olan halda yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçı istehsalat zədəsi nəticəsində ona vuru lmuş ziyanı təqsirkar müəssisənin hüquqi varisi olan cavabdehdən tələb etməkdə haqlıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mülki Məcəllənin 384.0.3-cü maddəinin tələblərini nəzərə almamışdır. Qeyd edildiyi kimi həmin maddəyə əsasən fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Buna görə iddiaçı birinci instansiya məhkəməsinə hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, xx.xx.2019-cu il tarixdən hesablanmaqla iddiaçıya vurulmuş ziyana görə aylıq ödənclər cavabdehdən hesablanıb tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
43. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin müvafiq iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının altmış faizi məbləğində aylıq zərərin ödənilməsini xahiş etmiş, bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda "xxxx" ASC-də “quraşdırıcı çilingər” peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların təqdim olunmasının mümkün olmadığı qeyd olunmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən məhkəmə kollegiyasının 2019-2025-ci illər üzrə iddiaçının işlədiyi peşəsinə uyğun olaraq 4-cü dərəcəli çilingər quraşdırıcıların əməkhaqqı cədvəllərinə aid arayış təqdim olunmuşdur. Məhkəmə kollegiyası hər hansı mübahisə doğurmadığından həmin arayış üzrə əməkhaqqı cədvəllərini 2019-2025-ci illərə müvafiq olaraq orta əmək haqqının müəyyən edilməsi üçün əsas götürmüşdür.
44. Bununla əlaqədar məhkəmə kollegiyasının özü tərəfindən hesablama aparılaraq təqdim olunmuş cədvəllərə əsasən 4-cü dərəcəli quraşdırıcı çilingərin orta aylıq əmək haqqının 2019-cu il üzrə 275,25 manat, 2020-ci il üzrə 310 manat, 2021-ci il üzrə 355 manat, 2022-ci il üzrə 418 manat, 2 023-cü il üzrə 392 manat, 2024-cü il üzrə 370 manat, 2025-ci il üzrə 454 manat olduğu müəyyən edilmişdir. Qeyd olunan orta əmək haqlarının və iddiaçının əmək qabiliyyətinin 60 % itirməsini əsas götürərək məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya: 2019-cu ilin dekabr ayı üzrə 165,15 manat, 2020-ci ilin 12 ayı üzrə 2.232 manat, 2021-ci ilin 12 ayı üzrə 2.556 manat, 2022-ci ilin 12 ayı üzrə 3.009,6 manat, 2023-cü ilin 12 ayı üzrə 2.822,4 manat, 2024-cü ilin 12 ayı üzrə 2.664 manat, 2025-ci ilin 4 ayı üzrə 1.089,6 manat, yəni 2025-ci ilin aprel ayının sonuna cəmi 14.538,75 manat, 2025-ci ilin may ayından isə 4-cü dərəcəli çilingər quraşdırıcının orta aylıq əmək haqqının 60% məbləğində hər ay aylıq ödənclərin ödənilməli olması nəticəsinə gəlmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 384.3, 1096.1, 1097.1, 1118.2, 1119.1, 1123.1, 1123.2, 1123.3, 1126.1, Əmək Məcəlləsinin 119.1, 119.2, 239.1-ci maddələrinə, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 222.2, 384.0.2 və 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
46. Qətnamədən cavabdeh ASC (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı belə bir ödənci 19831988-ci illərdə almış, bundan sonra cavabdehə əlillik barədə sənəd təqdim etməmiş və ödənc almamışdır. Bu halda ilk olaraq məhkəmə iddiaçının bu illərdə məhz istehsalat zədəsi nəticəsində yoxsa ümumi əlillik olduğunu onun əlilliyinin səbəbi və diaqnozunu müəyyən etməli idi. Çünki əlilliyin səbəbi yalnız istehsalat zədəsi ilə əlaqədar olmayıb, ümumi xəstəliklər üzrə də ola bilər. Amma, məhkəmə kollegiyası cavabdehin bu barədə olan dəlillərinə hüquqi qiymət vermədən, bu barədə araşdırma aparmadan yalnız iddiaçının əlil olmasını əsas gətirərək bütün bu illər üzrə cavabdehdən ödəncin tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir ki, bu halda istinad edilən maddi normanın əsl mahiyyətinə zidd qətnamə qəbul etmişdir. Belə ki, 25 il ərzində ödəncə görə iddiaçı tərəfindən müəssisəyə müraciət edilməməsinin əsl səbəbi də düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçı məhkəməni aldadaraq bildirmişdir ki, bu illər ərzində heç bir yerdə işləməmişdir. Lakin əldə olan sənədlərdən də görünür ki, bu illər ərzində iddiaçı Ceyranbatan Peşə litseyində işləmiş, eləcə də, əlilliyə görə əlavə ödəniş edilmişdir (litseyin 957 saylı xx.xx.2023-cü il tarixli məktubu). İddiaçı əlilliyinə görə həm AR ƏƏSMN-nin tabeliyində olan DSMF-dan həmçinin X2 almasına baxmayaraq məhkəmə tərəfindən ASCnin üzərinədə belə öhdəlik qoymuşdur. Agentlik tərəfindən araşdırma aparılaraq iddiaçıya təyi n olunmuş əlillik qanunsuz olduğu üçün xx.xx.2023-cü il tarixdə Agentlik iddiaçının əlilliyinin ləğv olunmasına dair qərar qəbul etmişdir. Agentlik bu qərarı qəbul edərkən İnzibati İcraat qaydasını düzgün aparmadığı üçün iddiaçı məhkəməyə müraciət edərək agentlik tərəfindən qəbul edilmiş qərarın icraat qaydasında düzgün aparılmadığına görə ləğv edilməsi tələbi qoymuşdur. Bu səbəbdən Sumqayit Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi icraatı dayandırmış. Sumqayıt İnzibati Məhkəməsinin qərarını gözləmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2230/2024 nömrəli, 6 iyun 2024-cu il tarixli qərarı ilə iddianı təmin etmiş inzibati icraat qaydası düzgün aparılmadığı üçün Agentliyin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1 (105)-823/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli və AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixdə 2-1(102)-362/2025 saylı qərarı ilə iddia təmin edilmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)362/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qərarında qeyd edir ki, Agentlik o vaxt haqlı olardı ki, İnzibati İcraat qaydasını düzgün aparmış olsaydı. Qəbul olunmuş qərarlarda iddiaçının əlilliyi mübahisələndirilməmiş, sadəcə olaraq icraatın düzgün aparılmadığına görə Agentliyin qərarı ləğv edilmişdir. Buda o deməkdir ki, Agentlik icraatı yeniliyə və yenidən əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilə bilər. Cavabdeh iddiaçıya təyin olunmuş əlilliyə görə Agentliyi cavabdeh şəxs qismində qoyaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və iddiaçıya təyin edilmiş 3-cü dərəcəli əlilliyi etibarsız hesab edilməsi tələbi qoymuşdur. Hal-hazırda Sumqayıt İnzibati Məhkəməsində 2-1(118)5232/2025 nömrəli iş hakimin icraatındadır. Bununla bağlı Sumqayıt Apellyasiıya Məhkəməsinə vəsatət verərək icraatın dayandırılması xahiş edilsə vəsatət məhkəmə tərəfindən təmin edilməmisdir. Həmçinin AR Ali Məhkəməsinin 2(102)-324/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edir ki, məhkəmə işi araşdırarkən iddiaçının əlilliyi əmək zədəsi olması ilə davam edir yoxsa ümumi xəstəliklə təyinat olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Agentliyin iştirakı olmadan icraatı yekunlaşdıraraq qərar qəbul etmişdir ki bu da əlilliyin əmək zədəsi yoxsa ümumi xəstəlikdən olması müəyyən edilməmişdir. Bu sənədlərdən məlum olur ki, məhkəmə əlillik təyinatı təsdiq edi lməyən şəxsə ödənc ödənilməsi vəzifəsini onların üzərinə qanunsuz olaraq qoymuş və maddi normanın tələblərinə zidd olaraq istehsalat zədəsi üzrə əlilliyi müəyyən edilməyən şəxsə ödənc ödənilməli olması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Onlar məhz bu əsaslarla məhkəməyə bildiriblər ki,1988-ci ildən sonra iddiaçı müəssisəyə sənəd təqdim etmədiyi üçün onun adı əmək zədəsi nəticəsində ödənc alanların siyahısında olmamış, bunun nəticəsində də müəssisənin özəlləşmə emissiyasında bu şəxsin qarşısında olan öhdəlik göstərilməmiş, müəssisə özəlləşdirilərkən bütün aktiv və passivlər üzrə həmin şəxs qarşısında müəssisənin öhdəliyi öz əksini tapmamışdır. Digər adları olan şəxslər barəsində isə bütün öhdəliklər bu gün də icra edilir. Lakin məhkəmə bu hüquqi fakta da düzgün qiymət verməm işdir. Bu hal isə qətnamənin ləğv olunmasını tələb edir.
48. Bu işdə cavabdehin nümayəndəsi qəflətən baş vermiş xəstəliyi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə vaxtında məhkəməyə rəsmi ərizə ilə müraciət etmiş və təqdim edilmiş həkim arayışından da görünür ki, həmin vaxt cavabdehin nümayəndəsi xəstə olmuşdur. Lakin buna baxmayaraq məhkəmə işə tərəfin iştirakı olmadan baxmağa davam etmiş, elə həmin tarixdə də qətnamə qəbul etmiş, bununla da istinad edilən prosessual hüquq normasının tələblərini, eləcə də tərəfin məhkəmə prosesində iştirak etmək, sənədlər təqdim etmək, öz dəlillərini müdafiə etmək və məhkəmədə çıxış etmək kimi prosessual və konstitusion hüquqlarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
49. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 51..Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gə lirlər (əldən çıxmış fayda) başa düşülür.
52. Maddə 384.0.3. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir;
53. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
54. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüz ar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
55. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
56. Maddə 1119.1. Zərərçəkənin iti rdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
57. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğ inin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
58. Maddə 1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər.
59. Maddə 1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb ed ə bilər.
60. Maddə 1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər.
61. Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
62. Maddə 119.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq nor mativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
63. Maddə 119.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
64. Maddə 195, “c” bəndi. İşəgötürən əmək münasibətləri prosesində, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, him ayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
65. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran hallar ın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
68. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.4. Mə hkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
77. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiy a instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
82. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfində n qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qət namənin ləğv edilməsi üçün əsas ola bilməz.
83. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
85. Məhkəmə kollegiyası həmçinin c avabdehin iddiaçıya təyin olunmuş əlilliyə görə Agentliyi cavabdeh şəxs qismində qoyaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməsi, iddiaçıya təyin edilmiş 3-cü dərəcəli əlilliyin etibarsız hesab edilməsi tələbi qoyması, bu səbəbdən həmin iş üzrə yekun qərar qəbul edilməsinə kimi icraatın dayandırılması barədə vəsatətin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2230/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qərarı ilə təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilməklə xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulduğundan, apellyasiya məhkəməsinin eyni məsələ ilə bağlı yeni iddiaçı kimi hazırkı iş üzrə cavabdeh ASC-nin qaldırdığı yeni məhkəmə çəkişməsinin nəticəsini gözləmək kimi vəzifəsi olmamışdır. Eyni zamanda həmin məhkəmə çəkişməsinin nəticəsinin gözlənilməməsi iddiaçıya təyin olunmuş əlilliyin əmək zədəsindən olmasını şübhə altına almaq üçün əsas ola bilməz.
86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
87. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-46/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.