Məhkəmə qərarları › İş №2(063)-593/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-593/2025

08.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-593/2025 08.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlu sədrliyi, məhkəmə iclasının katibi Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi İddiaçı, cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumitəhsil məktəbinin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyimin qanunsuz ləğvi və buna görə əmək haqqımın tutulması” tələbi barədə iddia ərizəsinə və İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “təbiət fənninin dərs saatlarının bölgüsü və bununla əlaqədar əmək hüququmun pozulması nəticəsində dəymiş zərərin kompensasiyası üçün pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyimin qanunsuz ləğvi və buna görə əmək haqqımın tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “təbiət fənninin dərs saatlarının bölgüsü və bununla əlaqədar əmək hüququmun pozulması nəticəsində dəymiş zərərin kompensasiyası üçün pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, qeyd edilən işlər bir-biri ilə əlaqəli olduğundan onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyimin qanunsuz ləğvi və buna görə əmək haqqımın tutulması” tələbi barədə iddia ərizəsinə dair 2(063)-593/2025 nömrəli və İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “təbiət fənninin dərs saatlarının bölgüsü və bununla əlaqədar əmək hüququmun pozulması nəticəsində dəymiş zərərin kompensasiyası üçün pul” tələbi barədə iddia ərizəsinə dair 2(063)-569/2025 nömrəli mülki işlər üzrə tələblər bir-biri ilə əlaqəli olduğundan və tərəflər eyni olduğundan mülki işlərə birlikdə baxılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyimin qanunsuz ləğvi və buna görə əmək haqqımın tutulması” tələbi barədə iddia ərizəsinə dair 2(063)-593/2025 nömrəli və İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “təbiət fənninin dərs saatlarının bölgüsü və bununla əlaqədar əmək hüququmun pozulması nəticəsində dəymiş zərərin kompensasiyası üçün pul” tələbi barədə iddia ərizəsin dair 2(063)-569/2025 nömrəli mülki işlər bir icraatda birləşdirilsin, mülki işlərə birlikdə baxılsın və işə baxılması 2(063)-569/2025 nömrə ilə davam etdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar