Məhkəmə qərarları › İş №2(102)-3404/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3404/2025

25.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3404/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxx (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti işə cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdə düzəliş edilməsi, maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı “əmək müqaviləsi bildirişinə düzəliş edilməsi və maddi zərərin əvəz inin tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-987/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixdən xxxndə MDX sahəsinin 2-ci dərəcəli elektrik mexaniki işinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli əmrlə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xitam verilmişdir.

2. İddiaçı əmək kitabçasında da Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xitam verilməsi barədə qeyd edilib.

3. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə yerləşdir ilmiş əmək müqaviləsi bildirişində isə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilib.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı “DOST” mərkəzinin 27 avqust 2024cü il tarixli, 3-17-7/2-7-37215/2024 saylı arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxx (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud “Birlik”) tərəfindən əmək müqaviləsi bildirişində düzəliş edilərək onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad edilməsi və 3 il işsiz qaldığına görə 12420 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə 43 saylı əmrə əsasən Birlikdə 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmişdir. xx.xx.2021-ci ildə 55 saylı əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) iddiaçı işdən azad edilmişdir. Bunu iddiaçıya məxsus ******* saylı “Əmək kitabçası” da təsdiq edir. Lakin cavabdehin günahı üzündən “Əmək müqaviləsinə xitam verilməsi ilə bağl ı əmək müqaviləsi bildirişin”də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi “Əmək Məcəlləsinin 70-ç maddəsi göstərilib. Həmin maddəyə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulduqda göstərilmişdir. Bu səbəbdən də 3 ildir ki, iddiaçını işə qəbul etməkdən imtina edirlər. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək əmək müqaviləsi bildirişində yol verilmiş yanlışlığı düzəltməyi təklif etsə də, cavabdeh yanlışlığın aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Cavabdehin günahı üzündən iddiaçıya 12420 manat zərər dəymişdir. Belə ki, 2022-2024-cü illərdə Azərbaycan Respublikasında minimum orta əmək haqqı 345 manatdır. Cavabde hin günahı üzündən 3 il işsiz qaldığına görə dəyən zərər də 12420 manatdır.

7. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, həmin tarixdə də ona məxsus olan əmək kitabçası iddiaçının özünə təhvil verilmişdir. Buna baxmayaraq iddiaçı 2024-cü il tarixdə şikayət etmişdir. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulan müddəti ötürmüşdür. İddiaçı əmək müqaviləsinə verilmiş xitamdan məlumatlı olsa da, iddianı iddia müddətini ötürməklə vermişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.

8. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, 2021-ci ildə işdən azad olunmuşdur. 2024-cü ildə işə düzələrkən ona məlum olmuşdur ki, köhnə iş yerindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. 2024-cü ilin may ayında idarəyə yaxınlaşdıqda orada həmin maddənin silinəcəyi bildirilmişdir. Bu məqsədlə əmək kitabçasını ondan alıb saxlamışlar. 1 ay əmək kitabçası orada qalmışdır. Qeyd olunanlardan işdən çıxan zaman məlumatı olmamışdır. Əmək Müfəttişliyinə yazılı şəkildə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçı iddia ərizəsində və prokurorluğa şikayət ərizəsində 2019-cu ildə işdən azad olunarkən bu barədə məlumatının olduğunu qeyd etmişdir. Cavabdeh tərəfdən əmək kitabçasına düzəlişin olunması iddiaçıya təklif olunmuş, iddiaçı isə bundan yayınmışdır. İddiaçı yalnız 2024-cü ildə iş axtarmaq niyyətinə düşmüş v ə bu zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini bilmişdir. İddiaçı işdən çıxan zaman əmək kitabçasını özü ilə götürdüyünü bildirmişdir. 1 aylıq iddia müddəti vardır. Lakin həmin müddətdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmamışdır. İddiaçı 2022-ci il tarixdən işdən çıxmışdır. Əmək kitabçası isə özündə olmuşdur. İddiaçı Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyi idarənin əməkdaşlarını dəvət etmişdir. Həm iddiaçıya, həm də onlara yazılı cavab verilmişdir. Bütün bunlar 2024-cü ilin may ayında baş vermişdir. Bundan sonra barışıq əldə edilməsi ilə bağlı mediasiya prosesində iştirak etmişlər. Hal-hazırda mübahisənin barışıq yolu ilə həll edilməsini istəmirlər, mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş edirlə r.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-687/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 55 saylı, 27 sentyabr 2021-ci il tarixli əmri əsasında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə yerləşdirilmiş əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinin qeyd edilməsinin xxx həvalə edilməsi və cavabdehdən 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Vəfa Şirəliyeva)

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən Birliyin MDX sahəsində 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmiş, 20 sentyabr 2021-ci il tarixdə işdən azad edilmişdir. Birliyin iddiaçının işdən azad edilməsi ilə bağlı 55 saylı, 27 sentyabr 2021-ci il tarixli əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən şəxsi ərizəsi əsasında işdən azad edildiyi göstərilmişdir. Eyni zamanda işçiyə məxsus əmək kitabçasında da onun öz ərizəsi əsasında işdən azad edildiyi qeyd edilmişdir. Qeyd edilən halı məhkəmə iclasında cavabdehin nümayəndəsi də etiraf etmiş, iddiaçının məhz Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən işdən azad edildiyini bildirmişdir. Lakin işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində onun işdən çıxma səbəbi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilərək həmin forma da elektron informasiya sisteminə daxil edilmişdir.

12. Beləliklə işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən, yəni öz ərizəsi əsasında işdən azad edilməsi, lakin əmək müqaviləsinə xitam veriməsi ilə bağlı əmək müqaviləsi bildirişində texniki səhv olaraq işdən azad edilməsinin səbəbinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç2 bəndinin göstərilməsi işin mübahisə edilməyən halıdır. Çünki bu hal işəgötürən tərəfindən məhkəməyə təqdim edilən sənədlər və onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatları ilə də öz təsdiqini tapır

13. Birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsi bildirişinə düzəliş edilməsi tələbinə münasibətdə qeyd edib ki, işçinin əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verildiyi halda, əmək müqaviləsi bildirişində onun işdən azad edilmə səbəbinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi kimi göstərilməsi iddiaçının hüquqlarının açıq-aşkar pozulması ilə nəticələnmişdir. Belə ki, aydındır ki, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işçinin azad edilməsi onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu hallarda baş verir. Qeyd olunan hallar işçinin qeyri-məqbul işçi olduğunu, öz vəzifələrinin öhdəsindən kifayət qədər gəlmək qabiliyyətinin olmaması və.s halları özündə ehtiva edir. Başqa sözlə, həmin normada işçinin ziyanına olan hallar təsbit edilmişdir ki, qeyd edilən səhvə düzəliş edilməməsi işçinin əmək qabiliyyətini şübhə altına ala, onun öz əmək funksiyalarını yerinə yetirmə qabiliyyə tinin olmaması səbəbindən işdən çıxarıldığı qənaətinə gəlməyə əsas ola bilər. Habelə bu hal işçinin nüfuzuna xələl gətirə, onun başqa işə qəbul edilməsi zamanı, gələcək əmək münasibətləri zamanı müəyyən problemlərlə qarşılaşmasına səbəb ola bilər. Belə olan halda işəgötürənin texniki səhvi nəticəsində işçinin onun ziyanına ola biləcək hallara məruz qalması yolverilməzdir.

14. Bu aspektdən yanaşaraq birinci instansiya məhkəməsinin qənaətinə görə hazırki iddia əmək müqaviləsi bildirişinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı təsbit xarakterli iddia olmaqla, həmin tələbə münasibətdə iddia müddəti də tətbiq edilməməlidir

15. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, məhkəmə iclaslarında iddiaçı əmək müqaviləsi bildirişində düzəliş edilməsi ilə bağlı dəfələrlə işəgötürənə m üraciət etdiyini, lakin işəgötürən tərəfindən bununla bağlı hər hansı bir tədbir görülmədiyini, işəgötürənin nümayəndəsi isə qeyd edilən halın aradan qaldırılmasının mümkünsüzlüyünün səbəbi kimi iddiaçının əmək kitabçasını onlara təqdim etməməsini, Əmək Müffəttişliyi tərəfindən qeyd edilən halın aradan qaldırılması üçün əmək kitabçasının tələb edildiyini göstərsə də, məhkəmənin barışıq sazişinin bağlanması ilə bağlı təklifindən imtina etmiş, qeyd olunan tələbə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.

16. Halbuki Əmək Məcəlləsinin 12-ci maddəsinin “k” bəndində əmək münasibətləri sahəsində elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin əsas vəzifəsi kimi müəyyən edilmişdir.

17. Birinci in stansiya məhkəməsi iddiaçının həqiqi niyyətinin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların düzgün olaraq “əmək və məşğulluq” altsisteminə ötürülməsi olduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin məlumatlara düzəliş edilməsi öhdəliyi işəgötürənə həvalə edilməlidir. İşçinin əmək müqaviləsinə xitam verən orqanın cavabdeh müəssisənin olması və xitam verilməsinə dair sənədlərin də məhz (əmr və s.) işəgötürəndə olması da bu qənaəti əsaslı edir.

18. Birinci instansiya məhkəməsi iddianın digər hissəsinə, yəni 12420 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində həmin vəsaitin tələb edilməsinin əsası kimi 3 (üç) il işsiz qaldığına görə ona zərər dəydiyini, minimum orta əmək haqqının 345 manat olması n əzərə alındıqda zərərin məbləğinin 12420 manat olduğunu göstərmişdir. Yəni iddiaçı belə hesab edir ki, işləmədiyi aylara görə cavabdeh tərəfindən ona mimimum əmək haqqı miqdarında pul tutulub ödənilməlidir. Lakin iddiaçı əmək müqaviləsi bildirişində işdən çıxma səbəbinin səhv olaraq qeyd edilməsi üzündən ona maddi ziyan dəydiyini, yəni işə məhz həmin səbəbdən qəbul edilmədiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin qeyd olunması, şəxsin yeni işə götürülməsinə mane yaratmamaqla, əmək qanunvericiliyində bununla bağlı hər hansı məhdudiyyət mövcud deyildir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 12, 68, 70, 72ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların 2, 3 və 6-cı bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şi kayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində və prokurorluğa şikayət ərizəsində 2019-cu ildə işdən azad olunarkən bu barədə məlumatının olduğunu qeyd etmişdir. Cavabdeh tərəfdən əmək kitabçasına düzəlişin olunması iddiaçıya təklif olunmuş, iddiaçı isə bundan yayınmışdır. İddiaçı yalnız 2024-cü ildə iş axtarmaq niyyətinə düşmüş və bu zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini bilmişdir. İddiaçı işdən çıxan zaman əmək kitabçasını özü ilə götürdüyünü bildirmişdir. Belə olan halda iddiaçı 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı bundan əvvəl Əmək Müfəttişliyinə müraciət etmiş, müfəttişlik idarənin əməkdaşlarını dəvət etmiş, daha sonra həm iddiaçıya, həm də cavabdehə yazılı cavab verilmişdir. Bütün bunlar 2024cü ilin may ayında baş vermişdir. Hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarında iddiaçının bu müddəti nəyə görə ötürdüyü ilə bağlı heç bir hüquqi və tibbi əsaslı sübut təqdim olunmamışdır. Müddət sadəcə şəxsin subyektiv səhlənkarlığı ilə ötürülübsə (iş axtarmamaq, əmək kitabçasına baxmamaq, cavabdehin təklifindən imtina etmək və s.), bu, üzrlü səbəb kimi qəbul edilə bilməz. Hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir.

22. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya baxışında bildirmişdir ki, iddiaçı Birliyin işçisi olmuşdur. Əmək fəaliyyəti ilə bağlı işdən çıxma zamanı səhvən iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarı lmış və həmin sənədlər iddiaçıya verilmişdir. İddiaçı həmin sənədləri götürəndən uzun müddət sonra, təxminən 3 il müddətində onun əmək kitabçası özündə olmuşdur. Hazırkı mübahisə ilə X1 Xidmətində araşdırma aparılan zaman iddiaçı qeyd olunan maddəyə əsasən işdən azad edildiyindən, başqa işə qəbul olunmadığını bildirmiş və ona köməklik olunmasını xahiş etmişdir. Bundan sonra əvvəlki qərar ləğv edilmiş, iddiaçı işə götürülmüş və Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən iddiaçının öz razılığı ilə əmək müqaviləsinə xitam verilmişdir. Bu da iddiaçının başqa yerdə işləyə bilməsi üçün edilmişdir. ƏMAS-da əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qalıb, hazırda da problem bununla bağlıdır.

23. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, Birlik qərəzli olaraq, onun iş tapa bilməməsi üçün hazırkı problemi yaratmışdır. Hazırda da əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yanlışlığa düzəliş etməkdən yayınırlar. O, artıq 5 ildir ki, işsizdir.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-987/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-687/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Afiq Hüseynzadə).

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, iddiaçı 01 oktyabr 2019-cu il tarixdən Birliyin MDX sahəsində 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmiş, 20 sentyabr 2021-ci il tarixdə işdən azad edilmişdir. Birliyinin iddiaçının işdən azad edilməsi ilə bağlı 55 saylı, 27 sentyabr 2021-ci il tarixli əmrində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən şəxsi ərizəsi əsasında işdən azad edildiyi göstərilmişdir. Eyni zamanda işçiyə məxsus əmək kitabçasında da onun öz ərizəsi əsasında işdən azad edildiyi qeyd edilmişdir. Lakin işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində onun işdən çıxma səbəbi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilərək həmin fomada elektron informasiya sisteminə daxil edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan yanlışlıq cavabdehin təqsiri olduğundan, hab elə bu hal sonuncu tərəfindən inkar edilmədiyindən məhz onun tərəfindən aradan qaldırılmalıdır.

27. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili olan mübahisəyə iddia müddətinin tətbiqi barədə mövqeyini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi diqqətət çatdırmışdır ki, işçinin əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verildiyi halda, əmək müqaviləsi bildirişində onun işdən azad edilmə səbəbinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi kimi göstərilməsi iddiaçının hüquqlarının açıqaşkar pozulması ilə nəticələnmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 296.4-cü maddəsinin dispozitiv şərtindən görünür ki, bir illik iddia müddəti “pul və digər əmlak tələblərinə” şamil olunur. Bu kontekstdən yanaşıldıqda “əmək müqaviləsi bildirişinin düzgün olmamasının müəyyən edilməsi il ə bağlı iddia” göstərilən maddənin təsiri altına düşmədiyindən, bu tələbə münasibətdə iddia müddəti tətbiq oluna bilməz.

28. İşəgötürənin texniki səhvi nəticəsində işçinin onun ziyanına ola biləcək hallara məruz qalmasını apellyasiya instansiyası məhkəməsi yolverilməz hesab edərək qeyd etmişdir ki, hazırkı iddia əmək müqaviləsi bildirişinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı təsbit xarakterli iddia olmaqla, bu tələbə münasibətdə iddia müddəti tətbiq edilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsi, 2-ci maddəsinin 3-cü hissəsi, 12-ci maddəsinin 1-ci hissəsinin “k” bəndi, 68-ci maddəsinin 1-ci və 2-ci hissəsinin “a” bəndi, 70ci maddəsinin “ç” bəndi, 296-cı maddəsinin 2-ci və 3-cü hissə ləri, 296-cı maddəsinin 4-cü hissəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalara istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv, iddia müddətinin ötürülməsinə görə iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən azad edilmə əmri və əmək kitabçası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq tərtib olunmuşdur. Məhkəmənin elektron sistemdəki qeydi maddi hüququn pozulması kimi qəbul etməsi və yenidən iddianı təmin etməsi 68-ci maddənin mahiyyətini nəzərə almadan qərar çıxarması deməkdir. İşin faktiki hallarından görünür ki, iddiaçı 2019-cu ildən əmək kitabçasına malik olmuş, 2021-ci ildə işdən azad edilib, lakin texniki səhv barədə məhkəməyə yalnız 2024-cü ildə müraciət etmişdir. Bu halda 1 illik iddia müddəti ötürülmüş, lakin məhkəmə iddia müddətini tətbiq etməyərək maddi hüquq normasını düz gün tətbiq etməmişdir. Məhkəmə qeyd etmişdir ki, bu bənd mənfi reputasiya yaradır və ona görə texniki səhv mütləq aradan qaldırılmalıdır. Lakin faktiki olaraq əmək kitabçası və əmr hissəsində düzəliş edilmiş, elektron sistemdəki qeyd isə inzibati qaydada aradan qaldırıla bilən texniki xətadır. Məhkəmənin bunu maddi hüquqi məsuliyyət doğuran hal kimi qiymətləndirməsi 70-ci maddənin təyinatına uyğun deyil. Apellyasiya məhkəməsi cavabdehin iddia müddəti və hüquqi sabitlik prinsipi ilə bağlı gətirdiyi arqumentlərə cavab verməmişdir. Qərarda yalnız ümumi şəkildə “iddia müddəti tətbiq edilmir” yazılması əsaslandırma tələbinin pozulmasıdır. İddiaçı iddia müddətinin ötürülməsinin üzrlü səbəblərini sübut etməmişdir. Məhkəmə isə bu sübutları tələb etmədən, yalnız iddiaçının izahlarına əsaslanaraq qə rar qəbul edib, 77-ci maddənin tələblərinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 12 (1) “k”. Elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68 (2) “a”. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 70. (ç) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sad alanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər Maddə 296 (1). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296 (2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296(4). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar Bənd 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilm iş elektron imza vasitəsilə daxil edilir. Bənd 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). Bənd 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Bənd 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Bənd 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi. Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansi yası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

34. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə k ollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsi üzrə olub. Buna görə də qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxşının predmeti olan hissə başa düşülür.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

38. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

39. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin də d əlilləri olmuş, hər iki instansiya məhkəməsi həmin dəlillərə işdəki sübutlar əsasında qiymət verməklə, onları əsassız saymışlar. Məhkəmə kollegiyası həmin qiymətləndirmə razılaşdığı üçün kassasiya şikayətinin eyni məzmunlu dəlillərinə təkrar qiymət verməyi zəruri hesab etmir.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxnin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-987/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar