Məhkəmə qərarları › İş №2(006)-2059/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2059/2025

08.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2059/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin dəyişdirilərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əvəz edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək ailə vəziyyətini, himayəsində ailə üzvlərinin olmasını, heç bir yerdə işləyə bilməməyini, 3 aydan artıq müddətdə gəlir və qazancdan məhrum olmağını nəzərə alaraq, "Azərbaycan Beynəxalq Bankı” ASC tərəfindən əmək müqaviləsində “ç” bəndinin xitam verilməsinə və son haqq-hesabın ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin dəyişdirilərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirdi ki, mübahisə ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və barışıq sazişi bağlamışlar. Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı bildirdi ki, cavabdehlə razılığa gəliblər. Belə ki, barışıq sazişində məsələlər öz həllini tapmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tərələr arasında bağlanmış barışıq sazişinə əsasən, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayıblar:

1. Bu Sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra – Bank) arasında olan əmək müqaviləsinə xitam verilməsinin əsasının (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) bu Sazişin 2-ci bəndində qeyd edilən əsasa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsinə və beləliklə onunla əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən Bankın güzəşti nəticəsində onun öz arzusu ilə ləğv edilməsinə dair razılığını (təsdiqini) bildirir. İddiaçı zərurət yaranarsa, bu məsələ ilə bağlı Banka zəruri olan ərizələri (müraciətləri) yazmağı öz öhdəsinə götürür.

2. Bank İddiaçı bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) qeyd edilən, Bank və İddiaçı arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əsası Bankın güzəşti əsasında “işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi” əsasına (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsini (o cümlədən bunu həyata keçirmək üçün zəruri olan bütün hüquqi prosesləri həyata keçirməyi) ağlabatan müddətdə təmin edir. Bu maddənin birinci cümləsindəki müvafiq əmək müqaviləsinin xitamı əsasının dəyişdirilməsi tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi tarixinə təsir etmir (Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi tarixi (xx.xx.2024) dəyişdirilmədən saxlanılır).

3. İddiaçı Banka qarşı hazırki fərdi əmək mübahisəsindən irəli gələn bütün tələbindən (əmrin ləğvi, işə bərpa və s.), habelə tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün fərdi əmək mübahisələri üzrə tələblərindən (Əmək Məcəlləsinin 288-ci maddəsində qeyd edilən və bu maddə ilə məhdudlaşmayan tələblərindən), o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).

4. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

5. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

7. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

8. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərilərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

9. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; yaxın qohumlara.

11. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

12. Tərəflər bu Sazişlə üzərilərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

13. Bu Sazişin 12-ci maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

14. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

15. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.

16. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Göründüyü kimi tərəflər öz aralarında barışıq sazişi bağlamaqla əmək mübahisəsi ilə bağlı razılığa gəlmişlər və ona görə də iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Bu Sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra – Bank) arasında olan əmək müqaviləsinə xitam verilməsinin əsasının (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) bu Sazişin 2-ci bəndində qeyd edilən əsasa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsinə və beləliklə onunla əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən Bankın güzəşti nəticəsində onun öz arzusu ilə ləğv edilməsinə dair razılığını (təsdiqini) bildirir. İddiaçı zərurət yaranarsa, bu məsələ ilə bağlı Banka zəruri olan ərizələri (müraciətləri) yazmağı öz öhdəsinə götürür.

2. Bank İddiaçı bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) qeyd edilən, Bank və İddiaçı arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əsası Bankın güzəşti əsasında “işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi” əsasına (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsini (o cümlədən bunu həyata keçirmək üçün zəruri olan bütün hüquqi prosesləri həyata keçirməyi) ağlabatan müddətdə təmin edir. Bu maddənin birinci cümləsindəki müvafiq əmək müqaviləsinin xitamı əsasının dəyişdirilməsi tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi tarixinə təsir etmir (Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi tarixi (xx.xx.2024) dəyişdirilmədən saxlanılır).

3. İddiaçı Banka qarşı hazırki fərdi əmək mübahisəsindən irəli gələn bütün tələbindən (əmrin ləğvi, işə bərpa və s.), habelə tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün fərdi əmək mübahisələri üzrə tələblərindən (Əmək Məcəlləsinin 288-ci maddəsində qeyd edilən və bu maddə ilə məhdudlaşmayan tələblərindən), o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).

4. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

5. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

7. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

8. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərilərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

9. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; yaxın qohumlara.

11. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

12. Tərəflər bu Sazişlə üzərilərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

13. Bu Sazişin 12-ci maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

14. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

15. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.

16. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin dəyişdirilərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əvəz edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar