Məhkəmə qərarları › İş №2(005)-359/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-359/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-359/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətullayeva Sevda Ramiz qızının katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1 və Cavabdeh Samir qızının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 21 165,28 ABŞ dolları, faiz borcu üzrə 9 452 ABŞ dolları, cəmi 21 165,28 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-MT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı (buraxılış ili 2013-cü il, ban –Z94CT41CBBR068852, rəngi-ağ) avtomobilə yönəldərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək iddia ərizəsində əsas borc kimi 11 713 ABŞ dolları əvəzinə texniki səhv olaraq 21 165,28 ABŞ dolları yazıldığını bildirmiş və Cavabdeh əsas borc üzrə 11 713 ABŞ dolları, faiz borcu üzrə 9 452 ABŞ dolları, cəmi 21 165,28 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-MT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı (buraxılış ili 2013-cü il, ban – Z94CT41CBBR068852, rəngi-ağ) avtomobilə yönəldərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx” ASC ilə "İddiaçı” QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ "İddiaçı” QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar “İddiaçı" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-AVK-1007 saylı xx xxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-ə verilmişdir. “xxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixdə 0289 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə 36 ay müddətinə 14 640 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-MT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı minik avtomobili (buraxılış ili 2011-ci il, ban –Z94CT41CBBR068852, rəngi-ağ) xx xxxxxx 2011-ci il tarixdə 289 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx xxxxxx 2011-ci il tarixli AA seriyalı 128727 nömrəli ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu əsas borc üzrə 11 713 ABŞ dolları, faiz borcu üzrə 9 452 ABŞ dolları, cəmi 21 165,28 ABŞ dolları məbləğindədir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək maşının onda olmadığını, axtarışa verilməsi üçün aidiyyatı orqana dəfələrlə müraciət etdiyini bildirmişdir. O, həmçinin ərizəsində qeyd etmişdir ki, maşın neçə ildir tapılmır və özünün də imkanı yoxdur ki, əsas borcu ödəyə bilməmişdir. Faiz borcla razılaşmadığını göstərmiş və faiz borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh Samir qızının nümayəndəsi X4 iddiaçının axrıncı məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq işə onun iştirakı olmadan baxılmasını, maddi imkan olmadığından pulun ödənilmədiyini və bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 08849718 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 A ünvanında yaşayır. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli 0289 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor “xxxx” ASC-nin Sənaye filialı borcalan Cavabdeh 36 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 14 640 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli 289 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, kreditor “xxxx” ASC-nin Sənaye filialı borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 0289 nömrəli kredit müqaviləsində göstərilən öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-MT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı minik avtomobili (buraxılış ili 2011-ci il, ban – Z94CT41CBBR068852, rəngi-ağ) ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli Məxaric Orderindən görünür ki, Cavabdeh 14 640 ABŞ dolları məbləğində vəsaiti “xxxx” ASC-dən almışdır. İş materiallarında olan AB seriyalı 651587 nömrəli xx xxxxxx 2011-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Accent minik” markalı minik avtomobili (buraxılış ili 2011-ci il, ban – Z94CT41CBBR068852, rəngi-ağ) Cavabdeh mülkiyyətindədir və “xxxx” ASC-nin Sənaye filialı qarşısında ipoteka ilə yüklüdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2011-ci il tarixli AA seriyalı 128727 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh məxsus “Hyundai Accent minik” markalı minik avtomobili (buraxılış ili 2011-ci il, ban –Z94CT41CBBR068852, rəngiağ) ipoteka saxlayan “xxxx” ASC-nin Sənaye filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı QSC arasında tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli Müqaviləyə Əlavə olaraq xx.xx.2017-ci il tarixdə tərtib edilmiş SAVK 1007 nömrəli Aktdan görünür ki, Cavabdeh verilmiş kreditlə bağlı “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan İddiaçı QSC-nin İdarə Heyətinin sədri tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 1-11/68 nömrəli etibarnamənin surətindən görünür ki, “X5 Edilməsi Agentliyi” MMC problemli kreditlərlə bağlı İddiaçı QSC-nin adından məhkəmələrdə çıxış edə bilər. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, “X5 Edilməsi Agentliyi” MMC Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan ona məxsus avtomobilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş “X5 Edilməsi Agentliyi” MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 2619 nömrəli məktubdan görünür ki, girovqoyan Cavabdeh göndərilmiş “Girov predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində göstərilən qaydada qeydə alınması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh borcu 11 713 ABŞ dolları əsas borc, 5 997 ABŞ dolları faiz borcu, 5 372 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 23 082 ABŞ dolları təşkil edir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5355 nömrəli Ekspert rəyindən görünür ki, xx xxxxxx 2014-cü il tarixə Cavabdeh əsas borc üzər 14 263,18 ABŞ dolları, faiz borcu üzrə 4 038,22 ABŞ dolları, cəmi 18 301,40 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 21 nömrəli Ödəniş tapşırığından görünür ki, Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq üçün “xxxx” ASC-nin Sənaye filialı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh 14263,18 ABŞ dolları əsas borc, 4038,22 ABŞ dolları faiz borcu banka qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbini müvafiq ekspert rəyilə tədqiqi nəticəsində belə qənaətə gəlir ki, iddia tələbinə verilmiş hədlərdə baxılmalı olduğundan cavabdehdən əsas borca görə 11713 ABŞ dolları pul tutulması hissəsində iddia tələbi əsaslıdır. Müvafqi ekspert rəyilə faiz borcu 4038,22 ABŞ dolları təşkil etdiyindən iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır və cavabdehdən faiz borcuna görə 4038,22 ABŞ dolları pul tutulmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə qalıq borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, iddia tələbində qeyd edilən pul məbləğinin ondan tutulmalı olduğu qənaətinə gəlmişdir. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsinə kifayət etmədiyi təqdirdə növbəti prosessual hərəkət qətnamənin icrasına yönələn icra hərəkətlərinin ardıcıllığı “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qətnamənin icra mərhələsinə aid olan məsələdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Samir qızından 11713 (on bir min yeddi yüz on üç) ABŞ dolları əsas, 4038.22 ABŞ dolları (dörd min otuz səkkiz, 22) faiz borcu olmaqla, ümumlikdə 15751, 22 (on beş min yeddi yüz əlli bir, 22) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC BOKT-nın xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan “Hyundai Accent” markalı, qara rəngli (minik, tip-sedan, buraxılış ili 2011, mühərrik G4FABW236849, Ban Z94CT41CBBR068852) nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC BOKT-a olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh Samir qızına qaytarılmalıdır.İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalı, eyni zamanda aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Samir qızından 11713 (on bir min yeddi yüz on üç) ABŞ dolları əsas, 4038.22 ABŞ dolları (dörd min otuz səkkiz, 22) faiz borcu olmaqla, ümumlikdə 15751, 22 (on beş min yeddi yüz əlli bir, 22) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC BOKT-nın xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan “Hyundai Accent” markalı, qara rəngli (minik, tip-sedan, buraxılış ili 2011, mühərrik G4FABW236849, Ban Z94CT41CBBR068852) nəqliyyat vasitəsinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC BOKT-a olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh Samir qızına qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar