Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3627/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxs Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxs Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X7 20.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən ediməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X15 ərizəçinin atasıdır. O, 22.10.1961-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası İİ qrup Qarabağ veteranı və əlilidir. Müharibədə xəsarət almışdır. Səhhətində heç bir problem olmamasına baxmayaraq, 20.06.2021-ci il tarixində vəfat etdi. Atası ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 20.06.2021-ci il tarixində X7 vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Qeyd edilən hal Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür. 20.06.2021-ci il tarixində atası Xırdalan rayon qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi 25.06.2021-ci il tarixində Nizami Rayon 5 saylı Asan Xidmətinə atasının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktının təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Atası ünvan 1 ünvanında qeydiyyatda olduğundan ölüm haqqında şəhadətnamə alınmadan onun həmin ünvandan qeydiyyatdan çıxarılması mümkün deyil. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxs Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə 5 saylı Bakı Maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid Məmməd-zadə Elşad Elçin oğlu X7 2021-ci ilin iyun ayında vəfat etdiyini ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində X7 2021-ci ilin iyun ayında vəfat etdiyini və dəfn mərasimində iştirak etdiyini ifadəsində təsdiq etdi. İş materiallarında olan 5 saylı Bakı Maraqlı şəxs Qeydiyyat Şöbəsinin 25.06.2021-ci il tarixli, 05/76-1354 №-li məktubundan görünür ki, 5 saylı Bakı Maraqlı şəxs Qeydiyyat Şöbəsi Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xırdalan Bələdiyyəsinin 23 iyun 2021-ci il tarixli, 576 №-li arayışından görünür ki, X15 20.06.2021-ci il tarixdə ölmüş və Xırdalan qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X6 Stansiyasının 1 saylı bölməsi tərəfindən 20.06.2021-ci il tarixdə verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, X15 ünvan 1 ünvanında 20.06.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X3 Xidmət Şöbəsi tərəfindən 23 iyun 2021-ci il tarixdə tərtib edilmiş 15 nömrəli aktdan görünür ki, X15 20.06.2021-ci il tarixdə Xırdalan qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan 23.06.2021-ci il tarixli aktdan görünür ki, X10, X16, X11, X2 və X1 Arif Feyruz oğlunun 20.06.2021-ci il tarixdə ünvan 1 ünvanında onların yanında ölməsini öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 22.10.1961-ci il təvəllüdlü X7 20 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.10.1961-ci il təvəllüdlü X7 20 iyun 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3627/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3627/2021
06.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver