Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3632/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası 3 saylı Bakı Asan Xidmət X5 cəlb edilməklə) ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X2 1936-ci il tarixində Ermənistan SSRnin Qafan rayonunda anadan olmuşdur. Son vaxtlar ahıl yaşda olduğu üçün mərhum anası bacısı X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır. X2 uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi və yataq xəstəsi idi. xx.xx.2021-ci il tarixdə evdə olarkən, qəflətən anasının vəziyyəti pisləşmiş və o rəhmətə getmişdir. Həmin vaxt X11 Stansiyasına zəng etmiş, lakin həkimlər gələnədək anası artıq vəfat etmişdir. Anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün 3 saylı bakı “Asan xidmət” X4 müraciət etdikdə, tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göründüyü kimi tələb olunan sənəd başqa qaydada ələd edilə bilmədiyindən məhkəməyə müraciət etmək mcburiyyətində qalmışdırlar. Anasının ölməsi faktı ərizəsinə əlavə etdiyi sənədlər və şahid ifadələri ilə təsdiq edilə bilər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək X1 xx.xx.2021-ci il tarixində tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində bildirmişdir ki, mərhum X2 onun nənəsi olmuşdur. Onun hər hansı xəstəliyi olmamışdır. Mərhum öz qızı ilə birlikdə yaşayırdı. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, o, mərhumun qızıdır. Mərhum anası onunla birlikdə yaşayırdı. Mərhum anasının xx.xx.2021-ci il tarixdə axşam saatlarında halı pisləşmiş və onun tərəfindən təcili yardım çağırmış, anası onlar gələnə qədər vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2021-cü il tarixdə, saat 01:40-da X1 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 1936-cı ildə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. - AR ƏN 3 saylı Bakı “Asan xidmət” X3 05 avqust 2023-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən və AR Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə AR Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında X1 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir. - AR Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. - xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ana adı qrafasında X1 adı qeyd edilmişdir. - AR ƏN 3 saylı Bakı “Asan xidmət” X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ölüm haqqında tibbi şəhadətnamə almaqda köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində rəhmətə gedib. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3632/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3632/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver