Məhkəmə qərarları › İş №2(005)-3654/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3654/2023

19.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3654/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclasının katibi X8, Ərizəçi və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Bakı 2 saylı Mediasiya Təşkilatı göstərilməklə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Bakı 2 saylı Mediasiya Təşkilatı göstərilməklə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 2-02776 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2003-cü il tarixində Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin 152 №-li qeydi ilə rəsmiləşən nikah bağlanmışdır. Həmin birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq ərizəçi tərəfindən 2 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. 2 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli 2-02776 saylı barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin 1-ci bəndində hər iki tərəf nikahın pozulmasına razı olduğunu qeyd edilmişdir, tərəflər barışıq sazişinin 2-ci bəndinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X11 iddiaçı Ərizəçi yanında saxlanılması barədə razılığa gəlmişlər. Barışıq sazişinin 3-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs1 xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin 6-cı bəndində nəzərdə tutulur ki, Sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Lakin Maraqlı şəxs1 aliment ödəməkdən yayınır, yəni barışıq sazişini könüllü icra etməkdən imtina edir. Bu günə qədər heç bir məbləğdə ödəniş etməmişdir. Məhkəmə iclasında Ərizəçi və Maraqlı şəxs1 ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı saylı 2 saylı Mediasiya Təşkilatı nümayəndəsinin iclasda iştirakını təmin eməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçi və maraqlı şəxsin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs1 ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.

1. Nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilmədi. X12 və Maraqlı şəxs1 Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulmasını istəyir və buna görə birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq.

2. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X11 anası Ərizəçi yanında qalsın.

3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X6 hər ay 220 manat sabit pul məbləğində aliment hər ayın ilk 10 günlüyündə ana X5 xeyrinə ödənilsin. Aliment xx.xx.2023-cü il tarixindən hesablansın.

4. Maraqlı şəxs1 X5 "Bakı şəhəri, Montin D/R.ev-mən.213 (Daş Karxanası)" ünvanında ömürlük yaşamasına heç bir maneə törətməyəcəyini öhdəsinə götürür. Hər iki tərəf bildirdi ki, "Bakı şəhəri, Montin D/R.ev-mən.213 (Daş Karxanası)" ünvanında yerləşən fərdi ev və onun yerləşdiyi torpaq sahəsinin sənədləri yoxdur. Həmin fərdi ev özbaşına tikilidir. Tərəflər bildirdilər ki, hal-hazırda da həmin ünvanda da qeydiyyatdadırlar.

5. Maraqlı şəxs1 razılaşır ki, qızı X3 xx.xx.2023-cü il tarixində baş tutacaq nişan mərasimi üçün 600 manat məbləğində pulu X5 bank hesabına ödəyəcəkdir, toy mərasimi və cehiz üçün də lazım gələrsə, köməklik edəcəkdir. Xərclərin 50%-ni ana, 50%-ni ata ödəməyi öhdəsinə götürür.

6. Tərəflər razılaşır ki, Maraqlı şəxs1 nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X11 ilə şənbə günləri 11:00-dan 17:00-a kimi görüşə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, mediator X17 tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi qismən təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən barışıq sazişinin bir hissəsi qanuna ziddir və sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, Maraqlı şəxs1 və X12 arasında Bakı 2 X13 bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi “Maraqlı şəxs1 tərəfindən X12 ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat məbləğində aliment X7 veriləcək.”, “Maraqlı şəxs1 tərəifndən 600 manat məbləğində pul X5 bank hesabına ödəniləcək.”, “Maraqlı şəxs1 tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012 təvəllüdlü X11 ilə şənbə günləri 11:00-dan 17:00-a kimi görüşə bilər.” hissəsində təsdiq edilməlidir. Qeyd edilməlidir ki, barışıq sazişinin “Maraqlı şəxs1 X5 "Bakı şəhəri, Montin D/R.ev-mən.213 (Daş Karxanası)" ünvanında ömürlük yaşamasına heç bir maneə törətməyəcəyini öhdəsinə götürür. Hər iki tərəf bildirdi ki, "Bakı şəhəri, Montin D/R.ev-mən.213 (Daş Karxanası)" ünvanında yerləşən fərdi ev və onun yerləşdiyi torpaq sahəsinin sənədləri yoxdur. Həmin fərdi ev özbaşına tikilidir. Tərəflər bildirdilər ki, hal-hazırda da həmin ünvanda da qeydiyyatdadırlar.” hissəsi cavabdehin gələcəkdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmə hüququnu məhdudlaşdırır. Eyni zamanda barışıq sazişinin “Xərclərin 50%-ni ana, 50%-ni ata ödəməyi öhdəsinə götürür.” hissəsində cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyi ilə bağlı əsaslar müəyyən edilmədiyindən ərizə bu hissələrdə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs1 və X12 arasında Bakı 2 X13 bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi məcburi icra məqsədi ilə aşağıdakı hissədə təsdiq edilsin: - Maraqlı şəxs1 tərəfindən X12 ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat məbləğində aliment X7 veriləcək. - Maraqlı şəxs1 tərəfindən 600 manat məbləğində pul X5 bank hesabına ödəniləcək. - Maraqlı şəxs1 tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11 ilə şənbə günləri 11:00-dan 17:00-a kimi görüşə bilər. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar