Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3678/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Əliaslan qızının iştirakı ilə, Ərizəçi Əliaslan qızının maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Əliaslan qızı maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X3 07.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Əliaslan qızı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 onun həyat yoldaşı olmuşdur. O, 24.01.1970-ci ildə Ağcabədi rayon Afşar kəndində doğulmuşdur. Həyat yoldaşının ürəyi ilə bağlı elə ciddi problemi olmamışdır. 07.05.2021-ci il tarixində qəflətən səhər saat 5-6 radələriııdə ürək tutmadan rəhmətə getmişdir. Həyat yoldaşı Bakı şəhər, Nərimanov rayon, X11 57 küçəsi, mənzil 130-da ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 07.05.2021-ci ildə mərhum X3 vəziyyəti ağırlaşmış, təcili tibbi yardım gəlmiş və həmin vaxt vəfat etmişdi. Qeyd edilən hal Təcili və X1 ölüm haqqında xəbardarlıq vərəqəsində də görünür. 07.05.2021-ci il tarixdə Ağcabədi rayonu Afşar kəndində dəfn etmişik. Ərizəçi, 10.05.2021-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə mərhum həyat yoldaşının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktının təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bir halı da qeyd edir ki, həyat yoldaşı Bakı şəhər, Nərimanov rayon, X11 57 küçəsi, mənzil 130 ünvanında qeydiyyatda olduğundan ölüm haqqında şəhadətnamə alınmadan onun həmin ünvanda qeydiyyatdan çıxarılması mümkün deyil. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ərizəçi Əliaslan qızı məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi Əliaslan qızının izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Maraqlı şəxs tərəfindən 01 iyul 2021-ci il tarixdə Ərizəçi Əliaslan qızına verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; AZB 046407 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Əliaslan qızı xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24.01.1970-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Avşar kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 25.06.2021-ci il tarixli, 573 №-li arayışından görünür ki, 24 yanvar 1970-ci il tarixdə anadan olmuş X5 07.05.2021-ci il tarixdə vəfat etmişdir. Onu Ağcabədi rayon Avşar kənd məzarlığında dəfn edilmişdir. Bakı şəhəri Təcili və X4 Stansiyasının 24.01.2021-ci il tarixli, 56/9 nömrəli sorğuya cavabdan görünür ki, 07 may 2021-ci il saat 06:03-də Y.P.Dadaşov ev 57, mənzil 130B ünvanına X5 adına çağırış daxil olmuşdur. Həkiməqədətr ölüm, kişi cinsli meyid aşkar olmuşdur. Ağcabədi rayon Avşar kənd nümayəndəliyi tərəfindən 20 yanvar 1996-cı il tarixdə verilmiş Vİİ-JQ seriyalı 253918 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi Əliaslan qızı arasında 20.01.1996-cı il tarixdə nikah bağlanmış və bu barədə müvafiq tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir; Məhkəmə iclasında ifadə verən şahid X7 bildirmişdir ki, mərhum X3 oğludur. Atası 07.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Ağcabədi rayon Aşar kənd məzarlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X6 bildirmişdir ki, ərizəçinin qardaşıdır. X5 07.05.2021ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Ağcabədi rayon Aşar kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X3 07 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X3 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 yanvar 1970-cı il təvəllüdlü X3 07 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3678/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3678/2021
02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver