Məhkəmə qərarları › İş №2(005)-3684/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3684/2021

28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3684/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 01.06.1959-cu ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi, ev 12, mənzil 13-də qeydiyyatda olmuş X2 03.05.2021-ci il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 01.12.1978-ci ildə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həyat yoldaşı X5 Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi, ev 12, mənzil 13-də qeydiyyatda olmuş və orada yaşamışdır. X5 uzun müddət ağır xəstəlikdən əziyyət çəkmiş və gəzə bilmədiyindən yataq xəstəsi olmuşdur. Həyat yoldaşı 03.05.2021-ci il tarixdə yaşadıqları evdə ürək çatışmazlığından vəfat etmişdir. Təcili tibbi yardım adına mərhum arvadının adına çağırış edilmiş, lakin 01:50 radələrində həkim gələnə qədər X5 vəfat etmişdir. Arvadının anidən ölümü onları mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişdir. Mərhum arvadının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət X3 müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərimişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X8 bildirmişdir ki, ərizəçinin qonşusudur. X1 rayonunda dəfn olunmuş və mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 bildirmişdir ki, taksi sürücüsüdür və X5 xəstə olan zaman xəstəxanaya müəyinəyə həmişə o aparmışdır. Svetlana 03.05.2021-ci ildə vəfat etmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov RPİ tərəfindən verilmiş 06.12.2010-cu il tarixli AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş 27.12.2012-ci il tarixli AZE seriyalı 13397891 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 01.06.1959-cu il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş və Bakı şəhəri, M.Nərimanov küçəsi,ev 12 ünvanında qeydiyyatdadır. ünvan 4 tarixli arayışdan görünür ki, X5 03.05.2021-ci il tarixdə Tovuz rayonu Əlibəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. 5 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsinin 05/76-1300 saylı 18.06.2021-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. 5 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsinin 17.06.2021-ci il tarixli, 05/70- 564 nömrəli sənədindən görünür ki, X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Bakı şəhəri üzrə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş 03.05.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 03.05.2021-ci il tarixdə saat 01:50-də X2 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 01.06.1959-cu il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş X5 03.05.2021-ci il tarixdə vəfat edib 03.05.2021-ci il tarixdə Tovuz rayonu, Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əlibəyli kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi arvadının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 03.05.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.06.1959-cu il tarixində Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş X2 03.05.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar