Məhkəmə qərarları › İş №2(005)-3688/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3688/2021

23.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3688/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Kərimli Elvin Şəkur oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Maraqlı şəxseydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Maraqlı şəxseydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 29.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 29.03.2021-ci il tarixdə ünvan 2-də qeydiyyatda olan atası X2 ürək çatışmazlığından vəfat etmişdir. Bunu Təcili və X3 Stansiyasının həkimi yazılı şəkildə təsdiqləmişdir. Lakin atasının ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Ərazi üzrə 1 №-li poliklinika mərhumun müraciət etmədiyini əsas gətirərək, rədd cavabı vermişdir. Daha sonra 5 saylı Maraqlı şəxseydiyyat Şöbəsinə müraciət etmiş, lakin orada məsələnin həll olunmasından imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, X2 onun dayısıdır. 29.03.2021-ci il tarixdə vəfat edib. Bakıxanov qəsəbəsində qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X4 ifadəsində bildirmişdir ki, o, mərhum onun xalasının əridir, ərizəçi isə xalası oğludur. X2 29.03.2021-ci il tarixdə ürək çatışmazlığından vəfat edib. Dəfndə iştirak etdiyini və Bakıxanov qəsəbəsində dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 05.07.2021-ci il tarixli aktdan görünür ki, Xəlilov Ağalar, Məmmədov Musa və Hüseynov Hümbət akt tərtib edərək, 29.03.2021-ci il tarixdə X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlığda dəfn olunmasını təsdiq etmişlər. Bakı şəhəri Təcili və X3 Stansiyası tərəfindən verilmiş 29.03.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 29.03.2021-ci il tarixdə saat 04:53-da X1 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 085/76-918 saylı 29.04.2021ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Nərimanov RPİ tərəfindən verilmiş 12.10.2010-cu il tarixli AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, e 18A, mənzil 19 ünvanında qeydiyyatdadır. ASAN1 tərəfindən verilmiş 01.04.2013-cü il tarixli AZE seriyalı № 13096995 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 16.03.1948-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş X2 ünvan 2 ünvanında qeydiyyatdadır. ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 16.03.1948-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş X2 29.03.2021-ci il tarixdə vəfat edib və həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlığda dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 29.03.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.03.1948-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş X1 ( şəxsiyyət vəsiqəsi seriya nömrəsi: ********) 29.03.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar