Məhkəmə qərarları › İş №2(005)-37/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-37/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-37/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X7 nümayəndəsi Nümayəndə, Cavabdeh1 oğlunun və onun vəkili X5 iştirakları ilə, İddiaçı X7 cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X13 cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 132538-1-12047/1 nömrəli xx xxxxxxxx 2014-cü il tarixli kommersiya kredit müqaviləsi üzrə xx xxxxxxxx 2017-ci il tarixinə banka borclu olduğu 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB məbləğində əsas borc, 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 (doqquz milyon iki yüz altmış bir min bir yüz əlli doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində, eləcə də 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 oğlundan və Cavabdeh2 İddiaçı X7 xeyrinə tutulmasına, bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 235.000 (iki yüz otuz beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin qeyri-yaşayış yönəldilməsinə, daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 oğlunun Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən ən gec bir ay ərzində məcburi qaydada çıxarılmasına və qeyri-yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X13 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-1-12047 nömrəli “Baş kredit razılaşması əsasında “Bank” “Kredit alan”a 10 (on) il müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya AZN/RUBL/AVRO ekvivalenti məbləğində kredit xətti açmışdır. Bununla yanaşı Bank ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 oğluna illik 17 (on yeddi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 11.500.000 (on bir milyon beş yüz min) RUBL və ya AZN/AVRO/ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh1 oğlu özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (zirzəmini) xx xxxxxxxx 2014-cü il tarixli 132538-NEDVİJ-3171 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında (Əmlakın Dövlət Reyestrindən çıxarış; RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxxxx 2014-cü il); eyni zamanda Baş Kredit Razılaşması üzrə Cavabdeh1 oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx xxxxxxxx 2014-cü il tarixli 132557-7-7875 nömrəli zaminlik müqaviləsi əsasında Cavabdeh1 oğlunun Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxx 2017-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka xx xxxxxxxx 2017-ci il tarixinə olan borcu 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB məbləğində əsas borc, 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 (doqquz milyon iki yüz altmış bir min bir yüz əlli doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Bundan əlavə bank ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən kredit alan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə zamin kredit alan ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 oğlu və Cavabdeh2 bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dələlərlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, bank ilə ipoteka qoyanlar arasında bağlanmış ipoteka müqaviləsinin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Eyni zamanda qeyd edir ki, ölkədəki hazırkı iqtisadi vəziyyətlə bağlı əmlak bazarında baş vermiş dəyişikliklər ipoteka predmetinin bazar dəyərinə təsir etmişdir. Bu səbəbdən də bankın Girovların Qiymətləndirilməsi və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmetini yenidən qiymətləndirmiş və həmin əmlakların bazar dəyəri xx xxx 2018-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən qeyriyaşayış sahəsi-zirzəminin dəyəri 235.000 (iki yüz otuz beş min) manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda şərh edilən xüsusatlarından göründüyü kimi, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti də müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı X7 nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 oğlu iddianı tələbini qəbul etmədiyini, onun tərəfindən götürülmüş kredit vəsaiti əslində digər cavabdehə verilmiş və bu baxımdan iddia tələbinin ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-1- 12047 nömrəli “Baş kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında bank kredit alana 10 (on) il müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya AZN/RUBL/AVRO ekvivalenti məbləğində kredit xətti açmışdır; İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-1- 12047/1 nömrəli kommersiya krediti müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 oğluna illik 17 (on yeddi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 11.500.000 (on bir milyon beş yüz min) RUBL və ya AZN/AVRO/ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir; İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-1- 12047/1 nömrəli kommersiya krediti müqaviləsinin 1 nömrəli Əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh1 oğlu 36 (otuz altı) ay müddətinə hər ay 411.874,77 (dörd yüz on bir min səkkiz yüz yetmiş dörd rubl yetmiş yeddi qəpik) RUB (sonuncu ay 329.138,79 (üç yüz iyirmi doqquz min bir yüz otuz səkkiz rubl yetmiş doqquz qəpik) RUB) məbləğində aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür; Naxçıvan Muxtar Respublikası Şərur rayonu Yengicə kənd inzibati nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 173274 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 oğlu ilə X6 arasında xx xxxx 1995-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında eyni tarixdə 10 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Zahirli soyadı verilmişdir; xx xxxxxxxx 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X8 Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin “Bank “VTB (Azərbaycan)” X9rşısında ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir; Azərbaycan Respublikası Ticarət və X3 Birliyinin xx xxxxx 2014-cü il tarixli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 470.000 (dörd yüz yetmiş min) manat, likvid dəyəri isə 330.000 (üç yüz otuz min) manat müəyyən edilmişdir; İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538- NEDVİJ-3171 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsi (Əmlakın Dövlət Reyestrindən çıxarış; RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxxxx 2014-cü il) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir; İddiaçı X13 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132557-7-7875 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında Baş Kredit Razılaşması üzrə Cavabdeh1 oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zahirli X14 qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı X7 xeyrinə yüklü edilmiş, daşınmaz əmlak üzərindəki hüquq əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 3986 nömrəli vərəqində qeydiyyata alınmışdır; Müvafiq maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxx 2017-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka xx xxxxxxxx 2017-ci il tarixinə olan borcu 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB məbləğində əsas borc, 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 (doqquz milyon iki yüz altmış bir min bir yüz əlli doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində borcu qalmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxx 2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; Cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərə müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 5 (beş) gün vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, pul tələblərinin ödənilməsi və müqavilənin ləğv edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; “X16” X1 xx xxxxxxxx 2018-ci il tarixli H/39-GHM nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 850.000 (səkkiz yüz əlli min) manat müəyyən olunmuşdur. Qiymətləndirmə xərci 300 (üç yüz) manat təşkil edir; “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X1 xx xxxxx 2019-cu il tarixli 30 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 900.000 (doqquz yüz min) manat müəyyən olunmuşdur. Qiymətləndirmə xərci 200 (iki yüz) manat təşkil edir; Müvafiq maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxx 2017-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka xx xxxxx 2019-cu il tarixinə olan borcu 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc, 0,00 (sıfır) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 8.670.109,73 (səkkiz milyon altı yüz yetmiş min bir yüz doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində borcu qalmışdır; Azərbaycan Respublikası Respublikas Xammal və Əmtəə Birjası “Tərəqqi” X1 09 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyriyaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 750.000 (yeddi yüz əlli min) manat müəyyən olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 13343 nömrəli rəyinin məzmunundan görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 oğlunun xx xxxxxxxx 2017-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) İddiaçı X4 əsas borc üzrə 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB və 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB olmaqla, cəmi 9.055.293,73 (doqquz milyon əlli beş min iki yüz doxsan üç rubl yetmiş üç qəpik) RUB müəyyən edilmişdir. Cavabdeh1 oğlu tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 441.050 (dörd yüz qırx bir min əlli) RUB məbləğində ödəniş həyata keçirilmiş, həmin ödənişlər nəzərə alındıqdan sonra Cavabdeh1 oğlunun ödənilməli olan borcu 8.614.243,73 (səkkiz milyon altı yüz on dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 4404 nömrəli rəyinin məzmunundan görünür ki, Cavabdeh1 oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və xx xxxxxxxx 2014-cü il tarixli 132538-1- 12047/1 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 oğlunun xx xxxx 2018-ci il və xx xxxxxx 2020-ci il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx xxxx 2018-ci il tarixə əsas borc üzrə 9.131.553,82 (doqquz milyon bir yüz otuz bir min beş yüz əlli üç rubl səksən iki qəpik) RUB və faiz borcu üzrə 1.665.269,10 (bir milyon altı yüz altmış beş min iki yüz altmış doqquz rubl on qəpik) RUB, xx xxxxxx 2020-ci il tarixə əsas borc üzrə 9.131.553,82 (doqquz milyon bir yüz otuz bir min beş yüz əlli üç rubl səksən iki qəpik) RUB və faiz borcu üzrə 4.009.369,90 (dörd milyon doqquz min üç yüz altmış doqquz rubl doxsan qəpik) RUB müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-1-12047 nömrəli “Baş kredit razılaşması əsasında bank kredit alana 10 (on) il müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya AZN/RUBL/AVRO ekvivalenti məbləğində kredit xətti açmışdır. İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 oğluna illik 17 (on yeddi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 11.500.000 (on bir milyon beş yüz min) RUBL və ya AZN/AVRO/ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir. İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinin 1 nömrəli Əlavəsi olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 oğlu 36 (otuz altı) ay müddətinə hər ay 411.874,77 (dörd yüz on bir min səkkiz yüz yetmiş dörd rubl yetmiş yeddi qəpik) RUB (sonuncu ay 329.138,79 (üç yüz iyirmi doqquz min bir yüz otuz səkkiz rubl yetmiş doqquz qəpik) RUB) məbləğində aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxx 2017-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka xx xxxxxxxx 2017-ci il tarixinə olan borcu 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB məbləğində əsas borc, 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 (doqquz milyon iki yüz altmış bir min bir yüz əlli doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 oğlu öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də Cavabdeh1 oğlu və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə iddia tələbinin əsas və faiz borcuna olan hissəyə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, müvafiq məbləğlərə münasibətdə İddiaçı X13 tərəfindən təqdim edilmiş xx xxxxx 2019-cu il tarixli maliyyə arayışı əsas götürülməklə 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc ( faiz borcu 0,00 (sıfır) RUB) cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərəfk qaydada İddiaçı X7 xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin əsas borca hesablanmış 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50.000 (əlli min) RUB məbləğində müəyyən edilməli, həmin məbləğ də cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərəfk qaydada İddiaçı X7 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı X13 ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 132538-NEDVİJ-3171 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, müvafiq müqavilə əsasında bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsi (Əmlakın Dövlət Reyestrindən çıxarış; RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxxxx 2014-cü il) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin bazar dəyəri 470.000 (dörd yüz yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) İddiaçı X13 hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 oğlu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 14/16 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana, yəni Cavabdeh1 oğluna qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti Azərbaycan Respublikası Ticarət və X3 Birliyinin xx xxxxx 2014-cü il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş likvid dəyəri ilə, yəni 330.000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı” X13 tərəfindən 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 İddiaçı X7 xeyrinə, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti isə müştərək qaydada cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan vəCavabdeh2 müştərək qaydada xx xxxxxxxx 2014-cü il tarixli 132538-1-12047 nömrəli “Baş kredit razılaşması əsasında xx xxxxxxxx 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc və 50.000 (əlli min) RUB məbləğində cərimə borcu olmaqla, cəmi 8.514.243,73 (səkkiz milyon beş yüz on dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində borc, (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 90 (doxsan) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı X7 xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 oğlundan vəCavabdeh2 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı X9rşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 oğlunaməxsusolan ünvan 2 ünvanında yerləşən, 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin əmlak açıq hərrac yolu ilə realizə edilsin. Evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 oğlunaverilsin. İpoteka predmeti olan Cavabdeh1 oğlunaməxsusolan ünvan 2 ünvanında yerləşən, 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 330.000 (üç yüz otuz min) manat müəyyən olunsun. Cavabdeh1 oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən, 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar