Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3716/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN xidmət” X3 cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X4 xx.xx.2010-cu il tarixində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı - X6 xx.xx.2010-cu il tarixində yaşadığı Bakı şəhərində ölmüşdür. Həkimə vaxtında müraciət etmədiklərindən onun barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Arayışdan göründüyü kimi X6 xx.xx.2010-cu il tarixində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün 7 saylı Bakı Asan Xidmət X2 müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllini qeydiyyat orqanında mümkün olmadığını bildirdi. Maraqlı şəxs Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN xidmət” X3 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa müvafiq izahat verərək bildiirmişdir ki, qızı vaxtından əvvəl xəstəxanada dünyaya gəlmiş, aparata qoşulmuşdur. İki gün sonra elə xəstəxanada dünyasını dəyişmişdir. Bu yaxınlarda oğlunun hərbi xidməti ilə bağlı sənədləri düzəldərkən ASAN Xidmət Mərkəzində sistemdə onun üç uşağının göründüyünü bildirmişlər. Halbuki uşaqlardan biri 2010-cu ildə xəstəxanada vəfat etmişdir. Uşağın adının sistemdə necə Arzu qeyd edilməsindən xəbəri yoxdur. Yəqin ki xəstəxana tərfindən elə məlumat verilib. Ola da bilər ki nənə-babaları o adı qoyub. Təqdim etdiyi arayışdan da görünür ki, uşağın adı Seyidova Arzudur. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 7 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən qızının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qızının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutu” X9 xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2686 saylı “Doğum tarixi” arxiv sənədinə əsasən xx.xx.2010-cu il tarixi saat 21:27 radələrində “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik hüquqi şəxsində dünyaya gətirdiyi cinsi qadın, çəkisi 1675,0 qr, boyu 38 sm olan övladı xx.xx.2010-cu il tarixində saat 21:30 radələrində tələf olmuşdur; - 7 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi aid xx.xx.2024-cü il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə aid məlumatlar aşkar edilmişdir: X5xx.xx.1980; X7-xx.xx.2008; X6-xx.xx.2010; X8-xx.xx.2013. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, qızı xx.xx.2010-cu il tarixdə, 35-ci həftədə vaxtından tez dünyaya gəlmişdir. Uşağını heç görməmişdir, dərhal aparata qoşulmuşdur. Sonra ona uşağın öldüyünü demişdilər. Adını onlar qoymamışdılar. Necə Arzu qoyulmasından məlumatı yoxdur. İlk dəfə “ASAN Xidmət” mərkəzində biliblər ki, uşağın adı Arzu olub. Növbəti uşaqları 2013-cü ildə doğulub. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X6 ərizəçinin qızı olmuşdur. X6 xx.xx.2010-cu ildə vəfat etmişdir. Ərizəçi 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X6 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3716/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3716/2024
25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver