Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3730/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, 1995-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, 1932-ci il təvəllüdlü nənəsi X2 ölüm faktının qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirir ki, ərizəçinin X6nun anası, nənəsi X4 1995-ci ildə vəfat etmişdir. Onu qeyd edir ki, nənəsi X1 rayon sakini olmuş, məlum hadisələrlə bağlı məcburi köçkün həyatı yaşamış, Bakı şəhərində məskunlaşmış, Bakı şəhərində vəfat etmiş və Bakı şəhərində yerləşən məzarlıqda dəfn olunmuşdur. X6 isə bu ilin mart ayında vəfat etmişdir. Atasının vəfatından sonra vərəsəliklə bağlı məsələnin həll edilməsi üçün hal-hazırda nənəsi Abdullayeva Səyyarənin ölümünü təsdiq edən sənəd tələb olunur. Lakin, indiyə kimi apardığı axtarışlara və müraciətlərə baxmayaraq, nənəsinin ölümünü təsdiq edən sənədin əldə edilməsi mümkün olmamışdır. Odur ki, hesab edir ki, 1995-ci ildə vəfat etmiş nənəsi X2 ölüm faktı qeydə alınmalı və bu barədə müvafiq şəhadətnamənin verilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək bildirdi ki, mərhum onun nənəsidir, atasından miras qalmış əmlakın rəsmiləşdirilməsi üçün notariusa müraciət edəndə, atasının valideynlərinin ölüm haqqında şəhadətnamələrinin təqdim edilməsi zərurəti yaranmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, nənəsinin ölüm haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişlər. Bu səbəbdən də ölüm faktının qeydə alınmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, ərizəçi onun xalası oğlunun oğludur, mərhum isə xalasıdır. O, serroz xəstəliyindən əziyyət çəkirdi, həmin xəstəlikdən xx.xx.1995-ci ildə dünyasını dəyişmişdir. Xalası Bülbülə qəsəbə qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid X14 bildirmişdir ki, ərizəçi onun oğludur, mərhum isə qayınanasıdır. Mərhum Ağdam rayonundan köçkün düşdükdən 2-3 il sonra serroz xəstəliyindən dünyasını dəyişib. Mərhum qaynıgildə yaşayırdı, ölümündən sonra hansı səbəbdən şəhadətnamə alınmamasını bilmir.Qayınanasını Bülbülə qəsəbə qəbiristanlığında dəfn ediblər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 05 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Maraqlı şəxs 29 iyul 2022-ci il tarixli məktubundan görünür ki, sizin xx.xx.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, xx.xx 1932-ci ildə Tərtər rayonu Qazyan kəndində anadan olmuş X3 ölümü ilə bağlı, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyət aktları" avtomatlaşdırmış qeydiyyat informasiya sisteminə daxıl edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölümü barədə heç bir məlumat aşkar edilmədi. Ölüm faktının bərpa edilməsinə əsas verən zəruri sənədlər (ölüm haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və s) təqdim edə bilmədiyiniz üçün birbaşa səlahiyyətimizə aid deyil. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2022ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi ondan ötrü ki, həqiqətən də, mərhum nənəsi X4 xx.xx.1995-ci ildə Bülbülə qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən AZ-T № 177179 saylı xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə anadan olmuş, bu barədə xx.xx.1991-ci il tarixdə 490 № ilə qeyd edilmişdir. X6, anası X14. İş materiallarında olan Ağdam rayon VVAQ şöbəsi tərəfindən İV-JQ № 427663 saylı xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1960-cı ildə anadan olmuş, bu barədə xx.xx.1960-cı il tarixdə 87 № ilə qeyd edilmişdir. X7, anası X4. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və həmin tarixdə Bülbülə qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi nənəsinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1995-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3730/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3730/2022
03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver