Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3752/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi oğlunun iştirakı, Ərizəçi oğlunun maraqlı şəxs 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu maraqlı şəxs 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 12 iyun 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 26 mart 1974-cü ildə Bak şəhərində doğulmuşdur. Qardaşı şəkər xəstəliyindən əziyyət çəkirdi. X6 12 iyun 2021- ci il tarixdə qəfildən vəfat etmişdir. Qardaşı ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 12 iyun 2021-ci il tarixdə, gecə 03:05 radələrində qardaşı X2 vəziyyəti qəfildən ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. 13 iyun 2021-ci il tarixdə X3 Abşeron rayonu, Xırdalan qəbirstanlığında dəfn etmişlər. Ərizəçi 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri, 1 saylı Maraqlı şəxseydiyyat şöbəsinə mərhum qardaşının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölün faktının təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyatata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.Qardaşı ünvan 3 ünvanında qeydiyyatda olduğundan ölüm haqqında şəhadətnamə alınmadan onun həmin ünvandan qeydiyyatdan çıxarılması mümkün deyil. Buna görə də ölüm faktının müəyyəı edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X1 Zaur Ramazan oğlunun xəstəliyinin olmadığını, 12 iyun 2021-ci il tarixdə onun yanında öldüyünü ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X7 ifadəsində X2 xəstəliyinin olmadığını, 12 iyun 2021-ci il tarixdə öldüyünü və Xırdalan qəbristanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin 06.07.2021-ci il tarixli, 05/Q-920/15 №-li məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi Ərizəçi oğlunun müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 ölməsi faktında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xırdalan Bələdiyyəsinin 08 iyul 2021ci il tarixli, 629 №-li arayışından görünür ki, X6 12.06.2021-ci il tarixdə ölmüş və Xırdalan qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X8 Stansiyasının 1 saylı bölməsinin 23 iyul 2021-ci il tarixli 297 nömrəli sorğuya cavab məktubundan görünür ki, 12 iyun 2021-ci il tarixdə saat 03:22-də H.Əliyev küçəsi,94B, mənzil 33 ünvanına X6 adına çağırış olmuşdur. Arayıda “həkiməqədər ölüm. Kişi cinsli meyidgöstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 26.03.1974-cü il təvəllüdlü X2 12 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.03.1974-cü il təvəllüdlü X2 12 iyun 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3752/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3752/2021
11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver