Məhkəmə qərarları › İş №2(005)-3803/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3803/2020

17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3803/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi Ərizəçi Dadaş oğlunun iştirakı ilə, Ərizəçi Dadaş oğlunun “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Dadaş oğlu “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1950-ci ildə Bakıda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olmuş X1 xx.xx.2013-cü il tarixində Bakı şəhərində ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bidirir ki, atası X2 xx.xx.1950-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur, ancaq Xəzər rayonu Binə qəsəbəsi N. Abbasov dalan 1, ev 48 ünvanında yaşayıb və bu ünvanda xx.xx.2013-cü il tarixində xəstəlikdən vəfat etmişdir. Onaların tərəfindən təcili tibbi yardıma atasının adına çağırış edilmişdir, lakin həkimlər gələnə kimi atası vəfat etmişdir. Təcili tibbi yardım həkimi atasının vəfat etməsi barədə tibbi aryış verdi. Atasının ölümü onları mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından poliklinikadan ölümü təsdiq edən sənəd almamışlar. Atasının ölüm faktının müəyyən edilməsi və onun adına ölümü haqqında şəhadətnamənin verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsə də ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Belə ki, müraciətinə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN” xidmət mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli imtina məktunuda qeyd olunur ki, təqdim etdiyiniz sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müfaviq sənədi olmadığından (həkim şəhadətnaməsi) ölümün qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidirlər. Hesab edir ki, atası xx.xx.1950- ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.2013-cü yaşadıqları Xəzər rayonu Binə qəsəbəsi N. Abbasov dalan 1, ev 48 ünvanında ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 bildirmişdir ki, ərizəçinin bacısıdır. Atası xx.xx.2013-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi N.Abbasov dalan 1, ev 48 ünvanında yaşadığı mənzildə vəfat etmişdir. Atası astma xəstəsi idi, lakin xəstəlikdən əziyyət çəkmirdi. Ölümü də qəflətən baş verdi. Belə ki, axşam normal qaydada yuxuya getsə də, səhər yuxudan ayılmadı. Atasının ölüm haqqında şəhadətnaməsi ümumilikdə onların Xəzər rayonu Binə qəsəbəsi N.Abbasov dalan 1, ev 48 ünvanında yerləşən mənzilə qeydiyyata alınmaq üçün lazımdır. Məhkəmə iclasında şahid X8 bildirmişdir ki, o ərizəçinin bibisi oğlunun həyat yoldaşıdır. Ərizəçinin atası həqiqətən də, Xəzər rayonu Binə qəsəbəsi N.Abbasov dalan 1, ev 48 ünvanında yerləşən mənzildə vəfat etmişdir. O həmçinin dəfn və yas mərasimində də iştirak etmişdir. Ərizəçinin atası astma xəstəliyindən əziyyət çəkirdi, lakin ölümünə səbəb olacaq dərəcədə olmayıb. Buna baxmayaraq ərizəçinin atası xx.xx.2013-cü il tarixdə qəflətən vəfat etmişdir. Məhkəmə iclasında şahid X9 bildirmişdir ki, o ərizəçinin bibisi oğludur. Ərizəçinin atası həqiqətən də, Xəzər rayonu Binə qəsəbəsi N.Abbasov dalan 1, ev 48 ünvanında yerləşən mənzildə vəfat etmişdir. Ərizəçinin atası astma xəstəliyindən əziyyət çəkirdi və həmin xəstəliyin müalicəsinin olmadığı üçün ərizəçinin atası qəflətən vəfat etdi. Ölüm haqqında şəhadətnamə ərizəçiyə Xəzər rayonu Binə qəsəbəsi N.Abbasov dalan 1, ev 48 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına düşmək üçün lazımdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 1 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, xx.xx.2013-cü il tarixdə, saat 11:55-də X1 adına olan çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X2 dəfn edilsə də, onun qəbirüstü abidəsi mövcud deyil. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.2013-cü il tarixdə ünvan 3 ünvanında dünyasını dəyişmiş, rəhmətə gedənə qədər həmin ünvanda qeydiyyatsız yaşamış və Binə qəsəbəsində yerləşən məzarlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 xx.xx.2013-cü ildə Bakı şəhərində vəfat etmiş və Binə qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 xx.xx.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dadaşov X5 xx.xx.2013-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar