Məhkəmə qərarları › İş №2(005)-3819/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3819/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3819/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2335,68(iki min üç yüz otuz beş ABŞ dolları, 68 sent) ABŞ dolları,faiz borcu 741,86 (yeddi yüz qırx bir ABŞ dolları,86 sent) ABŞ dolları, cəmi 3077,54 (üç min üç yetmiş yeddi ABŞ dolları, 54 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi və tutmanın Cavabdeh mülkiyyətində olan **-RP-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı (buraxlış ili 2012, ban- LB37624S5CL038305, rəngi-boz metal) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub “xxxx” QSC-nin hesabına ödənilmsəi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-cı il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2146 saylı, xx.xx.2018ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2012-ci il tarixdə, 691 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 10193 (on min bir yüz doxsan üç) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-RP-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobili (buraxılış ili 2012, ban - LB37624S5CL038305, rəngi - boz metal) xx.xx.2012-ci il tarixdə, 691 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 059319 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2335,68 (iki min üç yüz otuz beş ABŞ dolları, 68 sent) ABŞ dolları, faiz borcu 741,86 (yeddi yüz qırx bir ABŞ dolları,86 sent) ABŞ dolları, cəmi 3077,54 ( üç min üç yetmiş yeddi ABŞ dolları, 54 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onlann tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək kredit borcunun olduğunu etiraf etmiş və ipoteka ilə yüklü edilən nəqliyyat vasitəsini satdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə “xxxx” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) xx.xx.2012-ci il tarixdə, 691 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən istehlak məqsədi ilə ona 60 ay müddətinə illik 18% olmaqla 10193 ( on min yüz doxsan üç ) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh mülkiyyətində olan **-RP-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobili (buraxlış ili 2012, ban- LB37624S5CL038305, rəngi-boz metal) xx.xx.2012-ci il tarixdə, 691 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdehin gecikmədə olan borcu əsas borc üzrə 2335,68 (iki min üç yüz otuz beş ABŞ dolları,altmış səkkiz sent) dollar, faiz borcu 741,86 (yeddi yüz qırx bir dollar,86 sent) ABŞ dolları olmaqla ümumilikdə 3077,54 (üç min yetmiş yeddi dollar, 54 sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 059319 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyesterdən çıxarışa əsasən cavabdehə məxsus Geely mk minik markalı 90RP584 qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan kredit sifarişindən görünür ki, cavabdehin aylıq maaşı 600 (altı yüz) manat təşkil edir. İş materiallarında olan məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə 10.193 (on min yüz doxsan üç ABŞ dolları) ABŞ dolları məbləğində vəsaiti imzalayaraq qəbul etmişdir. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı QSC arasında tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə 0691 nömrəli, xx.xx.2012-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2020-ci il tarixinə 2.335,68 (iki min üç yüz otuz beş ABŞ dolları, altmış səkkiz sent) dollar əsas, 741,86 (yeddi yüz qırx bir ABŞ dolları, səksən altı sent) borcu qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşər Nazirliyinin Baş Dövlət X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli 4913 nömrəli bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, cavabdehin xx.xx.2012-ci il tarixli, 691 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli F-AVK-2146 saylı aktdan görünür ki, cavabdehin kredit borcu problemli aktivlərlərlə bağlı müvafiq sənədlərin təhvil-təslim aktına uyğun olaraq İddiaçı QSC-yə təhvil verilmişdir İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, borcluya 10 (on) gün ərzində borc müqavilə şərtlərinə və qanunvericiliyə uyğun ödənilməzsə, bank borcun məcburi qaytarılmasına dair qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə müraciət edəcəkdir. İş matriallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 qəpik (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Bununla yanaşı Cavabdeh krediti Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanının təsiri altına düşməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun cavabdeh, Cavabdeh ilə “xxxx” ASC-nin Sənaye filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 691 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 2335,68 (iki min üç yüz otuz beş ABŞ dolları,68 sent) ABŞ dolları, faiz borcu 741,86 (yeddi yüz qırx bir ABŞ dolları,səksən altı sent) ABŞ dolları olmaqla ümumilikdə 3077,54 (üç min yetmiş yeddi ABŞ dolları, əlli dörd sent) ABŞ dolları tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia qismən təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə yəni 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə “xxxx” ASC-nin Sənaye filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 691 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 2335,68 (iki min üç yüz otuz beş ABŞ dolları, 68 sent) ABŞ dolları, faiz borcu 741,86 (yeddi yüz qırx bir ABŞ dolları,səksən altı sent) ABŞ dolları olmaqla ümumilikdə 3077,54 (üç min yetmiş yeddi ABŞ dolları, əlli dörd sent) ABŞ dolları borc tutulmalı və tutmanın Cavabdeh mülkiyyətində olan **-RP-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı (buraxlış ili 2012, ban-LB37624S5CL038305, rəngli-boz metal) avtomobilə yönəldilərək açıq hərracda satılmalı və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 2335,68 (iki min üç yüz otuz beş ABŞ dolları, faiz borcu üzrə 741,86 (yeddi yüz qırx bir ABŞ dolları, 86 sent) ABŞ dolları, cəmi 3077,54 (üç min yetmiş yeddi ABŞ dolları, 54 sent) ABŞ dolları məbləğində kredit borc (ödəniş günü manata məzənnə ilə) həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus qeydiyyat nişanı **-RP-***, buraxlış ili 2012-ci il, ban nömrəsi LB37624S5CL038305 olan, ağ rəngli “Geely Mk” markalı avtomobilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçıya olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar