Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3820/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Maraqlı şəxseydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Maraqlı şəxseydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 23.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 atasıdır. Atası 17.05.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 23.05.2021-ci il tarixində atası Bakı şəhəri, Ziya Bünyatov prospektində yerləşən “Eurohome” tikinti malları mağazasında ölmüşdür. Atasını səhərisi gün Bakı şəhəri, Zığ qəsəbəsi “Dədə Qorqud” qəbristanlığında dəfn etmişdir. Daha sonra 5 saylı Maraqlı şəxseydiyyat Şöbəsinə müraciət etmiş, lakin orada məsələnin həll olunmasından imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi X7 ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Dadaşov Boris Babaş oğlu ifadəsində bildirmişdir ki, X2 qonşu olmuşdur. Mərhumun ürək zəifliyi var idi və infarkt keçirmişdir. Mərhum mənzilindəki təmir ilə bağlı tikinti dükanına getmiş və ordada vəfat etmişdir. Dəfndə iştirak etdiyini və Hövsan qəsəbəsində dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X1 ifadəsində bildirmişdir ki, mərhum onun dostunun atasıdır. Mərhum 2011-ci ildə insult keçirmişdir. X6 23.05.2021-ci il tarixdə ürək çatışmazlığından vəfat edib. Dəfndə iştirak etdiyini və Hövsan qəsəbəsində dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayəşdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş 22.12.2004-cü il tarixli AZE seriyalı № 02316445 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17.05.1952-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən verilmiş 23.05.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 23.05.2021-ci il tarixdə saat 11:20-də X4 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. 08.07.2021-ci il tarixli, 241 saylı Zığ Bələdiyyəsinin arayışından görünür ki, Ərizəçi Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanığına müraciət edərək mərhum atası X6 qəbristanlıqda yer ayrılaraq dəfn olunmuşdur. 22.06.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 23.05.2021-ci il tarixdə saat 11:30 radələrində 17.05.1952-ci il təvəllüdlü X6 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Eurohome” tikinti malları mağazasında ölmüşdür. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 1492 saylı 09.07.2021-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 17.05.1952-ci ildə Bakı şəhərində anadan olmuş X6 23.05.2021-ci il tarixdə vəfat edib və Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən “Dədə Qorqud” adına qəbirstanlığda dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 23.05.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.05.1952-ci ildə Bakı şəhərində anadan olmuş X4 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE ********) 23.05.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3820/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3820/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver