Məhkəmə qərarları › İş №2(005)-3836/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3836/2020

25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3836/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1937-ci il təvəllüdlü atası X4 xx xxxxxxx 2020-ci il tarixdə Şəki şəhərində ev şəraitində yaşı ilə əlaqədar (allsqeymer xəstəliyi və insult nəticəsində) vəfat etmişdir. Təcili və X3 çağrılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və TƏBİB X2 TTYS-nin təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Qeyd edir ki, mərhum atası Bakı şəhərində yaşamasına baxmayaraq əslən Şəki şəhərindən olmuşdur və ölümündən öncə doğma yerlərinə getmək istəyini ona bildirmişdir. Bu səbəblə onu ölümündən bir neçə gün öncə Şəkiyə aparmış və atası orada vəfat etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, bu hərəkəti bir çox problemlərə səbəb olmuşdur. Belə ki, Şəki şəhəri Mərkəzi Xəstəxanasından verilən ölüm haqqında xəbərdarlıq vərəqəsini və sair arayışları mərhumun yaşayış yeri üzrə Nərimanov Qeydiyyat Şöbəsinə təqdim etsə də, bu sənədləri qəbul edilməmiş və yerli poliklinikadan müvafiq forma ilə təsdiqlənmiş arayış istənlmişdir. Yerli poliklinika isə bildirmiş ki, mərhum atasının uçot kartı onlarda olmadığı üçün bu sənədlərin verilməsi mümkün deyil. Bu səbəblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq qeyd edir ki, xx xxxxxxx 2020-ei il larixdə mərhum atası Şəki şəhəri qəbristanlığında anasının məzarı yanında dəfn edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx xxxxxx 1937-ci il təvəllüdlü mərhum atası X1 həqiqətən xx xxxxxxx 2020-ci il tarixdə Şəki şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X6 ifadəsində mərhum şəxsin onun qaynatası olduğunu, alsqeymer xəstəsi olduğunu, xx.xx.2020-ci il tarixdə Şəki şəhərində vəfat etdiyini və Şəki şəhər qəbirstanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid X5 ifadəsində mərhum şəxslə qohumluq əlaqəsinin olduğunu, mərhumun Şəki şəhərində xx.xx.2020-ci il tarixdə gecə saat 01:00 radələrində vəfat etdiyini, ölümünün ertəsi gün Şəki şəhər qəbirstanlığında dəfn edildiyini təsdiqlədi. İş materiallarında olan Bakı Şəhər Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 163 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Şəki şəhər “Əşirlər” Məhəllə Nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 539 №-li arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və dəfn mərasimini oğlu Ərizəçi təşkil etmişdir. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X3 Stansiyası Ölüm Haqqımda Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci ildə X1 vəfat etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar