Məhkəmə qərarları › İş №2(005)-3847/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3847/2021

20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3847/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X5 (doğum tarixi 08 avqust 1941-ci il) ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, anası X10 17 iyun 2021-ci il tarixdə saat 06:00 tarixində vəfat etmişdir. Həmin vaxt Təcili Yardım çağırılmış, X10 vəfat etdiyi zaman onun yanında ərizəçi, ərizəçinin arvadı X8, ərizəçinin xalası qızı X2 var idi. X3 qəsəbəsi Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda 12.08.2021-ci il tarixdə ərizə təqdim edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X1 Sona Salman qızının 17 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini və Dədə Qorqud qəbristanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində X5 Bakı şəhərində vəfat etməsini və Dədə Qorqud qəbristanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin 08.07.2021-ci il tarixli, 05/76-1491 №-li məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan 55 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 014938 nömrəli arayışdan görünür ki, verilmiş xəbərdarlıq vərəqəsində Ərizəçi anası X5 17.06.2021-ci il taridə ölüdüyü bildirilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Suraxanı Bələdiyyəsinin 09 iyul 2021-ci il tarixli, 242 №-li arayışından görünür ki, X10 17.06.2021-ci il tarixdə Zığ qəsəbəsi, Dədə Qorqud qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X4 Stansiyasının 1 saylı bölməsi tərəfindən 17.06.2021-ci il tarixdə verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, X10 17.06.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 08.08.1941-ci il təvəllüdlü X5 17 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.08.1941-ci il təvəllüdlü X6 17 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar