Məhkəmə qərarları › İş №2(005)-3854/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3854/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3854/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 04.08.2016-ci il tarixli 14BK/16 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.08.2019-cu il tarixli 02mspBKS/19 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 4.009,23 AZN, faiz borcuna görə 739,50 AZN, cəmi 4.748,73 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 26.08.2019-cu il tarixli 02mspBKS/19 saylı əlavə kredit müqaviləsi üzrə 4.748,73 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı “Unibank" KB ASC-yə ödənilməsi. İpoteka prcdmetinin ilkin satış qiymətinin 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 04.08.2016-cı il tarixli 14BK/16 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.08.2019-cu il tarixli 02mspBKS/19 saylı əlavə kredit xətti müqaviləsinə əsasən Sizə 12 ay müddətinə, 26.04.2020-ci il tarixədək, illik 26% ödəmək şənilə 10.000 AZN məbləğində kredit verilmişdir. (26.04.2019-cu il tarixli 02mspBKS/19 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə dəyişiklik edilməsi haqqında 11.02.2020-ci il tarixli Sazişə əsasən 7.950 AZN məbləğində kredit xətti ayrılmışdır). Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2016-ci il tarixli 14BKİ/16 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur.(05.08.2016-ci il tarixli 14BKİ/16 saylı ipoteka müqaviləsinə edilmiş 26.04.2019-cu il tarixli Sazişə əsasən tərəflər arasında bağlanmış 05.08.2016-ci il tarixli 14BKİ/16 saylı ipoteka müqaviləsinin müvafiq bəndlərində tərəflərin razılığı ilə müəyyən dəyişikliklər edilmişdir). İpoteka müqaviləsi 30.04.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 11.02.2020-ci il tarixli, 02mspzBKS/20 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə X3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə 1 saylı Əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 01.06.2021-ci tarixə 26.08.2019-cu il tarixli 02mspzBKS/19 saylı əlavə kredit xətti müqaviləsinə əsas kredit borcu üzrə 4.009,23, AZN, faiz borcu üzrə 739,50 AZN, cəmi 4.748,73 AZN təşkil edir. 04.08.2016-cı il tarixli 14BKİ/16 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi 26.08.2019-cu il tarixli 02mspBKS/19 sa ylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqavilələrinin müvafiq olaraq 2.4-cü bəndinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə müştərək qaydada cavabdehlər Cavabdeh1 və zamin qismində Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, 04.08.2016-ci il tarixli 14BK/16 saylı əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi boşaldılmalı, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödəni məlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdilər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və Cavabdeh1 arasında bağlanmış 04.08.2016-cı il tarixli 14BKİ/16 saylı əsas kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 180 ay müddətinə 5.000000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit məbləğini götürməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini qaytarmağı və kredit məbləğinə hesablanmış faiz məbləğini ödəməyi, habelə ödənişlərin gecikdirməsinə yol verdiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavə sazişə əsasən Borc verən Borc alana 5 000 000 (beş million) manat məbləğində, illik maksimum 28 (iyirmi səkkiz) faiz, "04" Avqust 2031-ci il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. Əlavə Kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər; Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış 26.04.2019-cu il tarixli, 02mspBKS/19 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən Bank «Müştəri»yə 12 (on iki) ay müddətinə, istehlak məqsədilə 26 Aprel 2020-ci il tarixinədək illik 26 (iyirmi altı) faiz ödəmək şərtilə 10 000 (on min) AZN məbləğdə kredit xətti ayırır, ona bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir. «Müştəri» isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Bank»a qaytarmağı öhdəsinə götürür; 26.04.2019-cu il tarixli, 02mspBKS/19 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə dair 11.02.2020-ci il tarixli sazişə əsasən bank “Müştəriyə 12 (on iki) ay müddətinə, 26 aprel 2020ci il tarixinədək illik 26 (iyirmi altı) faiz ödəmək şərtilə 7950 (yeddi min doqquz yüz əlli) manat məbləğdə kredit xətti ayırır; "xxxx" Kommersiya Bankı ASC 16 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi "xxxx" Kommersiya Bankı ASC qarşısında ipoteka ilə yüklü edilmiş, 05.08.2016-ci il tarixli 14BKİ/16 saylı ipoteka müqaviləsinə edilmiş 26.04.2019-cu il tarixli Sazişə əsasən tərəflər arasında bağlanmış 05.08.2016-ci il tarixli 14BKİ/16 saylı ipoteka müqaviləsinin müvafiq bəndlərində tərəflərin razılığı ilə müəyyən dəyişikliklər edilmişdir; "xxxx" KB ASC-nin 01.07.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 04.08.2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-yə 4009,23 manat məbləğində əsas, 739,50 manat məbləğində faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4748,73 AZN məbləğində borcu var; «Unibank” Kommersiya Bankı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubuna əsasən cavabdehlərə 26.04.2019-cu il tarixli, 02mspBKS/19 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə yaranmış borcu barədə məlumat verilməklə borcun ödənilməsi tələb edilmiş, əks halda ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 57 №-li reyestr kitabının 5961 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışın surətinə əsasən Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsi, 10-cu döngə, ev 10 bağ evi Cavabdeh1 oğlunun adına 02.08.2016-cı il tarixində qeydiyyata alınmışdır. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 19.08.2014-cü il 26.04.2019-cu il tarixli, 02mspBKS/19 saylı kredit müqaviləsi üzrə zamin Bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borcalan” kimi tam məsuliyyət daşıyır; 13.07.2021-ci il tarixli ödəniş tapşırığına əsasən «Unibank” Kommersiya Bankı ASC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2016-cı il tarixli 14BKİ/16 saylı əsas kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 180 ay müddətinə 5.000000 manat 04.08.2016-cı il tarixli 14BKİ/16 saylı əsas kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 180 ay müddətinə 5.000000 manat məbləğində kredit vermişdir. Cavabdeh1 "xxxx" KB ASC-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 5000 manat məbləğində pulu almış və həmin kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə uyğun olaraq əsas borcun və razılaşdırılmış faiz dərəcəsi ilə hesablanmış faizlərin, habelə gecikməyə yol veridyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq, cavabdeh bundan sonra da kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə cavabdehin banka 5990,75 manat məbləğində əsas, 4009,23 manat məbləğində əsas, 739,50 manat məbləğində faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4748,73 AZN məbləğində borcun olduğunu iddia etmiş və hazırda cavabdehdən həmin məbləği tələb edir. İddiaçı tərəfindən təqdim edilmiş və 01.07.2021-ci il tarixə cavabdehin banka olan borcu əks etdirən maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" KB ASC-yə 4009,23 manat məbləğində əsas, 739,50 manat məbləğində faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4748,73 AZN məbləğində borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 26.04.2019-cu il tarixli, 02mspBKS/19 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, özöhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçı yaödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 01.07.2021-ci il tarixli maliyyə arayışı əsas götürülməli və 4009,23 manat məbləğində əsas, 739,50 manat məbləğində faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4748,73 manat borc Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh1 26.04.2019-cu il tarixli, 02mspBKS/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən 04.08.2016-ci il tarixli 14BK/126.04.2019-cu il tarixli, 02mspBKS/19 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 282.1-ci maddəsinə əsasən girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış "xxxx" Kommersiya Bankı ASC 16 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi "xxxx" Kommersiya Bankı ASC qarşısında ipoteka ilə yüklü edilmiş, 05.08.2016-ci il tarixli 14BKİ/16 saylı ipoteka müqaviləsinə edilmiş 26.04.2019-cu il tarixli Sazişə əsasən tərəflər arasında bağlanmış 05.08.2016-ci il tarixli 14BKİ/16 saylı ipoteka müqaviləsinin müvafiq bəndlərində tərəflərin razılığı ilə müəyyən dəyişikliklər edilmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 3000.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının ərizəsi əsasında qeyd edilən bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə iddia tələbinin "əmlakın ən geci bir ay ərzində boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bi hissədə də təmin edilməli, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh1 iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Habelə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçının xeyrinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 4009,23 manat məbləğində əsas, 739,50 manat məbləğində faiz və 0 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4748,73 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, tutma "xxxx" KB ASC ilə Cavabdeh1 ilə bağlanmış 05.08.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 5961 nömrəli vərəqində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilməli, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 04.08.2016-ci il tarixli 14BK/16 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.08.2019-cu il tarixli 02mspBKS/19 saylı əlavə kredit xətti müqaviləsi üzrə 4009,23 (dörd min doqquz manat iyirmi üç qəpik) manat məbləğində əsas, 739,50 (yeddi yüz otuz doqquz manat əlli qəpik) manat məbləğində faiz və 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4748,73 (dörd min yeddi yüz qırx səkkiz manat yetmiş üç qəpik) manat habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) AZN tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Tutma "xxxx" KB ASC ilə Cavabdeh1 ilə bağlanmış 05.08.2016-cı il tarixli saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 5961 nömrəli vərəqində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilsin. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində, 10-cu döngə ünvanda yerləşən 10 saylı bağ evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar