Məhkəmə qərarları › İş №2(005)-3859/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3859/2025

13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3859/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi göstərilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 1984-cü il tarixdə Bakı şəhərində, anası X3 2001-ci il tarixdə Bakı şəhərində ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 1984-cü il tarixdə Bakı şəhərində, anası X7 isə 2001-ci il tarixdə Bakı şəhərində dünyalarını dəyişmişlər. Valideynlərinin ölümü ilə bağlı vərəsəlik işin açılmasından ötrü Notariat orqana müraciət edən zaman məlum olmuşdur ki, vərəsəlik işin açılması üçün hər iki valideynin (ata və ana) ölüm haqqında şəhadətnamələri təqdim olunmalıdır. Bununla bağlı Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edən zaman məlum olmuşdur ki, hər iki valideynin (ata və ana) ölümü ilə bağlı ölüm haqqında şəhadətnamələr alınmamışdır. Məcbur qalaraq məhkəməyə müraciət edir. Daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, X1 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində, anası Əliyeva (Muradova) Çeşməxanım Nəsir qızının xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, atası xx.xx.1984-cü il tarixdə vəfat etmiş, anası isə xx.xx.2001-ci il tarixdə xəstəxanada vəziyyəti pisləşmiş və həmin günü vəfat etmişdir. Sonda ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X12 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ərizəçinin qardaşı ilə tanıyırdı. Ərizəçinin atasının yas mərasimində onun tanış olmuşdur. Ərizəçinin X4 xx.xx.1984-cü il tarixdə, anası Əliyeva (Muradova) Çeşməxanım Nəsir qızı xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Yas mərasimlərində iştirak etmişdir. X6 yas mərasimi Yeni Yasamalda keçirilmiş və Şüvəlan qəbiristanlığında dəfn olunmuş, Əliyeva (Muradova) Çeşməxanım Nəsir qızı isə Bilgəh qəsəbə qəbiristanlığında dəfn olunmuşlar. İş üzrə şahid qismində dindirilmiş X17 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin qardaşı ilə 20-25 ildir ki tanışdır. Ərizəçinin X4 xx.xx.1984-cü il tarixdə, anası Əliyeva (Muradova) Çeşməxanım Nəsir qızı xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Yas mərasimlərində iştirak etmişdir. X2 qəbiristanlığında, Əliyeva (Muradova) Çeşməxanım Nəsir qızı isə Bilgəh qəsəbə qəbiristanlığında dəfn olunmuşlar. İş materiallarında olan: 312757 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası X5r; Səbail rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Ambulator kitabçadan çıxarışdan görünür ki, X8 xx.xx.2001-ci il tarixdə xəstəxanadan çıxmışdır; Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 2001-ci il tarixdə Bilgəh qəsəbə qəbiristanlığında dəfn olunmuşdur; Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.1984-cü il tarixdə Şüvəlan qəbiristanlığında dəfn olunmuşdur; Qəbirüstü abidənin fotoşəkillərindən görünür ki, abidədə “X11 xx.xx.1931-xx.xx.1984” yazısı və digər abidədə “X8 1937-2001” yazısı əks olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1931-ci il təvəllüdlü X11 xx.xx.1984-cü il tarixdə və 1937-ci il təvəllüdlü Bakı şəhərində və Əliyeva (Muradova) Çeşməxanım Nəsir qızının xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi valideynlərinin ölümü haqqında şəhadətnamələrin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən valideynlərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumların oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi valideynlərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1931-ci il təvəllüdlü X11 xx.xx.1984-cü il tarixdə və 1937-ci il təvəllüdlü Bakı şəhərində və Əliyeva (Muradova) Çeşməxanım Nəsir qızının xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1931-ci il təvəllüdlü X11 xx.xx.1984-cü il tarixdə və 1937-ci il təvəllüdlü Bakı şəhərində və Əliyeva (Muradova) Çeşməxanım Nəsir qızının xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar