Məhkəmə qərarları › İş №2(005)-3883/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3883/2024

23.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3883/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində göstərilən: “(aliment tələbi) 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün gəlirlərinin 1/3 hissəsində aliment ödəməyi öhdəsinə götürür” müddəasının məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə iddiaçının arasında Bakı 13 saylı Mediasiya təşkilatında 07 sentyabr 2023-cü il tarixli Barışıq sazişi bağlanaraq nikahın pozulmasına, birgə nikahlarından anadan olan xx.xx.2011-ci il təvəllüdlü X2 və X1 anasının X3 yanında, himayəsində saxlanılmasına və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs gəlirlərinin 1/3 hissəsində aliment ödəməyi öhdəsinə götürmüşdür. Ərizəçi bildirir ki, maraqlı şəxs: Maraqlı şəxs 07 sentyabr 2023- cü il tarixli Barışıq sazişinin 1-ci bəndini və 2-ci bəndini icra etmişdir. Maraqlı şəxs: Maraqlı şəxs ilə nikahları pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Maraqlı şəxs: Maraqlı şəxs 07 sentyabr 2023-cü il tarixli Barışıq sazişinin 3-cü bəndini bir neçə ay qismən təmin etmiş və sonradan aliment ödənişlərini icra etrməmişdir. Maraqlı şəxsin 07 sentyabr 2023-cü il tarixli Barışıq sazişinin 3-cü bəndi alimentin ödənilməsinə aid hissəsini icra etmədiyindən sazişin həmin hisəsinin məcburi icra olunması üçün məhkəmə qətnaməsi ilə təsdiq edilməsi zəruridir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etməyərək bildirdi ki, ərizəçinin hesabına hər ay 600 manat aliment vəsaiti göndərmişdir, lakin, son dəfə öz hesabına işdən çıxdığına görə yalnız 1 dəfə olmaqla 300 manat aliment köçürmüşdür. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ 480172 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasındakı nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə xx.xx.2023-cü il tarixdə 565 № ilə qeyd edilmişdir. Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: “2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün gəlirlərinin 1/3 hissəsində aliment ödəməyi öhdəsinə götürür”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, mediator X6 tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış Barışıq sazişi qeyd olunmuş şərtlərlə təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 3-cü bəndi aşağıdakı şərtlə təsdiq edilsin. “İİ tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün gəlirlərinin 1/3 hissəsində aliment ödəməyi öhdəsinə götürür”. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlayaraq hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar