Məhkəmə qərarları › İş №2(005)-3918/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3918/2021

03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3918/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun 30.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X8 onun atasıdır. O, 10 aprel 1951-ci il tarixdə Tərtər rayonunda doğulmuşdur. Atası ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi, o, 2010-cu ildə infarkt olmuşdu, bununla da, həmin vaxtdan ürəyi xəstə idi. Müalicə almasına baxmayaraq o, 30 iyun 2021-ci il tarixdə vəfat etdi. X2 ünvan 1 ünvanda yaşamışdır. 30 iyun 2021ci il tarixdə X2 təcili tibbi yardım gələnədək vəfat etmişdir. Qeyd edilən hal Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən də görünür. 01 iyul 2021-ci il tarixdə atası Yasamal rayon Qəbrstanlığında dəfn edilmişdir. Mən 13.07.2021-ci il tarixdə Bakı şəhəri, Maraqlı şəxsnə mərhum atasının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də, Nərimanov rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin atası ünvan 2 ünvanda qeydiyyatda olduğundan ölüm haqqında şəhadətnamə alınmadan onun həmin ünvandan qeydiyyatdan çıxarılması mümkün deyildir. Buna görə də, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyim məsləhət görülmüşdür. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X8 onun əridir. Mərhumun ürək-qan damar xəstəliyi var idi. Daim müalicə olunurdu. ünvan 4 ünvana da təcili yardım çağrılmışdır, lakin həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X8 onun qaynatasıdır. O, ürək xəstəliyindən əziyyət çəkirdi. ünvan 5 ünvanda vəziyyəti pisləşmiş və təxili yardım gələnə qədər vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 16.08.2020-ci il tarixdə ASAN-GƏNCƏ tərəfindən verilmiş AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, Tərtər şəhərində anadan olmuş Ərizəçi ünvan 6 ünvanında qeydiyyatdadır; 22.03.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 00795833 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 10.04.1951-ci il tarixdə Azərbaycan Respublikası, Tərtər şəhərində anadan olmuş X8 ünvan 8 ünvanında qeydiyyatdadır; Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən 09.07.2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 158414 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1985-ci il tarixdə Tərtər şəhərində anadan olmuşdur, atası – X6r; Bakı Şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 30.06.2021-ci il tarixdə saat 21:00 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 8 saylı bölmənin həkimi O.Bayramzadə 1951-ci il təvəllüdlü X4 vəfat etməsini qeyd etdi; Bakı Şəhəri Yasamal Bələdiyyəsinin 1164 nömrəli, 15.07.021-ci il tarixli arayışına əsasən X8 01.07.2021-ci il tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur; Bakı Şəhəri Nərimanov Qeydiyyat Şöbəsinin 16.07.2021-ci il tarixli, 155 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq, 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 22.07.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, Tərtər şəhərində anadan olmuş X8 Ərizəçi atasıdır. Ərizəçi ünvan 6 ünvanında qeydiyyatdadır. X8 30.06.2021-ci il tarixdə ünvan 10 şəraitində, yəni yaşadığı ünvan 6 ünvanında vəfat etmişdir. Bakı Şəhəri Nərimanov Qeydiyyat Şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10.04.1951-ci il tarixdə Azərbaycan Respublikası, Tərtər şəhərində anadan olmuş X4 30.06.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10.04.1951-ci il tarixdə Azərbaycan Respublikası, Tərtər şəhərində anadan olmuş X4 30.06.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar