Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3978/2020 02.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Ərizəçi nümayəndəsi Fərzəli-zadə Fuad Teymur oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, mərhum anası X1 yaranmış xəstəlik nəticəsində qəflətən vəfat etmişdir. Anasının ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etsələr də, ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Belə ki, müraciətinə cavab olaraq verilmiş imtina məktubunda qeyd olunur ki, təqdim etdiyi sənədlər arasında ölüm faktını təsdiq edən tibbi arayış olmadığından, ölümün qeydiyyata alınmasından imtina edilir. Məcbur qalıb bu faktı təsdiq etmək üçün məhkəməyə müraciət edir. Qeyd etmək istəyir ki, mərhum anası X2 yaranmış xəstəlik nəticəsində qəflətən xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həmin tarixdə təcili tibbi yardım çağırmışlar. Bakı şəhər Təcili və X13 Stansiyasının 1 saylı Bölməsinin xx xxxxxxx 2020-ci il tarixdə anasının ölməsini təsdiq edərək onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Qohumlarla birgə onu Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Ramana qəbristanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Ramana qəbristanlığında yerləşir. Hal-hazırda mərhum anası X6 ölüm faktını təsdiq edən şəhadətnamənin alınmasını istəyir. Bunun üçün X7 ölüm faktının müəyyən edilməsi lazımdır. Qeyd edilənləri nəzərə alaraq, mərhum X8 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Fərzəli-zadə Fuad Teymur oğlu ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəllərinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X16 ifadəsində ərizəçinin iş yoldaşı olduğunu, oktyabrın 10-da Fuadın ona zəng vurub nənəsinin vəfat etdiyini, dəfnlə bağlı məsələlərin həllində ondan kömək istədiyini bildirmişdir. Mərhumun dəfnində iştirak etdiyini və Ramana qəbrstanlığında dəfn edildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində ərizəçinin dostu olduğunu, mərhumun xx.xx.2020-ci il tarixdə vəfat etdiyini bildirmişdir. İş materiallarında olan AZE seriyalı, 04322824 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1936-cı ildə Oğuz rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin Təcili və X13 Stansiyası Ölüm Haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 08:13-də ünvan 1 ünvanında yaşayan X7 vəfat etməsi qeyd edilmişdir. İş materialında olan Azərbaycan SSR Vartaşen rayon ZAQS şöbəsi tərəfindən verilmiş İ-İE seriyalı 418624 nömrəli doğum haqqında şəhadətnamədən surətindən görünür ki, X17 xx.xx.1936-cı ildə Vartaşen rayonunda anadan olmuşdur. X9, anası X3r. İş materialında olan Nərimanov rayon ZAQS şöbəsi tərəfindən verilmiş İİ-İE seriyalı 145350 nömrəli doğum haqqında şəhadətnamədən surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. X4, anası X10r. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi Ərizəçi müarciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu handa ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.1936-cı il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3978/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3978/2020
02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver