Məhkəmə qərarları › İş №2(005)-4066/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4066/2021

15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4066/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun 16.06.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X1 yaranmış xəstəlik nəticəsində qəflətən vəfat etmişdir. Atasının ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsə də, ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Belə ki, müraciətinə cavab olaraq verilmiş imtina məktubunda qeyd olunur ki, təqdim etdiyi sənədlər arasında ölüm faktını təsdiq edən tibbi arayış olmadığından, ölümün qeydiyyata alınmasından imtina edilir. Məcbur qalıb bu faktı təsdiq etmək üçün məhkəməyə müraciət edir. Qeyd etmək istəyir ki, mərhum atası X1 yaranmış xəstəlik nəticəsində qəflətən 10.05.2021-ci il tarixdə vəfat etmiş, həmin tarixdə təcili tibbi yardım çağırmışlar. Bakı şəhər Təcili və X8 Stansiyasının 16 iyun 2021-ci il tarixdə atamın ölməsini təsdiq edərək bizə ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Onlar qohumlarla birgə onu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Hal hazırda onun qəbri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qəbristanlıqda yerləşir. Hal- hazırda mərhum X2nun ölüm faktını təsdiq edən şəhadətnamənin alınmasını istəyir. Bunun üçün X3 ölüm faktının müəyyən edilməsi lazımdır. Ərizəçinin Ərizəçi oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi 28 iyul 2021-ci il tarixli 1470 nömrəli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mərkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.01.1981-cü il tarixdə verilmiş doğum haqqında şəhadıtnamədən görünür ki, Ərizəçi oğlu xx.xx.1980-cı il tarixdə Babək rayonu Zeynalabdin kəndində anadan olmuşdur. X2, anası X6r. İşdə olan 5 saylı Bakı Asan Xidmət X9 ərizəçiyə verdiyi 18.07.2021-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinizə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür. İşdə olan Balaxanı Bələdiyyəsinin 11.08.2021-ci il tarixli, 60 №-li məktubuna əsasən bildirilir ki, X4 16.06.2021-ci ildə Bakı şəhərində vəfat edib və Balaxanı qəbirstanlığında dəfn olunub. Bakı şəhəri Təcili və X8 Stansiyasının 12 nömrəli Bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 16.06.2021-ci il saat 06:05 radələrində X4 oğlunun adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər kişi cinsli ölüm diaqnozu qoyulmuşdur; Nərimanov RPİ tərəfindən 21.08.2005-ci il tarixdə verilmiş AZE seriyalı 02853106 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 13.08.1952-ci il təvəllüdlü Naxçıvan MR anadan olan X4 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur; Məhkəmə iclasında ifadə verən şahid X10 bildirmişdir ki, o, ərizəçinin qohumudur. X4 16.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki X3 16.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X3 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.08.1952-ci il təvəllüdlü X3 16.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar