Məhkəmə qərarları › İş №2(005)-4074/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4074/2021

09.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4074/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Abşeron Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nun 18 sentyabr 2020-ci il tarixdə Abşeron rayonu ərazisində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 01.09.1971-ci ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuşdur. Əri 18 sentyabr 2020-ci il tarixdə yaşadıqları evdə, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 16, mənzil 2-də vəfat etmişdir. X3 vəfat etdiyi gün, yəni 18.09.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbə qəbirstanlığında dəfn edilib. Hal-hazırda müəyyən sənədləşmə halları ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət edilsə də, Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Verilmiş imtina məktubunda iddiaçıya bildirilmişdir ki, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X1 Vəli Rəşid oğlunun 18.09.2020-ci il tarixdə öldüyünü ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində X4 18.09.2020-ci il tarixdə öldüyünü və dəfn mərasimində iştirak etdiyini ifadəsində təsdiq etdi. İş materiallarında olan 5 saylı Maraqlı şəxs 06.07.2021-ci il tarixli, 05/Q-902/15 №-li məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən 18 sentyabr 2020-ci il tarixdə verilmiş TTYS Statistika şöbəsinin Təcili və X2 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 16, mənzil 2-də X4 öldüyü müəyyən olunmuşdur. İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən 13 iyul 2021-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, X4 ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron rayon Klinikasında hər hansı xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına ölüm haqqında şəhadətnamə Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 01.09.1971-ci il təvəllüdlü X4 18 sentyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.09.1971-ci il təvəllüdlü X4 18 sentyabr 2020-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar