Məhkəmə qərarları › İş №2(005)-4076/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4076/2020

02.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4076/2020 02.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və əmək müqaviləsinin 1 il müddətinə uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və əmək müqaviləsinin 1 il müddətinə uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli K-871 nömrəli əmrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəmkir rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli 69 nömrəli əmrinin ləğv edilməsinə və onunla bağlanmış əmək müqaviləsinin 1 il müddətinə uzadılmasının Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli K-871 nömrəli əmri ilə işdən azad edilib. Həmin əmr əsasən Şəmkir rayon Tənsil Şöbəsinin "Müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" xx xxxxxx 2020-ci il tarixli 69 nömrıli əmri ilə "M.Füzuli" adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin çalışmanın yaş həddinə çatmış direktoru olaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci hissəsinin "b" bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Lakin, bu zaman onun aşağıda sadalanan keyfiyyətəri nəzərə alınmamışdır. Belə ki, yaratdığı bialogia kabineti "Ümumtəhsil fənn kabinetlərinə baxış" müsaqibələrində L.Rəsulovanın imzası ilə birinci dərəcəli diplomla təltif edilməyi; Metodist işlədiyi müddətdə rayonda tələbə qəbulunun nəticəsinə görə bialogiya fənninin göstəricisinin respublika göstəricisindən yüksək olması; "Metodist müəllim", X5" adına layiq görülməyi; 2000-ci ildə "ilin ən yaxşı müəllimi" müsaqibəsində 3cü dərəcəli diploma, 2003-cü ildə Respublika pedoqoji mühazirələlərinin respublika turunda birinci dərəcəli diploma layiq görülməyi; Təhsil işçiləri X3 Azərbaycan Respublikası Komitəsinin iki dəfə fəxri fərmanı ilə təltif edilməyi; xx.xx.2005-ci ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı" na xx xxxxxxx 2005-ci ildə "Əməkdar Müəllim" adına layiq görülməyi; Dərs dediyi şagirdlərin fənn olimpiyadasının respublika turunda və məktəblərə qəbulundakı nəticələrə görə 1990-cı ildən məktəbdə bialogiya təmaüllü siniflər yaradılması, məktəbin 2008-2009-cu ilindən məktəb-lisey kimi faliyyətə başlaması; Regionların sosial iqtisadi inkişafı xətli ilə Şəmkir rayonunun Ən yaxşı bialogiya müəllimi seçilməyi və pul mükafatına layiq görülməyi; Hər il məzunların ali məktəblərə qəbuluna görə öncül sirada dayandığına, buraxılış imtahanlarının nəticəsinə görə məktəb-liseyin həmişə yüksəkdə dayanmasına görə rayonun sosial-iqtisadi inkişafında və mədədni həyatında səmərəli xidmətlərinə görə və s. Önəmli tədbirlərə dəstəyinə görə Şəmkir rayon İcra hakimiyyətinin və Şəmkir rayon “H.Əliyev Mərkəzinin fəxi fərmanları ilə təltif edilməyi; o və bir neçə müəllimin, eləcədə məktəbin ümumi göstəricilərinin nəticəsi olaraq rəhbərlik etdiyi “M.Füzuli” adına məktəb-liseyin 2010-cu ildə “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olması; Rəhbərliyi dövründə 2 nəfərin “qızıl medal”a layiq bilinməsi, tələbə adını qazanmış şagirdlərin 31 nəfərinin 600-dən, 52 nəfərinin 500-dən, 67 nəfərinin 400-dən yuxarı bal toplaması, 2 şagirdin iki dəfə, 4 şagirdin bir dəfə fənn olimpiyadasının respublika turunda qalib olması, 1 şagirdin Almaniyada keçirilən rəsm müsabiqəsində iştirakçı olması; Son illərdə bir şagird, üç müəllimin Azərbaycan Respublikasının təhsil Nazirliinin “fəxri-fərmanı” ilə təlif olunması, ibtidai sinif müəlliməsi Sevinc Əmrahovanın “ilin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmaqla yanaşı “Tərəqqi medalı”na layiq bilinməsi, fizika müəllimi Ramin Vəliyevin “Qabaqcıl təhsil işçisi” “Döş nişanı” ilə təltif olunması və “Tərəqqi medalı”na laiyq bilinməsi; “İstedadlı şagird üçün istedadlı müəllim” respublika müsabiqəsində onun bialogiya fənni üzrə sualların 79 %-ni işləməyi, riyaziyyat müəllimi Babək İsmayılovun respublika müəllimləri içərisində 4-cü, fizika müəllimi Ramin Vəliyevin isə 5-ci yerə çıxdıqları üçün Təhsil Nazirliyinin “fəxri fərmanı” və “Tərəqqi medalı” ilə təltif edilmələri; Məktəb “Şahin” hərbi idman oyjnarı komandasının dəfələrlə zona turunda birincilik qazanması, iki dəfə Respublika turunda iştirakçı olması; Qazanılmış nəticələrə görə məktəbin çağırşaqədərki hazırlıq rəhbərinin Şəmkir rayon İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin əmri ilə “Fəxri fərman”larla təltif olunması; Məktəb-liseyin komandasının “Nə?”, “Hrada?” “Nə zaman?” intellektual oyunu üzrə regional çcnpionatın zona mərhələsində 1-ci yerə çıxaraq, Təhsil nazirliyinin “Fəxri fərman”ı ilə təltif olunması; “Xəmsə” intellektual oyunu üzrə məktəb-liseyin komandasının Naxçıvan şəhərində və Bakı şəhərində “Kristal zal”da yarışmalarda iştirakçı olması; Bir şagirdin 2017-2018-ci və 2018- 2019-cu dərs ilində ardıcıl olaraq 2 dəfə “Ədəbiyyat biliciləri” müsabiqəsinin respublika turunda ikinci dərəcəli diploma, iki şagirdin “Fövqalədə hallar şagirdlərinin gözü ilə” respublika müsabiqəsində 3-cü, bir şagirdin FLƏliyev 96 “ən yaxşı təqdimat” müsabiqəsinin respublika turunda 2-ci dərəcəli diploma layiq görülməsi və s. Lakin rəhbərlik tərəfindən yuxanda sadalanan təcrübəli müəllim, pedaqoq və rəhbər kimi yüksək keyfiyyətə malik olmağı, növbəti illərdə də əmək fəaliyyətini davam etdirməyə sağlamlığının yol verməsi, müəllim kollektivi, məktəbin məzunları və şagirdləri tərəfindən sevilməyi, onların onu əməkdar müəllim və bilavasitə məktəbin direktoru kimi görmək arzuları nəzərə alınmadan onunla xx xxxxxx 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, heç bir göstəriciləri olmayan rayonun digər 3 məktəb direktorunun işdə saxlanılması, qabaqcıl və yüksək biliyə, təcrübəyə və keyfiyyətə malik direktorun vəzifəsindən, eləcə də müəllim vəzifəsindən kənarlaşdırılması Əmək qanunvericilyinin tələbləri ilə uzlaşmır. Bu baxımdan da onun barəsində Əmək Məcəlləsinin normaları düzgün tətbiq edilməməklə, düzgün olmayan əmrlər verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli, 69 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı – çalışmanın yaş həddinə, AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli K-871 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı – yaş həddinə çatmış direktoru ilə bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə azərbaycan respublikasının əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdə xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, K-151 saylı Əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Yuxarıda qeyd olunaları nəzərə alaraq məhkəmə iddia tələbi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli K-871 nömrəli əmrinin və Şəmkir Rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli, 69 №-li əmrinin ləğv edilməsi və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 1 il müddətinə uzadılmasının Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru işləmiş, onunla əmək müqaviləsi bağlanmış, tərəflərin müqavilə üzrə hüquq və vəzifələri yaranmış, eyni zamanda müqavilə ilə nəzərdə tutulmuş qaydada əmək qanunvericiliyinə uyğun qarşılıqlı öhdəlik münasibətləri yaranmışdır. İddiaçınını yaş həddi 65-ə çatdığı üçün Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması əsası ilə əmək müqaviləsinin müddətinin qurtarmasına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinın xx.xx.2020-ci il tarixli K-871 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin Şəmkir Rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli, 69 №-li əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd olunanlarla razılaşmayaraq, tərəflər arasında bağlanmış əmək müqaviləsinin hər il, bir il olmaqla uzadılmalı olması qənaətinə gəlir və onun əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu hesab edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli əmrinin 4-cü bəndinə görə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarları nəzərə alınması nəzərdə tutulmuşdur. Bunlar: -son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları: Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır: - Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; Dövlət mükafatı laureatı olması. Göründüyü kimi təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı yuxarıda qeyd olunan halların işçidə öz əksini tapması zəruridir. Belə ki, iddiaçı bu xüsusiyyətlətin hər birini özündə birləşdirdiyi və həmin işçiyə ehtiyac olacağı təqdirdə işə götürən tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı, AR Təhsli Nazirinin həmin qərarın icrası ilə bağlı əmri və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla onunla bir il müddətinə əmək müqaviləsi bağlana bilərdi. Həmçinin iddiaçının fəxri fərmanlarının, müsabiqə qalibi olması kimi halların mövcudluğu yuxarıda sadalanan tələblərin pozulması üçün əsas meyar deyil. Bununla belə iddiaçının uzun illər müəllim - direktor işlədiyi dövrdə heç bir əmək və icra intizamını pozmaması, işlədiyi müddətdə məktəbdə və təhsil sahəsində keçirilmiş tədbirlərdə yaxından iştirak etməsi, Təhsil Nazirliyi tərəfindən keçirilmiş ixtisasartırma kurslarında və təlimlərdə iştirak edərək müvafiq Sertifikatlar alması, işlədiyi kollektivdə hörmət və nüfuza malik olması onunla yeni əmək müqaviləsi bağlanması, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli K-871 nömrəli əmrinin və Şəmkir Rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli, 69 №-li əmrinin ləğv edilməsi və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 1 il müddətinə uzadılmasının Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlar isə iddia tələbinin əsassız olmasına dəlalət edir. Belə olan təqdirdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və əmək müqaviləsinin 1 il müddətinə uzadılması” tələbinə dair iddiası əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və əmək müqaviləsinin 1 il müddətinə uzadılması”na dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar