Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4082/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi X7 maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Barışıq sazişi”nin təsdiq edilinəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X7 ona qarşı “nikahın pozulması barədə” məhkəməyə iddia ərizəsi vermişdir. Bununla əlaqədar o, mediasiya təşkilatına müraciət etmişdir. Mediasıya təşkilatında mediasiya prosesi gedən zaman yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşınadək saxlanması üçün hər ay 200 manat məbləğində alimentin ödənməsi ilə əlaqədar aralarında xx.xx.2021-ci il tarixli “Barışıq sazişi” bağlanmışdır. Lakin həmin sazişin bağlanmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq X7 tərəfindən bu barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş və həmin alimentdən 1 manat da olsun bu günə kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tərəflə arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədə keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - X7 ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində 21 dekabr 2021-ci il tarixdə mediator X3 iştirakı ilə 2021-002335 saylı iş üzrə Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: - tərəflər arasında olan ailə münasibətlərinə xitam verilməsi və Nərimanov rayonu VVAQ idarəsində xx.xx.2003-cü il tarixdə 17 № ilə qeyd edilmiş nikahın pozulması haqqında qarşılıqlı razılıq əldə edilmişdir. - nikahdan olan yetkinlik yaşına çaymayan xx.xx.2007-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində saxlanılması haqqında qarşılıqlı razılıq əldə edilmişdir. - xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay 200 (iki yüz) manat məbləğində alimentin X7 tərəfindən Ərizəçi ödənilməsi haqqında qarşılıqlı razılıq əldə edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-743/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh Ramazanova (Novruzova) Namilə İsmixan qızı arasında xx.xx.2003-cü ildə qeydə alınmış və 17 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X1 cavabdeh (anaları) Ramazanova (Novruzova) Namilə İsmixan qızının himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. -355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “nikahın pozulması, uşağın ananın - Ərizəçi himayəsində saxlanılması və uşağın saxlanması üçün yetkinlik yaşına çatana kimi hər ay 200 (iki yüz) manat məbləğində alimentin X7 tərəfindən Ərizəçi ödənilməsi haqqında” qarşılıqlı razılığa gələrək mediator X3 iştirakı ilə 21 dekabr 2021-ci il tarixli barışıq sazişi bağlamışlar. Sazişin 2.4-cü bəndinə əsasən saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədikdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bununla belə barışıq sazişinin şərtləri könüllü qaydada yerinə yetirilməmişdir, maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, barışıq sazişinin birinci və ikinci şərti “tərəflər arasında olan ailə münasibətlərinə xitam verilməsi və Nərimanov rayonu VVAQ idarəsində xx.xx.2003-cü il tarixdə 17 № ilə qeyd edilmiş nikahın pozulması haqqında qarşılıqlı razılıq əldə edilmişdir” və “nikahdan olan yetkinlik yaşına çaymayan xx.xx.2007-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində saxlanılması haqqında qarşılıqlı razılıq əldə edilmişdir.” olmuş, buna uyğun olaraq, tərəflərdən biri – X7 nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-743/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X5 cavabdeh (anaları) Ramazanova (Novruzova) Namilə İsmixan qızının himayəsində saxlanılmışdır. Göründüyü kimi sazişin bu şərtləri artıq yerinə yetirilmiş, nikah pozulmuş, uşaq ananın himayəsində saxlanmışdır. Bununla bağlı məhkəmə qətnaməsi mövcuddur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin bu hissələrinin digər hissələrdən ayrılması mümkündür. Bu səbəbdən məhkəmə sazişin bu şərtlərinə münasibət bildirmir və barışıq sazişinin bu hissələrinin təsdiq edilməsindən imtina edir. Digər tərəfdən barışıq sazişinin 2.1.3-cü bəndinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay 200 (iki yüz) manat məbləğində alimentin X7 tərəfindən Ərizəçi ödənilməsi haqqında qarşılıqlı razılıq əldə edilmişdir. Barışıq sazişinin imzalanmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu şərt könüllü olaraq icra edilmir. Belə olan halda məhkəmə hesab edir ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, aliment məbləğini ödəmədiyindən barışıq sazişi bu hissədə qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Həmçinin barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir” (2.4-cü bənd). Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçi X7 ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində 21 dekabr 2021-ci il tarixdə bağlanmış Barışıq sazişi qismən təsdiq edilməli, ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçinin xeyrinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. X7 ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində 21 dekabr 2021-ci il tarixdə mediator X3 iştirakı ilə 2021-002335 saylı iş üzrə bağlanmış Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - 2.1.3. xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay 200 (iki yüz) manat məbləğində alimentin X7 tərəfindən Ərizəçi ödənilməsi haqqında qarşılıqlı razılıq əldə edilmişdir. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu maraqlı şəxs X6 tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4082/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4082/2024
08.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver