Məhkəmə qərarları › İş №2(005)-4084/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4084/2024

07.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4084/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 08 fevral 2024-cü il təvəllüdlü Əhmədzadə Mikayılın (X6) hər həftənin cümə günü səhər 09:00-dan etibarən və bazar günü saat 21.00-dək, həmçinin bayram günləri, əlamətdar günlər və ad günləri səhər saat 9-dan etibarən, növbəti gün səhər saat 9-a qədər qalmaq şərti ilə maraqlı şəxsin iştirakı olmadan ünsiyyət hüququnun həyata keçirilməsi, iddianın icraata başlaması ilə birbaşa şəkildə maraqlı şəxsin övladını ona göstərməsi öhdəliyinin müvafiq icra orqanlarının dəstəyi ilə yerindəcə təmin edilməsi, hər bir valideynin övladını gündəlik görmək hüququnun olduğunun maraqlı şəxsə izah edilməsi, Maraqlı şəxs ilə aralarında bağlanmış 19 mart 2024-cü il tarixli, MŞB/16/2C24-00350 nömrəli barışıq sazişinin bütün bəndlərinin təsdiq edilməsi və icrası, övladı X1 adının barışıq sazişinə əsasən X6 olaraq dəyişdirilməsi üçün müvafiq icra orqanının nəzarəti altında maraqlı şəxs tərəfindən birbaşa icraatın həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi, Maraqlı şəxs ilə nikahdan kənar münasibətdə olmuşlar. Bu münasibət nəticəsində 08 fevral 2024-cü il təvəllüdlü X4 (X6) adlı övladı dünyaya gəlmişdir. Bunu da qeyd etmək lazımdır ki, övladı anası hamilə olarkən anası tərəfindən istənilməmiş, Maraqlı şəxs təkidlə uşağı abort etdirməkdə fikrinin qəti olduğunu bildirmişdir. Daha sonra isə onun ona ev verməsini tələb edərək qarşılığında uşağı abort etdirəcəyini bilirmişdir. Lakin onun bu tələbini qarşılamadıqdan və hadisənin ardınca ondan ayrıldıqdan aylar sonra ona uşağı dünyaya gətirdiyini bildirərək ondan uşaq üçün baxım xərclərini və ardınca aliment tələb edib razılaşma əldə etdikdən sonra övladını ona bir daha göstərməmişdir. Maraqlı şəxslə mediasiya sessiyasında iştirak etmiş və aralarında 19 mart 2024- cü il tarixdə MŞB/16/2024-00350 nömrəli Barışıq Sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Sözügedən sazişin 2 nömrəli bəndinə əsasən, uşağın adı razılaşma nəticəsində X6 olaraq qərarlaşdırılmışdır. Lakin barışıq sazişinin bu bəndi hələ də həyata keçirilməmişdir. Dəfələrələ uşağının adının barışıq sazişinə əsasən Davud olaraq qeyd edilməsini maraqlı şəxsdən tələb etmişdir və bunun üçün bütün sənədləşmə və rəsmi proseslərində də hətta o olmadan iştirak etmişdir. Lakin maraqlı şəxsin öz öhdəliyindən yayınması ucbatından uşağın adını öz istəyinə uyğun dəyişdirərək və razılaşmaya uyğun olmayaraq Mikayıl qoyaraq, razılaşmanın ən əsas şərtini pozur. Hazırda maraqlı şəxs bu öhdəlikdən açıq aydın boyun qaçıraraq uşağın adını dəyişdirməyəcəyını bildirir. Qeyd etmək vacibdir ki, qarşılıqlı razılaşmanın bütün bəndləri qarşılıqlı razılaşmanın hər bir üzvü tərəfindən öhdəliklərinə əsasən yerinə yetirilmək məcburiyyətindədir. Maraqlı şəxs daha öncədən eyni məzmunlu iddiayla məhkəməyə müraciət etsə də, bu zaman barışıq sazişinin yalnız öz mənafeyinə uyğun olan alimentlə bağlı 5-ci bəndinin təsdiqini tələb etmiş və buna nail ola bilmişdir. Lakin barışıq sazişinin digər bütün bəndləri icrasız olaraq qalır. Bundan əlavə aralarındakı barışıq sazişində övladıyla ünsiyyət hüququ haqqında heç bir maddənin olmamasından istifadə edərək maraqlı şəxs, barışıq sazişi bağlanıldığı tarixdən etibarən uşağını ona göstərmir. O, azyaşlı övladıyla görüşmək üçün maraqlı şəxsə dəfələrlə müraciət etsə də, maraqlı şəxs onların görüşünə mane olur, öz övladıyla görüşməsi üçün ona şərait yaratmaq bir yana bu barədə ona müraciət etdikdə ona qeyri-əxlaqi cavablar verərək onu ən təbii hüququndan məhrum edir. Hətta uşağı görmək üçün maraqlı şəxsin mənzilinə getdikdə səs-küy yaradaraq onu polisə şikayət edib, yenə də övladını görməyinə icazə verməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa müvafiq izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək bildirmişdir ki, barışıq sazişi digər məhkəmənin qətnaməsi ilə aliment hissəsində təsdiq edilmişdir. Uşağın adı ilə bağlı aralarında razılaşma olsa da, sonradan, aralarında mübahisə yaranmış, onu təhdid və təhqir etmişdir. Buna görə uşağın adını razılaşmada qeyd edildiyi kimi dəyişdirməmişdir. Doğum haqqında şəhadətnamə barışıq sazişindən əvvəl alınmışdır, həmin şəhadətnamədə uşağın adı Mikayıl göstərilmişdir. Ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata “oğlu 08 fevral 2024-cü il təvəllüdlü Əhmədzadə Mikayılın (X6) hər həftənin cümə günü səhər 09:00-dan etibarən və bazar günü saat 21.00-dək, həmçinin bayram günləri, əlamətdar günlər və ad günləri səhər saat 9-dan etibarən, növbəti gün səhər saat 9-a qədər qalmaq şərti ilə maraqlı şəxsin iştirakı olmadan ünsiyyət hüququnun həyata keçirilməsi, iddianın icraata başlamasıyla birbaşa şəkildə maraqlı şəxsin övladını ona göstərməsi öhdəliyinin müvafiq icra orqanlarının dəstəyi ilə yerindəcə təmin edilməsi, hər bir valideyinin övladını gündəlik görmək hüququnun olduğunun maraqlı şəxsə izah edilməsi” hissələrində xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00350 saylı barışıq sazişinin surətindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

1. Tərəflər öz aralarında razılığa gəlirlər ki, Maraqlı şəxs və Ərizəçi nikahdan kənar doğulmuş xx.xx.2024-cü il təvəllüdlü övladına (Davud) adı verilsin;

2. Uşağın adı, soyadı, ata adı X6 adlandırılacaqdır;

3. 2-ci tərəf (Ərizəçi) xx.xx.2024-cü il təvəllüdlü Bakı şəhərində doğulmuş X2 atası olmasını etiraf edir;

4. Tərəflər xx.xx.2024-cü il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməni atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınması üçün 10 gün ərzində müvafiq İcra Hakimiyyəti orqanına müraciət edəcəklər;

5. 2-ci tərəf (Ərizəçi) xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 175 manat alimenti 1-ci tərəf (Maraqlı şəxs) ödəyəcəkdir;

6. Aliment hər ayın 15-dən 20-dək ödəniləcəkdir;

7. Alimentin hər ay 1-ci tərəfin (Maraqlı şəxs) kart hesabına köçürələcəkdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 643 nömrə ilə qeyd edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Həmçinin, Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunla müəyyən edilən digər mübahisələrlə bərabər ailə münasibətlərindən irəli gələn mübahisələrin məhkəmədən kənar həlli qaydası nəzərdə tutulmuşdur. Tərəflərin ixtiyarı vardır ki, aralarında mövcud olan mübahisəli məsələni qarşılıqlı razılıq əsasında həll etsinlər və nəticədə icrası onlar üçün məcburi olan öhdəliklər götürməklə, mübahisəyə barışıq sazişi əsasında xitam versinlər. Başqa sözlə, mediasiya prosesi nəticəsində barışıq sazişinin bağlanması tərəflər arasında mövcud mübahisəli münasibətin başa çatmasına səbəb olur. Buna görə də, MPM-in 355-23.1-ci maddəsində mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin icra edilməməsi yeni bir mübahisəli münasibət kimi nəzərdə tutulmuş və tərəflərin bununla bağlı ayrıca ərizə ilə (xüsusi icraat qaydasında) məhkəməyə müraciət etmək hüquqları müəyyən edilmişdir. Qanunun tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış sazişin könüllü icra olunmaması və ya icrasından imtina hallarında şəxslər hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Lakin iş materiallarından görünür ki, ərizəçi barışıq sazişində təsbit edilməmiş məsələlərin xüsusi icraat qaydasında həll edilməsini xahiş edir. Barışıq sazişinin məzmunundan da göründüyü kimi, həmin barışıq sazişində uşaqla görüş məsələləri öz əksini tapmamışdır. Barışıq sazişində əks olunmayan məsələlərin xüsusi icraat qaydasında verilmiş “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə araşdırılması isə qanunvericilik tələbləri baxımından qeyrimümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, Məcəllənin 261.0.1-ci maddəsində əks olunmuş “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların xüsusi icraat qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq və tərəflərin izahatını dinləyərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi ərizəsinə dair mülki iş üzrə icraata “oğlu 08 fevral 2024-cü il təvəllüdlü Əhmədzadə Mikayılın (X6) hər həftənin cümə günü səhər 09:00-dan etibarən və bazar günü saat 21.00-dək, həmçinin bayram günləri, əlamətdar günlər və ad günləri səhər saat 9-dan etibarən, növbəti gün səhər saat 9-a qədər qalmaq şərti ilə maraqlı şəxsin iştirakı olmadan ünsiyyət hüququnun həyata keçirilməsi, iddianın icraata başlaması ilə birbaşa şəkildə maraqlı şəxsin övladını ona göstərməsi öhdəliyinin müvafiq icra orqanlarının dəstəyi ilə yerindəcə təmin edilməsi, hər bir valideynin övladını gündəlik görmək hüququnun olduğunun maraqlı şəxsə izah edilməsi” hissələrində, məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi ərizəsinə dair mülki iş üzrə icraata “oğlu 08 fevral 2024-cü il təvəllüdlü Əhmədzadə Mikayılın (X6) hər həftənin cümə günü səhər 09:00-dan etibarən və bazar günü saat 21.00-dək, həmçinin bayram günləri, əlamətdar günlər və ad günləri səhər saat 9-dan etibarən, növbəti gün səhər saat 9-a qədər qalmaq şərti ilə maraqlı şəxsin iştirakı olmadan ünsiyyət hüququnun həyata keçirilməsi, iddianın icraata başlaması ilə birbaşa şəkildə maraqlı şəxsin övladını ona göstərməsi öhdəliyinin müvafiq icra orqanlarının dəstəyi ilə yerindəcə təmin edilməsi, hər bir valideynin övladını gündəlik görmək hüququnun olduğunun maraqlı şəxsə izah edilməsi” hissələrində, məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə müvafiq iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər.

Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar