Məhkəmə qərarları › İş №2(005)-410/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-410/2021

15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-410/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə məhkəməyə müraciət edərək X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin anasıdır. O, 1924-cü ildə Dağıstan Respublikası Daxadayev rayonu Kubaçi kəndində doğulmuşdur. xx.xx.1998-ci il tarixində anası Sunqarova Fatimanın vəziyyəti ağırlaşdı və təcili tibbi yardım gələnə qədər o, vəfat etdi. Ərizəçinin anası Fatima Sunqarovanı həmin gün Dağıstan respublikası Daxadayev rayonu Kubaçi kəndinə aparıb və orada dəfn etmişlər. Bundan sonra, ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxsndən ərizəçiyə rəsmi qaydada bildirildi ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda iddiaçı ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş 474 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxxx 1955-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X11 və anası Maqdiyeva Patimadır. Vətəndaşlıq vəziyyəti aktlarının reyesteri xidməti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 05/2-297/69 nömrəli arayışdan görünür ki, Sunqarova Patimanın ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2019-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ödəniş qəbzindən görünür ki, əriəzçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 manat (on manat) məbləğində dövlət rüsumu ödəmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış 51 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Dağıstan Respublikası, Daxdayevskiy rayon “Kubaçi kəndi” BT adminstrasiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 50 nömrəli arayışdan görünür ki, 1924-cü il təvəllüdlü X6 xx.xx.1998-ci ildə ölüb, Azərbaycan Respublikası Bakı şəhərində köçürülüb və Daxdayevsk rayonu Kubaçi kəndində dəfn olunub. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli 33/4052 nömrəli məktubdan görünür ki, “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində şəxslərin dövlət sərhəddindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq sorğunun cavablandırılması texniki cəhətdən imkan xaricindədir. xx.xx.2020-ci il tarixli 33/4305 nömrəli məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş məktubdan görünür ki, Sunqarova Fatima (Patima) Mehti qızının və Nümayəndə 1998-ci il tarixdə dövlət sərhəddindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 078-3190-1221 nömrəli mətkubdan görünür ki, Sunqarova Fatima (Patima) Mehti qızı barədə Nərimanov RPİ-nin Qeydiyyat Məsələləri Bölməsinin kartotekasında heç bir məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli M5 nömrəli məktubundan görünür ki, X5 1998-ci ildə ölməsi barədə rayon prokuroluğunda heç bir məlumat olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş və iş materiallarına əalvə edilmiş sənədlərlə təsdiq olundu ki, X6 1924-cü ildə Dağıstan Respublikası, Daxdayev rayonu, Kubaçi kəndində anadan olmuşdur. xx.xx.1998-ci ildə Dağıstan Respublikası, Daxdayevsk rayonu Kubaçi kənd qəbirstanlığında dəfn edilməsi ilə bağlı ərizəçi tərəf sübut təqdim etsə də onun Bakı şəhərində xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi və Bakı şəhəri Nərimanov rayon X7 Fatima (Patima) Mehti qızı barəsində məlumat aşakar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar