Məhkəmə qərarları › İş №2(005)-4109/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4109/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4109/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi X3 qanuni nümayəndəsi Ərizəçi iştirakı ilə Ərizəçi X3 qanuni nümayəndəsi Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X3 qanuni nümayəndəsi Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09 10.1961-ci il təvəllüdlü - X9-Ağa 19.10.2010-ci il tarixdə, Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X3 qanuni nümayəndəsi Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı - X4 09.10.1961-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Son vaxtlar mərhum həyat yoldaşı - X4, yaşadığı ünvanda yəni Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən evində ürəkçatışmamazlığından qəfil vəfat etmişdir. O, uzun illərdir ki, ürək çatışmamazlğı xəstəliyindən əziyyət çəkirdi. Mütəmadi olaraq xəstəliyə qarşı müalicələr alırdı. 19.10.2020-ci il tarixində mərhumun səhhəti qəfil pisləşmiş, həkim gələnə kimi mərhum vəfat etmişdir. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum həyat yoldaşının ölümü haqqında şəhadətnamə tələb olunur. Bu səbəbdən də o mərhum həyat yoldaşı X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün Xətai Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin imtina məktubunda ona mərhum həyat yoldaşı X2 ölüm haqqında şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirildi və qanunvericiliyin tələbinə əsasən müvafiq sənədi almaq üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X3 qanuni nümayəndəsi Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Ərizəçi izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 02.08.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır; 20.10.2008-ci il tarixdə Xətai RPİ tərəfindən verilmiş AZE seriyalı 06778997 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 09.10.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 ünvan 5 ünvanında qeydiyyatdadır; Bakı Şəhəri Xətai Qeydiyyat Şöbəsinin 30.07.2021-ci il tarixli, 2584-05/15 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq, 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Nərimanov Qeydiyyat şöbəsi tərəfindən 07.01.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 141653 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən X4 29.11.2009-cu il tarixdə Ərizəçi doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 07.01.2010-cu il tarixdə 05 nömrə ilə qeyd edilmişdir; Bakı Şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 19.10.2020-ci il tarixdə saat 10:46 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 14 saylı bölmənin həkimi Z.İsmayılova 1961-ci il təvəllüdlü X2 vəfat etməsini qeyd etdi; 30.07.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 09.10.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 Ərizəçi əridir. Ərizəçi X3 qanuni nümayəndəsi Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. X4 24 dekabr 2020-ci il tarixdə ünvan 7 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçi X3 qanuni nümayəndəsi Ərizəçi X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Belə ki, X4 ilə Ərizəçi rəsmi nikahda olmasa da, onların X6 adlı övladı var.Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 09.10.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 19 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09.10.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 19 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar